Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-277/2023 14.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Danyeri kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh ümumilikdə 648 (altı yüz qırx səkkiz) manat pulun dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon Danyeri kəndində mağaza icarəyə götürərək işlətdiyini, Şərur rayon danyeri kənd sakini Cavabdeh son üç ayda fərqli vaxtlarda mağazadan ümumi dəyəri 498 manat məbləğində ərzaq götürdüyünü və tezliklə ödəyəcəyinə söz verdiyini, lakin bu günə qədər dəfələrlə ondan borcunu tələb etsə də onun buna məhəl qoymadığını və ona olan borcunu ödəmədiyini, bu barədə onlar arasında mübahisə olduğunu Məhəmmədlə aralarında olan mübahisədən sonra onu bıçaqla hədələdiyini, bununla bağlı onun üzərinə inzibati iş açılaraq ona inzibati həbs verildiyini, hesab etsək ki, gün ərzində 700-800 manat məbləğində ərzaq satıldıqda 150 manat gəlir əldə olunduğunu, inzibati işlə əlaqədar onun və satıcısının əvvəl Polis İdarəsində sonra isə Şərur rayon Məhkəməsində olduqları üçün mağazanın bir gün bağlı qaldığını, bunula da onun əlavə olaraq 150 manat ziyan çəkdiyini, Məhəmədin mağazadan müxtəlif ərzaqların götürməsinə mağazada satıcı işləyən X3 şahidlik edə biləcəyini, Cavabdeh ilə bu barədə dəfələrlə söhbət aparılsa da ona olan borcun geri qaytarılmasının mümkün olmadığını, ona görə də onun Cavabdeh ona olan borcun qaytarılması üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qaldığını, Cavabdeh mağazadan malların götürülməsinə və götürülmüş ərzaqın dəyirinin ödəmədiyini Şərur rayon danyeri kənd sakini X3 şahid qismində məhkəməyə çağrılmasını xahiş etdiyini qeyd etmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X5 ifadəsində təxminən 2022-ci ilin noyabr ayından Şərur rayon Danyeri kəndində İddiaçı məxsus mağazada satıcı işlədiyini, Cavabdeh həmin mağazadan nisyə ərzaq aldığını, o, mağzada satıcı kimi işə girdiyi vaxtadək Rahibin mağzaya təxminən 60 manat borcunun olduğunu, o, mağazada satıcı işlədiyi müddətdə də onun mağazadan 3-4 dəfə cəmi 438 manatlıq nisyə ərzaq aldığını, mağazaya ümumilikdə 498 manat borcunun olduğunu, dəfələrlə borcu tələb etsələr də, borcunu ödəmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X1 ifadəsində Şərur rayon Danyeri kəndində sahə inspektorunun köməkçisi vəzifəsində işlədiyini, tez-tez mağazadan alış-veriş etdiyini, bir neçə dəfə Cavabdeh da həmin mağazada nisyə ərzaq almasının şahidi olduğunu, Rahib pulunu tələb etdiyi üçün 2022-ci ilin sonlarında aralarında mübahisə olduğunu, Cavabdeh İddiaçı qarşı xırda xuliqanlıq etdiyi üçün İddiaçı müraciəti əsasında Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərildiyini, məhkəmənin qərarına əsasən onun 100 manat məbləğində cərimə olunduğunu, Məhəmmədin Rahibə nə qədər pul borclu olmasını bilmədiyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2023-cü il tarixli 28526 nömrəli qəbzlə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı Şərur rayon Danyeri kənd sakini Cavabdeh Şərur rayon Danyeri kəndində iddiaçıya məxsus ərzaq mağazasından müxtəlif vaxtlarda nisyə ərzaq malları alması, nəticədə onun iddiaçıya ümumilikdə 498 manat borcunun yaranması şahid X3 ifadəsilə öz tədiqini tapmışdır. İddiaçının izahatından şahidlərin ifadələrindən də görünür ki, cavabdehdən dəfələrlə borcunu ödəməsi tələb edilsədə, o, borcunu ödəməkdən yayınmış, hətta iddiaçıya qarşı xırda xuliqanlıq hərəkətləri etdiyinə görədə inzibati məsuliyyətə cəld edilmişdir. Beləliklə də, məhkəmə qeyd edir ki, məhz bu baxımdan da iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tələbində gün ərzində 700-800 manat məbləğində ərzaq satıldıqda 150 manat gəlir əldə olunduğunu, inzibati işlə əlaqədar onun və satıcısının əvvəl Şərur rayon Polis İdarəsində sonra isə Şərur Rayon Məhkəməsində olduqları üçün mağazanın bir gün bağlı qaldığını, bunula da onun əlavə olaraq 150 manat ziyan çəkdiyini qeyd etsədə, buna dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, məhkəmə iddi tələbini həmin hissədə əsaslı hesab etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə də, məhkəmə qeyd edirki, iddia borc tələbinə dair hissədə qismən təmin olunaraq Cavabdeh 498 (dörd yüz doxsan səkkiz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 7 manatı özünə aid edilməli, 23 (iyirmi üç) manatı ilə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Danyeri kəndində qeydiyyatda olan Cavabdeh 498 (dörd yüz doxsan səkkiz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 23 (iyirmi üç) manatı olmaqla, ümumilikdə 521 (beş yüz iyirmi bir) manat məbləğində pul alınaraq Şərur rayon Danyeri kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu 7 (yeddi) manatı iddiaçıya aid edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-277/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-277/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver