Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-273/2023 29.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1022 (bir min iyirmi iki) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində faiz, 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu, cəmi 1356 (bir min üç yüz əlli altı) manat məbləğində pulun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində tələbkar İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı satqı müqaviləsinə əsasən satıcı alıcıya 18 ay müddətinə dəyəri 1374 (bir min üç yüz yetmiş dörd) manat olan məişət avadanlığının nisyə satıldığını, cavabdehin qismən ödənişlər etdikdən sonra 1022 (bir min iyirmi iki) manat borcu qaldığını, cavabdehin 3372 (üç min üç yüz yetmiş iki) manat faiz borcu yarandığını, iddiaçının cəmi 300 (üç yüz) manat məbləğində faiz borcu tələb etdiyini qeyd edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1022 (bir min iyirmi iki) manat məbləğində əsas borc, 300 (üç yüz) manat məbləğində cərimə, 34 (otuz dörd) manat məbləğində dövlət rüsumu cəmi 1356 (bir min üç yüz əlli altı) manat məbləğində pulun tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Soliton LTD MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ərizəsində, nümayəndəsi olduğu İddiaçı MMC-nin Cavabdeh oğuna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməy müraciət edərək, məhkəmədən Cavabdeh 1022 manat əsas borcun, 300 manat faiz və 34 manat dövlət rüsumunun, cəmi 1356 manat pulun alıanaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini, hazırkı ərizə ilə iddia ərizəsində cərimə tələbinin faiz tələbi kimi göstərildiyini qeyd edərək, iddia tələbini dəqiqləşdirərək, faiz məbləğinin cərimə məbləği kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə 29 mart 2023-cü il tarixli qərardadla mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ZBK5745144 saylı borc müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" LTD-dən hissə-hissə ödəniş şərti ilə 1374 (bir min üç yüz yetmiş dörd) manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 279 (iki yüz yetmiş doqquz) manatını ilkin ödəmiş və qalan 1095 (bir min doxsan beş) manat məbləği 15 ay müddətinə aylıq 73 (yetmiş üç) manat olmaqla "xxxx" LTD-yə ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilə tərəflər onu imzaladığı andan qüvvəyə minir və tərəflərin öz öhdləliklərini tamamilə yerinə yetirənədək qüvvədədir. Həmin Müqavilənin qeyd hissəsinə müvafiq olaraq Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəyir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli, ZBK5745144 saylı müqavilə üzrə 1022 (bir min iyirmi iki) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli,********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, Unibank KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar X1 vasitəsi ilə Dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 34 (otuz dörd) manat rüsum ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi Cavabdeh "xxxx" LTD-dən hissə-hissə ödəniş şərti ilə 1374 (bir min üç yüz yetmiş dörd) manat məbləğində məişət avadanlığı əldə etmiş, onun 279 (iki yüz yetmiş doqquz) manatını ilkin ödəmiş və qalan 1095 (bir min doxsan beş) manat məbləği 15 ay müddətinə aylıq 73 (yetmiş üç) manat olmaqla "xxxx" LTD-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Müqavilənin qeyd hissəsinə görə müvafiq olaraq Borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan cərimə faizləri ödəməsi nəzərdə tutulmuşdur. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etmədiyindən məhkəmə hesab edir ki, "xxxx" LTD belə bir tələb irəli sürməkdə haqlı olmuş və Müştəri Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" LTD MMC-yə olan borcunu ona ödəməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsində tərəflər arasında bağlanmış müqavilənin tarixini xx.xx.2020-ci il yazmışdır. Halbuki tərəflər arasında həmin müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmışdır Məhkəmə iş materialında olan sənədlərə istinad edərək bu halı texniki səhvlik kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən ödənilməmiş əsas borcun miqdarı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, borc müqaviləsi üzrə 300 (üç yüz) məbləğində hesablanmış cərimənin məbləğinin əsas borca münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, cərimənin 100 (bir yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Alıcı” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə İddiaçı MMC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən Soliton LTD” MMC “Alıcı”ya qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, ZBK5745144 saylı Borc Müqaviləsinə əsasən 1022 (bir min iyirmi iki) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 1122 (bir min bir yüz iyirmi iki) manat pul alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 34 (otuz dörd) manat dövlət rüsumunun 5.2 (beş manat iyirmi qəpik) manatı iddiaçıya aid edilməli, 28.8 (iyirmi səkkiz manat səksən qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, ZBK5745144 saylı Borc Müqaviləsinə əsasən Cavabdeh 1022 (bir min iyirmi iki) manat məbləğində əsas borc, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 1122 (bir min yüz iyirmi iki) manat borc və 34 manat dövlət rüsumunun 28.8 (iyirmi səkkiz manat səksən qəpik) manatı olmaqla, ümumilikdə ümumilikdə 1150.8 (bir min bir yüz əlli manat səksən qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-273/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-273/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver