Məhkəmə qərarları › İş №2(110)-277/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-277/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-277/2021 29.03.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyirlərinə 267,14 manat əsas borc, 69,58 manat faiz borcu olmaqla, cəmi borc 336,72 manat məbləğində kredit borcunun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə sənədləri nəzərdən keçirib belə nəticəyə gəldim ki, mülki prosessual qanunvericiliyə uyğun olaraq kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 284-3.3. maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Məhkəməyə ünvanlanmış hazırki iddia ərizəsi “xxxx” KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynovun verdiyi etibarnamə əsasında Bankın Problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinin hüquqşünası Yavər Novruzov tərəfindən imzalanmışdır. Lakin “xxxx” KB ASCnin İdarə Heyətinin sədri Faiq Hüseynovun həqiqətən həmin vəzifənin icraçısı olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Məhz buna görə də etibarnamə verən şəxsin həmin səlahiyyətə malik olması iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 284-4.2-ci maddəsinə əsasən 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır; 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1- 4-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, qərar verdim : İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin qəbul edilməsindən imtina olunsun. İddiaçı “xxxx” KB ASC-yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır Bu qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar