Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-268/2020 23.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə, İddiaçı “Azərbaycan Kağız və X4” MMC-nin Cavabdeh qarşı “yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azərbaycan Kağız və X4” MMC-nin direktoru iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ** AE *** dövlət qeydiyyat nişanlı, “İSUZU NGR X13” markalı nəqliyyat vasitəsinə dəymiş 15765.0 (on beş min yeddi yüz altmış beş) manat məbləğində maddi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 15795.0 (on beş min yeddi yüz doxsan beş) manatın iddiaçı “Azərbaycan Kağız və X4” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Azərbaycan Kağız və X4” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin “Azərbaycan Kağız və X4” MMC-nin direktoru məhkəməyə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, cəmiyyətləri Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərmədiyi üçün məhkəməyə nümayəndə göndərmək əlavə maliyyə itkilərinə səbəb olacağına görə iddia ərizəsinə onların iştirakları olmadan baxılmasını xahiş etmiş, iddia tələbini tam olaraq müdafiə etdiklərini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı “Azərbaycan Kağız və X4” MMC-nin direktoru iddia ərizəsində xx.xx.2019-cu il tarixdə Cavabdeh özünə məxsus idarə etdiyi “X12 Prado minik” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Azərbaycan Kağız və X4” MMC-də sürücü vəzifəsində işləyən X1 xx.xx.20198-cu il tarixli etibarnamə əsasında idarə etdiyi “Azərbaycan Kağız və X4” MMC-nin mülkiyyətində olan “İSUZU NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı, xüsusi təyinatlı yük avtomaşını toqquşduğunu, toqquşma nəticəsində “İSUZU NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı, xüsusi təyinatlı yük avtomaşınına maddi zərər dəydiyini, Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X7 xx xxxx 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü qərarın surətinin Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsinin qərara alındığını, baş vermiş hadisə ilə bağlı Nərimanov RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru polis baş leytenantı X3 xx.xx.2019-cu il tarixli, AP ******* saylı “İnzibati xəta haqqında” protokola əsasən Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini, Nərimanov RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru polis baş leytenantı X3 xx.xx.2019-cu il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 mant məbləğində cərimə olunduğunu, “X8” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “İlkin qüsur aktına” əsasən “İSUZU NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı, xüsusi təyinatlı yük avtomaşınının 20765.0 manat təmir xərcinin olduğunu, “X6” ASC tərəfindən xx.xx.2019-cu il tarixdə 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirildiyini, nəticədə 15765.0 (on beş min yeddi yüz altmış beş) manat fərqin qaldığını, ** AE *** dövlət qeydiyyat nişanlı, “İSUZU NGR” markalı, xüsusi təyinatlı nəqliyyat vasitəsi AC 869490 nömrəli, xx.xx.2017-ci il tarixdə AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən “Azərbaycan Kağız və X4” MMC-nin mülkiyyətində olduğnu, ** BB *** dövlət qeydiyyat nişanlı, “X12 Prado minik” markalı nəqliyyat vasitəsi AD486918 nömrəli, xx.xx.2019-cu il tarixdə Naxçıvan MR DİN DYP QİTBŞ tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh mülkiyyətində olduğunu qeyd edərək Cavabdeh ** AE *** dövlət qeydiyyat nişanlı, “İSUZU NGR X13” markalı nəqliyyat vasitəsinədəymiş 15765.0 (on beş min yeddi yüz altmış beş) manat məbləğində maddi zərərin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 15795.0 (on beş min yeddi yüz doxsan beş) manatın iddiaçı “Azərbaycan Kağız və X4” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə ünvanlanan ərizədə xx.xx.2019-cu il tarixdə Nərimanov rayonu ərazisində “X12 Prado minik” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ** AE *** dövlət qeydiyyat nişanlı İSUZU NGR X13” markalı nəqliyyat vasitəsi ilə hadisə olduğunu, o 30-40 sürətlə gedərək dönmək istəyərkən onu arxadan avtomobillə vurduğunu, həmin yolda 60 surət ola–ola 100-110 sürətlə onun avtomobilini arxadan vurub 30-40 metr sürütlədiyini, video materiallar dövlət yol polisinin müstəntiqində olduğunu, həmin vaxt onun maşınının icbari sığortası olduğu üçün sürücü ilə öz aralarında razılaşdıqlarını, 5000 manat sığora pulu verilməsi bildirildiyini və onunda bununla razılaşdığını, ondan sonra MRT Diaqnostika Mərkəzinə getdiyini, orada bel nahiyəsində sürüşmə və çıxılma olduğunu söylədiklərini, Ukraynanın xarkov şəhərinə getdiyini, orada 20 gün müalicə aldığını, 2 aydan sonra ona zəng edərək onu məhkəməyə verəcəklərini bildirdiklərini, avtomobilinin sığortasının onun avtomobilinin təmirini ödəmədiyini dediklərini, onun avtomobilinin 2013-cü il buraxılışı olduğunu, 13-15 min manat dəyərində olduğunu, həmin avtomobilin ön hissəsi əzildiyi halda həmin avtomobilə dəymiş zərəri 20000 manata qiymətləndirdiklərini, məhkəməyə göndərdiyi sübutlarla ona maddi və mənəvi zərər dəydiyini, 2 ay müddətində müalicə aldığını, hazırda belindən olan sürüşmənin tam sağalmadığını, ailə və uşaqları ilə Bakı şəhərində yaşadıqlarını, 6 uşağının olduğunu, İ qrup əlil atası olduğunu, pandemiya ilə əlaqədar Bakı-Naxçıvan reysinə təyyarə bileti olmadığı üçün xx.xx.2020-ci il tarixində, saat 15:00-da Naxçıvan MR Şərur Rayon Məhkəməsində iştirak edə bilməyəcəyini, bunun nəzərə alınmasını məhkəmədən xahiş etmiş, eyni zamanda hadisə zamanı avtomobilinin aldığı zədələrlə əlaqədar çəkilmiş şəkilləri və müalicə alması ilə əlaqədar müəyinənin nəticələri və müalicə ilə əlaqədar aldığı dərmanların reçeptləri ərizəyə əlavə etmişdir. Məhkəmə iddia ərizəsini, habelə iş materiallarını araşdırıb, işdəolan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan baş vermiş yol nəqliyyat hadisəsi zamanı tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AP ******* seriyalı İnzibati xəta haqqında protokoldan görünür ki, sürücü Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələbini pozmuş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan baş vermiş yol nəqliyyat hadisəsi zamanı tərtib edilmiş xx.xx.2019-cu il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası DİN Bakı şəhəri Baş BPİ-si Nərimanov RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümova ünvanladığı izahatdan görünür ki, o, xx.xx.2019-cu il tarixdə, saat 17:00 radələrində özünə məxsus olan “X12 Prado minik” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə saatda 40-50 km surətlə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətinə 2 zolaqdan ibarət yolun sağ tərəfdən 1-ci zolağı ilə hərəkət edərkən Ə.Qayıbov küçəsində avtomobillərin dönüb geriyə qayıtmasına icazə verilən yaxınlığında avtomobil yolunun sağ tərəfində bir anlıq dayandıqdan sonra geriyə qayıtmalı olduğundan sol tərəfə dönməyə başladığını və həmin vaxtı “İSUZU NGR Yük" markalı, ** AE *** dövlət qeydiyyat nişanlı tullantıların daşınması üçün nəzərdə tutulmuş avtomaşının ön hissəsi onun avtomobilinin arxa buferini arxa tərəfdən vurmaqla sol tərəfini tamamilə əzmişdir. İş materiallarında olan Naxçıvan MR DİN-nin DYPİ QİTBŞ tərəfindən verilmiş AD N 486918 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** BB *** dövlət qeydiyyat nişanlı “X12 Prado minik” markalı nəqliyyat vasitəsi Cavabdeh məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ QİŞ tərəfindən verilmiş AC N 869490 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** AE *** dövlət qeydiyyat nişanlı “İSUZU NGR X10” markalı nəqliyyat vasitəsi “Azərbaycan Kağız və X4” MMC- yə məxsusdur. İş materiallarında olan “Azərbaycan Kağız və X4” MMC-nin direktoru Elşən Osmanov tərəfındən verilmiş xx.xx.2019-cu il tarixli etibamaməyə əsasən X2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ** AE *** dövlət qeydiyyat nişanlı “İSUZU NGR X10” avtomobili idarə etmək hüququ verilmişdir. İşdə materiallarında olan xx.xx.2019-cu il tarixli, Ödəniş tapşırıqlarının təsdiqlənmiş surətlərindən görünür ki, “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən“Azərbaycan Kağız və X4” MMC-nin hesabına avtomobilin təmiri üçün 5000 (beş min) manat sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan “X8” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “İlkin qüsur aktına” əsasən “İSUZU NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı, xüsusi təyinatlı yük avtomobilin təmirinə 20765.0 manat pul lazımdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/2112 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “X8” MMC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “İSUZU NGR” markalı, ** AE *** dövlət qeydiyyat nişanlı, xüsusi təyinatlı yük avtomobilin təmirbərpa xərci təxminən 14765 manat müəyyən edilmişdir. Məhkəmə tədqiqatı nəticəsində məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, həqiqətəndə xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi ilə Z.Bünyadov prospekti istiqamətinə 2 zolaqdan ibarət yolun sağ tərəfdən 1-ci zolağı ilə hərəkət edərkən Ə.Qayıbov küçəsində Cavabdeh özünə məxsus “X12 Prado minik” markalı, ** BB *** dövlət nömrə-nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, yol-nəqliyyat hadisəsi törətmiş, iddiaçı “Azərbaycan Kağız və X4” MMC-yə məxsus “İSUZU NGR X10” markalı ** AE *** dövlət qeydiyya nişanlı avtomobillə toqquşaraq iddiaçıya məxsus avtomobilə maddi zərər vurmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Toqquşma nəticəsində iddiaçı “Azərbaycan Kağız və X4” MMC-yə məxsus avtomobilə dəymiş zərərin məbləğini müəyyən etmək məqsədilə təyin edilmiş ekspertizanın rəyindən görünür ki, “İSUZU NGR X10” markalı ** AE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 14765.0 (on dörd min yeddi yüz altmış beş) manat təmir xərci müəyyən edilmişdir. “xxxxxxx” Sığorta Şirkəti ASC tərəfindən“Azərbaycan Kağız və X4” MMC-nin hesabına avtomobilin təmiri üçün 5000 (beş min) manat sığorta ödənişi köçürülmüşdür. Nəticədə “Azərbaycan Kağız və X4” MMC-yə məxsus “İSUZU NGR X10” markalı ** AE *** dövlət qeydiyya nişanlı avtomobillə vurulmuş zərərin aradan qaldırılması üçün 9765.0 (doqquz min yeddi yüz altmış beş) manat fərqin qaldığı müəyyən edilmişdir. İddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərlə əlqədar hesab edir ki, iddiaçı “Azərbaycan Kağız və X4” MMC-yə məxsus“İSUZU NGR X10” markalı ** AE *** dövlət qeydiyya nişanlı avtomobillə vurulmuş zərərin aradan qaldırılması üçün 9765.0 (doqquz min yeddi yüz altmış beş) manat zərər Cavabdeh alınaraq “Azərbaycan Kağız və X4” MMC-yə ödənilməlidir. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh tərəfindən səhhətinə vurulmuş ziyanla bağlı məhkəməyə ünvanlanan sənədlərin hazırkı iddia tələbi ilə əlaqəsi olmadığından məhkəmə buna münasibət bildirmir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1- ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, nəticədə iddiaçı əmlakının zədəsinin aradan qaldırılması üçün xərclər cavabdeh tərəfindən tam şəkildə iddiaçıya ödənilməmişdir. Ona görə də iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçı “Azərbaycan Kağız və X4” MMC-yə məxsus “İSUZU NGR X10” markalı ** AE *** dövlət qeydiyya nişanlı avtomobilə vurulmuş maddi zərərə görə Cavabdeh 9765.0 (doqquz min yeddi yüz altmış beş) manat məbləğində pul tutularaq iddiaçı “Azərbaycan Kağız və X4” MMC-yəödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsində deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. İddiaçı “Azərbaycan Kağız və X4” MMC-yə məxsus “İSUZU NGR X10” markalı ** AE *** dövlət qeydiyya nişanlı avtomobilə vurulmuş maddi zərərə görə Cavabdeh 9765.0 (doqquz min yeddi yüz altmış beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, ümumilikdə 9795.0 (doqquz min yeddi yüz doxsan beş) manat məbləğində pul tutularaq iddiaçı “Azərbaycan Kağız və X4” MMC-yəödənilsin. İddia digər hissədə rədd edilsin. Avtomobilə vurulan zərərin məbləğinin müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-268/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-268/2020
23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver