Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-268/2023 03.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şərur rayon Danyeri kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh ümumilikdə 2485 (iki min dörd yüz səksən beş) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2022-ci ilin payız aylarında Şərur rayon Danyeri kəndində yaşayan təsərrüfatçı X5 bir kiloqramına görə 30 qəpikdən hesablanmaqla 7800 kq (yeddi ton səkkiz yüz kiloqram) ümumilikdə 2225 manat dəyərində kələm aldığını, X7 “Qazel” yük avtomobili ilə aldığı məhsulu Şərur rayon Danyeri kəndində yerləşən Cavabdeh məxsus olan soyuducu anbara apardıqlarını, Cavabdehla aralarındakı razılaşmaya əsasən onun məhsulu 2023-cü ilin mart ayının axırına kimi soyuducuda saxlayacağını və ondan ümumilikdə 780 manat pul alacağını, lakin onun fevral ayının 9-da onun kələmin vəziyyətini yoxlamaq üçün anbara getdiyini, soyuducunun işləmədiyini gördüyünü, soyuducunun niyə işləmədiyini soruşanda ona bur kələmdən ötrü soyuducunu işlətmək istəmədiyini bildirdiyini, onun məhsulun xarab olduğunu ona bildirsə də, onun buna əhəmiyyət vermədiyini, onun həmkəndlisi X3 “Zil Qazel” yük avtomobili ilə Şərur rayon Danyeri kəndində yerləşən soyuducu anbara çağıraraq məhsulu fəhlələrin köməyi ilə yığaraq yaşadığı Kosacan kəndinə apardığını, onun Ramiz Həsnovun üzərinə götürdüyü öhdəliyi əməl etmədiyi üçün ona dəymiş ziyanı tələb etsə də, onun ona dəymiş zərəri ödəməkdən imtina etdiyini, əlavə olaraq məhsulun daşınmasına və yüklənib boşalmasına ümumilikdə 260 manat pul xərclədiyini, ona görə də onun Cavabdeh ona dəymiş zərərin ödənilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında 2022-ci ilin təxminən oktyabrnoyabr aylarında Nurəddin ona anbara kələm qoymaq istədiyini dediyini, onun da ona bu vaxta qədər anbarda kələm saxlamadıqlarını, yoxlamaq üçün az miqdarda gətirib qoya biləcəyini dediyini, onun ona 15 noyabr tarixindən sonra burada olmayacağını, o vaxta qədər gətirib qoymasını dediyini, onun 15 noyabr 2022-ci il tarixində təyyarə ilə Rusiya Federasiyasının Minvod şəhərinə getdiyini, 29 noyabrda Bakıya qayıtdığını, 1 ay da orada qaldığını, həmin müddətdə Nurəddin kələmləri gətirib anbara qoyduğunu, onun xəbəri olmadığını, dekabrın sonunda kəndə qayıtdıqdan sonra Nurəddinin kələmləri gətirib anbara qoyduğunu bildiyini, oğlu Elşənin və oradakı işçilərin də Nurəddinə kələmlə kartofu bir yerdə saxlamağın mümkün olmayacağını bildirdiklərini, Nurəddinlə qiymət barədə danışıqları olmadığını, Nurəddinin kələmləri anbardan götürəndə onun də orada olduğunu, kələmlərin xarab olmadığını, üstlərinin qaraldığını, onun Nurəddinə kələmlərin bir hissəsini ona verməsini, onları satıb elektrik pulunu ödəyəcəyini dediyini, lakin Nurəddinin onunla razılaşmadığını, kələmləri yük avtomobilinə yığıb apardığını kələmləri anbarda saxlamaq üçün Nurəddinin ona pul ödəmədiyini bildirmişdir. 07 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X1 əminin ona Danyeri kəndində Ramiz adlı şəxsin anbarından kələmlərini gətirmək üçün ona kömək etməyi istədiyini, Kənanın yük avtomobili ilə birlikdə gedib kisələrdə olan kələmləri avtomobilə yüklədiklərini, kələmlərin hamısının qaraldığını, iyinin gəldiyini, Nurəddin əminin anbar sahibinə kələmlərinin niyə xarab olduğunu soruşduğunu, lakin onun nə dediyini eşitmədiyini bildirmişdir. 07 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X2 Tağıyevlə birlikdə Şərur rayon Danyeri kəndində Ramiz Həsnovun anbarına getdiklərini, oradan Nurəddin əminin kisədə olan kələmlərini onun yük avtomobilinə yığıb gətirdiklərini, kələmləri yığanda hamısının xarab olduğunu gördüyünü, Nurəddin əminin anbarın sahibi Ramizə kələmlərin niyə xarab olduğunu soruşduğunu, o da cavabında soyuducunu işlətdiyini, kələmlərin niyə xarab olduğunu bilmədiyini bildirmişdir. 07 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X12 2022-ci ildə İddiaçı 7800 kq kələm satdığını, 400 kq pulunu almadığını, itkiyə hesabladığını, 7400 kq kələmin 1 kiloqramı 0.30 manat olmaqla Nurəddindən 2200 manat və daşınma haqqı olaraq 20 manat pul aldığını, kələmləri onun yük avtomobili ilə üç reysə Danyeri kəndində Ramizin soyuducusuna apardıqlarını, fəhlələrin məhsulu anbara boşaltdıqlarını bildirmişdir. Məhkəmədə cavabdehin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X11 onun Cavabdeh məxsus anbarda fəhlə kimi işlədiyini, 2022-ci ilin payız aylarında Nurəddinin yük avtomobili ilə kələm gətirdiyini, Ramizin Nurəddinə biz kələm saxlamamışıq, qaydasını bilmirik, birinci dəfə az miqdarda qoyaq, yaxşı olsa yenə gətirərsən dediyini, Nurəddin yanında gələn şəxslərlə kələmləri anbara kartofun yanına yığdıqlarını, sonra Nurəddinin ikinci dəfə yük avtomobili ilə kələm gətirdiyini, onu da anbara yığdıqlarını, həmin vaxt onun, Qorxmazın və Ramizin oğlu Elşənin orada olduqlarını, Nurəddinin hərdən gəlib kələmlərə baxdığını, xarab olmadıqlarını, sonra Nurəddinin kələmləri götürmək üçün gəldiyini, kələmlərin xarab olduğunu dediyini, kələmlərin üstlərinin qaraldığını, xarab olmadıqlarını, Nurəddinin kələmləri yük avtomobilinə yığıb apardığını bildirmişdir. Məhkəmədə cavabdehin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X9 onun 15 ildir ki, Cavabdeh məxsus anbarda fəhlə kimi işlədiyini, 2022-ci ilin payız aylarında Nurəddinin anbara gəldiyini, Ramizə anbara kələm qoymaq istədiyini bildirdiyini, Ramizin də ona bu vaxta qədər kələm saxlamadıqlarını, yoxlamaq üçün az miqdarda gətirə biləcəyini dediyini, 2022-ci ilin noyabr ayında iş yoldaşı ilə anbara gəldiklərini, Nurəddinin kələmləri anbara yığdığını gördüklərini, daha sonra kəlmləri anbardan çıxaranda kələmlərin xarab olduğunu dediyini, kələmlərin üst hissələrinin qaraldığını, amma xarab olmadıqlarını, Nurəddinin kələmləri yük avtomobilinə yığıb apardığını, onun orada işlədiyi müddətdə heç kimin məhsulunun xarab olmasını görmədiyini bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını və şahidlərin ifadələrini qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialına əlavə olunan CD ilə iddiaçının anbara yığdığı kələmlərin qaraldığı, həyətinə yığdığı kələmlər xarab olduğu üçün sonradan “KAMAZ” markalı yük avtomobilinə yığaraq zibilliyə boşaltdığı müəyyən olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus kələmi mart ayının sonunadək saxlaması üçün cavabdehə məxsus soyuducu anbara yığması barədə cavabdehlə şifahi formada anbarda saxlama müqaviləsi bağlanmışlar. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq razılaşmaları üzrə 1 kiloqramı 0.30 manat olmaqla, 2200 manat dəyərində 7400 kq kələmi anbara yığmaq üçün gətirdiyi zaman iddiaçı xarici dövlətdə olduğundan, onunla telefon əlaqəsi saxlanıldıqdan sonra, cavabdehin oğlu və anbarın işçilərinin yanında kələm anbara qəbul edilmişdir. Öz aralarında olan razılaşmaya uyğun olaraq mal sahibi kimi iddiaçı həmin xidmətin dəyəri olan 780 manat pulu cavabdehə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçı qarşısında öz öhdəliklərini lazımınca icra etməmiş, yəni lazımı şəraiti və temperaturu təmin etmədiyi üçün nəticədə iddiaçıya məxsus əmlak xarab olaraq ona ziyan dəymişdir. İddiaçı cavabdehdən ona vurulmuş ziyanı ödəməyi tələb etsə də, cavabdeh bundan imtina etdiyindən, iddiaçı öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasınin Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Belə ki, iddiaçı 2200 manat dəyərində 7400 kq kələmi cavabdehə məxsus anbara yığmasını, kələmin iddiaçıya məxsus anbarda xarab olmasını şahid ifadələri və CD-yə yazılmış video görüntülərlə sübut etmişdir. Cavabdeh isə iddiaçının kələmi gətirib onun anbarına yığmasından xəbərinin olmadığını, dekabrın sonunda Bakı şəhərindən kəndə qayıtdıqdan sonra Nurəddinin kələmləri gətirib anbara qoyduğunu bildiyini qeyd etsədə, məhkəmə bu qənaətə gəlir ki, cavabdehin xəbəri olmadan iddiaçı tərəfindən məhsulun onun soyuducu anbarına yığılması ağılabatan hesab edilə bilməz. Halbuki, tərəflərin hər ikisinin təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahidlər məhkəmə iclasında verdikləri ifadələrlə iddiaçı tərəfindən malın cavabdehə məxsus anbara yığılması və cavabdehin bundan xəbərinin olması öz təsdiqini tapmışdır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində ona 7800 (yeddi min səkkiz yüz) kiloqram kələmə görə ona ümumilikdə 2225 manat dəyərində ziyan vurulduğunu qeyd etsədə, məhkəmə baxışı iclasında şahid X7 ifadəsi ilə kələmin çəkisinin 7400 (yeddi min dörd yüz) kiloqram olduğu və buna görə İddiaçı ona 1 kiloqramı kələm üçün 0.30 manat olmaqla, ümumilkdə 2200 manat pul ödədiyi müəyyən edildiyindən, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbi üzrə məhsulun daşınmasına və yüklənib boşalmasına görə 260 manat məbləğində pula görə məhkəməy sübut təqdim edə bilməmiş, lakin məhkəmə baxışı zamanı şahid ifadələri ilə məhsulun daşınmasına və yüklənib boşalmasına görə 60 (altmış) manat məbləğində xərc çəkdiyi öz təsdiqini tapmışdır. Ona görədə iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir; - 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir; - 824.1-ci maddəsinə əsasən əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır; -829.1-ci maddəsinə əsasən anbar sahibi malların saxlanması üçün komisyonçu kimi məsuliyyət daşıyır; - 829.2-ci maddəsinə əsasən anbar sahibi malın məruz qaldığı və saxlama xidmətlərindən əlavə tədbirlər görülməsinə yol verən dəyişikliklər barəsində tapşırana dərhal bildiriş göndərməlidir; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsassən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Şərur rayon Danyeri kənd sakini Cavabdeh məhsula vurulmuş ziyana görə 2200 (iki min iki yüz) manat, məhsulun daşınmasına və yüklənib boşalmasına görə görə çəkilmiş xərcə görə 60 manat olmaqla, ümumilikdə 2260 (iki min iki yüz altmış) manat məbləğində pul alınıb iddiaçı Şərur rayon Kosacan kənd sakini İddiaçı ödənilməli, İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etmədiyindən, ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Danyeri kənd sakini Cavabdeh məhsula vurulmuş ziyana görə 2200 (iki min iki yüz) manat, məhsulun daşınmasına və yüklənib boşalmasına görə görə çəkilmiş xərcə görə 60 manat olmaqla, ümumilikdə 2260 (iki min iki yüz altmış) manat məbləğində pul alınıb iddiaçı Şərur rayon Kosacan kənd sakini İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-268/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-268/2023
03.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver