Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-275/2023 28.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh onun "xxxx" MMC-yə ödənilməmiş 1100 (bir min yüz) manat əsas borc, 108 (bir yüz səkkiz) manat dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.08 manat (otuz iki manat səkkiz qəpik) ödənilmiş dövlət rüsumu məbləğini, cəmi 1240.08 manat (bir min iki yüz qırx manat səkkiz qəpik) məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 0050070№li nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalandığını, alqı-satqı müqaviləsinə əsasən Cavabdeh aldığı ümumi dəyəri 1390 (bir min üç yüz doxsan) manat olan bir ədəd mal aldığını, müqavilə bağlandıqdan sonra ümumi borcdan bir sıra ödənişlər aparıldığını, müqavilənin şərtlərinə əsasən cavabdeh 12 (on iki) ay ərzində ödəməklə alınan malın dəyərini tam ödəməli olduğunu, ancaq bəzi ödənişlər etdikdən sonra qalıq məbləğdən heç bir ödəniş etmədiyini, cavabdehin cəmiyyətə xx.xx.2023-cü il tarixinədək olan əsas borcu 1100 (bir min yüz) manat təşkil etdiyini, müqavilənin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1,00% faizi miqdarında dəbbə pulu ödəməli olduğunu, xx.xx.2023-cü il tarixinə cərimənin (dəbbə pulu) 108 (bir yüz səkkiz) manat təşkil etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdehnın ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli Alqı-Satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Alqı-Satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Müqaviləyə görə Satıcı rekvizitləri bu Müqavilədə göstərilən əşyanı Alıcının istifadəsinə verir, Alıcı isə Malın qiymətini bu Müqavilənin şərtlərinə uyğun olaraq Satıcıya ödəyir. Həmin Müqaviləsinin 1.2-ci bəndinə əsasən Alıcı Malı şəxsi istifadə məqsədi ilə əldə edir. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə Malın qiyməti 1100 manat təşkil edir və Alıcı bu Müqaviləni imzalamaqla Malın qiymətinin vaxtında Satıcıya cədvələ əsasən tam olaraq ödənilməsini öhdəsinə götürür. Həmin Müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən Alıcı tərəfindən ödənilir. Həmin Müqaviləsinin 5.4-cü bəndinə əsasən Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 % faizi miqdarında dəbbə pulu ödəməlidir. Dəbbə pulunun ödənilməsi müştərini bu Müqavilə üzrə öhdəliklərin icrasından azad etmir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Alqı-Satqı Müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, Cavabdeh dəyəri 1390 (bir min üç yüz doxsan) manat olan Notebook HP Laptop üçün ilkin ödəniş olaraq 290 (iki yüz doxsan) manat ödəməklə, qalan 1100 (bir min yüz) manat məbləği 12 ay müddətinə - 11 ay aylıq 92 manat, sonuncu ay isə 88 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Təhvil-təslim aktından görünür ki, 1 ədəd Notebook HP Laptop Cavabdeh tam qüsursuz halda təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdehnın "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixinə 1100 (bir min yüz) manat əsas borc, 108 (bir yüz səkkiz) manat dəbbə pulu, cəmi 1208 (bir min iki yüz səkkiz) manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" MMC-nin cavabdeh X1 ünvanladığı xx.xx.2022-ci il tarixli Pretenziya məktubundan görünür ki, Alıcıya əsas və cərimə borcunu 3 gün ərzində ödəməyəcəyi təqdirdə həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, Ləğv prosesində olan "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 32.08 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixdə 0050070№li Alqı-Satqı Müqaviləsinə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən qiyməti 1390 (bir min üç yüz doxsan) manat olan Notebook HP Laptop üçün ilkin ödəniş olaraq 290 (iki yüz doxsan) manat ödəməklə, qalan1100 (bir min yüz) manat məbləği 12 ay müddətinə - 11 ay aylıq 92 manat, sonuncu ay isə 88 manat ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə tərəflər arasında bağlanmış Müqavilədə nəzərdə tutulmuşdur ki, Alıcı müqavilə ödənişlərini vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1 % faizi miqdarında dəbbə pulu ödənilməlidir. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehdən 1100 (bir min yüz) manat əsas borc, 108 (bir yüz səkkiz) manat dəbbə pulu, cəmi 1208 (bir min iki yüz səkkiz) manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə Satıcı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, Cavabdeh xx.xx.2021-ci il tarixli Alqı-Satqı Müqaviləsinə əsasən 1100 (bir min yüz) manat əsas borc, 108 (bir yüz səkkiz) manat dəbbə pulu, cəmi 1208 (bir min iki yüz səkkiz) manat borc tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 32.08 (otuz iki manat səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 0050070№li Alqı-Satqı müqaviləsi üzrə Cavabdeh 1100 (bir min yüz) manat əsas borc, 108 (bir yüz səkkiz) manat dəbbə pulu, cəmi 1208 (bir min iki yüz səkkiz) manat borc və 32.08 manat (otuz iki manat səkkiz qəpik) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1240.08 manat (bir min iki yüz qırx manat səkkiz qəpik) pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-275/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-275/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver