Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-279/2023 23.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu Tələbkar Borclu aliment tələbinə dair məhkəmə əmrinin verilməsi ilə bağlı ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onların birgə nikahından xx.xx.2007-ci il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borcludan qazancının üçdə bir hissəsi aliment tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş ərizədən görünür ki, tərəflər nikahda olsalar da, faktiki olaraq ayrı yaşayırlar. Uşaqların atası ailəsinin tələbatını ödəməkdə laqeyidlik göstərir, tələbkar isə uşaqları ilə birlikdə yaşayır və onların saxlanmasında maddi çətinlik çəkir. Şərur şəhər İƏDN tərəfindən verilmiş arayışdan görünür ki, Tələbkar ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş AR DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Borclu Şərur rayon Yengicə kəndində qeydiyyatdadır Ərizəyə əlavə edilmiş Şərur Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş nikah şəhadətnaməsindən surətindən görünür ki, tərəflər xx.xx.2004-cü ildə nikaha daxil olmuşlar. Ərizəyə əlavə edilmiş Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum şəhadətnamələrinin surətindən görünür ki, tərəflər xx.xx.2007-ci il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 valideyinləridir. Məhkəmənin əsaslandırması Ərizəyə əlavə olunmuş sənədlərə əsasən tələb aşkar olduğundan və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.2.4-cü maddəsinə görə tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə həmin tələb üzrə məhkəmə əmri verilə bilər. Mülki Prosessual Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və onlar uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu Borclu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdim: xx.xx.2007-ci il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Şərur rayon Yengicə kəndində qeydiyyatda duran Borclu hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment xx.xx.2023-cü il tarixdən hesablanaraq ünvan 1 ünvanında qeydiyyatda duran Naxçıvan şəhəri, Təbriz küçəsi 11 , ev 26 ünvanında yaşayan Tələbkar ödənilsin. Məhkəmə əmrinin veriməsi üçün müəyyən edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-279/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-279/2023
23.02.2023 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver