Məhkəmə qərarları › İş №2(110)-282/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-282/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-282/2024 05.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavadehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şərur rayon Dərvişlər kənd ərazisində yerləşən torpaq sahəsində artezian quyusunun qazılması ilə bağlı ona vurulmuş zərər olaraq 5095 (beş min doxsan beş) manat pulun, eyni zamanda 80 (səksən) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayonu Dərvişlər kəndi ərazisində ona məxsus 0.95 ha kənd təsərrəüfatı təyinatlı torpaq sahəsi mövcud olduğunu, bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış da olduğunu, belə ki 2021-ci ilin noyabr-dekabr ayları zamanı həmkəndlisi Oktay Cəlilovun öz torpaq sahəsinə artezian quyusu vurdurarkən Cavabdeh2 tanıdığını və ondan ona məxsus qeyd edilən torpaq sahəsinə də quyu qazmasını xahiş etdiyini, ilkin olaraq bu işin görülməsini 1550 manata razılaşdıqlarını və ona 1000 manat pul verdiyini, quyu qazılıb qurtardıqdan sonra ona əlavə razılaşdırılmış 550 manat pul da tərəfindən ödənildiyini, quyu qazılıb turba basdırıldığını, ətrafı çınqıl və daşlarla bərkidildiyini, bundan sonra isə quyunun yuyulması prosesi başladığını və bu zaman Cavabdeh2 təklifi ilə quyunun yuyulması digər Cavabdeh1 ilə əlaqə saxlanıldığını, onun da bu işi görə biləcəyini və 300 manat zəhmət haqqı alacağını bildirdiyini, Cavabdeh1da öz növbəsində gəlib quyunu yuduğunu və pulunu alaraq getdiyini, bundan sonra quyudan istifadə edilməsinin mümkün olmadığını, quyu qazan Cavabdeh2 quyu yuyularkən turbaların əyildiyini, quyu yuyan Ə.Abbabsov isə quyu qazılarkın turbaların düzgün seçilmədiyi və düzgün quraşdırılmadığını iddia edərək yol verilmiş qüsuru bir-birilərinin üzərinə atdığını və nəticədə onların ona yeni quyu qazacaqlarına vəd verdiklərini, bu minvalla yeni quyunun qazılması bu günsabah deməklə 2023-cü ilədək yubandığını və sonda Cavabdeh2 quyunun qazılmasını Şərur rayon Diyadin kənd sakini Saleh adlı şəxsə həvalə etdiyinii, 2-ci quyu qazıldıqdan sonra həmin quyuya yerləşdiriləcək turbaların alınması məqsədilə yenə Cavabdeh2 təklifi ilə tikinti materialları satan digər Cavabdeh3 ilə əlaqə saxlanıldığını və ondan diametri 30sm olan 300-lük turba verməsi istənildiyini, turbaların özünə məxsus Qazel markalı yük avtomobili ilə alınıb sahəyə gətirilmiş müvafiq qaynaq işləri aparılmaqla qazılmış quyuya salınması zamanı turbaların qazılmış quyunun ölçülərinə uyğun gəlmədiyi müəyyən edildiyini, onun Cavabdeh3 diametri 30sm olan 300-lük turba istəsə də onun ona satdığı turbaların 300-lük deyil, 330-luq olduğu və turbaların diametrinın qazılmış yeni quyunun diametrindən 30sm artıq olduğu məlum olmuşdur.Hazırki vəziyyətdə isə qazılmış yeni quyunun ölçüsünün dəyişdirilməsi mümkün olmadığını, eyni zamanda Cavabdeh3 ondan metri 40 manata aldığım turbanı metrini 25 manatdan geri qaytarılmasına da etiraz etməsə də ona yenə də cavabdehlərin səhlənkarlığı səbəbindən xeyli miqdarda ziyan dəydiyini, ilikn quyunun qazılması və yuyulması üçün tərəfindən 1850 manat, turbaların alınması üçün 1950 manat, əlavə materialların alınması, turbaların qaynağı üçün 1295 manat olmaqla, digər xərcləri nəzərə almasaq mənə ümumilikdə 5095 (beş min doxsan beş) manat miqdarında ziyan vurulduğunu, ona dəymiş bu ziyanın aradan qaldırılması məqsədilə neçə vaxtdır cavabdehlərə etdiyi xəbərdarlıqların isə heç bir faydası olmadığını, həmkəndlisi O.Cəlilovun da başına eyni hal gəldiyini və o statusundan (şəhid ailəsi) istifadə edərək çəkdiyi xərci cavabdehlərdən aldığını, lakin bütün bunlara baxmayaraq cavabdeh şəxslərin ona vurduqları ziyanı ödəməkdən və pulunu artıqlaması ilə ödəməyinə baxmayaraq ona məxsus torpaq sahəsində artezian quyusunu qazıb təhvil verməkdən yayındıqlarını, ərizəsində qeyd etdiyi halları məhəməyə dəvət edəcəyi şahidlərin də öz ifadələri ilə təsdiq edə biləcəklərini, iddiasının əsaslı olduğundan ona vurulmuş maddi ziyanın əvəzi olan 5095 (beş min doxsan beş) manat pul cavabdehlərdən alınaraq mənim xeyrinə ödənilməli olduğunu hesab etdiyini bildirmişdir. 04 mart 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Şərur Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “vurulmuş ziyanın ödənilməsi tələbi barədə” iddia qaldıraraq, 5095 manat pulun, eyni zamanda 80 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, iddia tələbi aydın olmadığından hal-hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yarandığını, buna görə də, iddia tələbini dəqiqləşdirərək, ona dəymiş ziyana görə Cavabdeh2 2150 manat məbləğində, Cavabdeh1 300 manat məbləğində, Cavabdeh3 2645 manat məbləğində pulun və eyni zamanda 80 (səksən) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddiaçının qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. 06 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etdiyini, İddiaçı quyusunu yuduğunu, su boruları keyfiyyətsiz olduğu üçün yuyulan zaman boruların qatdandığını, quyunun yuyulmasına görə 300 manat pul aldığını, iddiaçının istəyinə görə ya ondan aldığı pulu geri qaytara biləcəyini, ya da başqa duyu qazdırdığı zaman pulsuz onun quyusunu yuya biləcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında iddiaçının qeyd etdiyi kimi onun birinci quyusunu qazdığını, quyunun qazılmasına və su borularının alınmasına görə iddiaçıdan1550 manat pul aldığını, quyu yulan zaman borular qatlandığından quyunun istifadəsi mümkün olmamış, iddiaçıya pulsuz başqa quyu qazacağı barədə razılaşdığını, sonradan iddiaçı yeni quyu qazmasını dediyi zaman başqa kənddə quyu qazdığı üçün özünün gələ bilmədiyini, onun əvəzindən iddiaçıya quyu qazması üçün X1 göndərdiyini, onun pulunu özünün verəcəyini dediyini, həmçinin quyununqazılması ilə bərabər borularıda quyuya salınmasının quyu qazanın işi olduğunu, Salehin quyunu 15-lik balta ilə qazdığını, ölçü balaca olduğu üçün özünün sonradan gedib 16-lıq balta ilə quyunu genişlətdirdiyini, eyni zamanda iddiaçı ona su borusu lazım olduğunu dediyini, iddiaçıya 300 milli metir ölşülü boru alınacağını dediyini, boru satan Cavabdeh3 nömrəsini verdiyini, onların öz aralarında necə razılaşdıqlarını bilmədiyini, iddiaçının gedib su borularını bəyənib alıb gətirdiyini, iddiaçının aldığı boruların 330 milli metrlik borular aldığını, iddiaçının boruları qaynaq etdirdiyini, deşdirdiyini hazır olduğunu ona dediyini, quyu hazır olduqdan sonra gedib boruları quyuya salmaq istədikdə boruların ağır olması səbəbindən öz kranının gücü çatmadığı üçün iddiaçının böyük karan çağırtdırdığını, həmin boruların yalnız 25 metrini quyuya sala bildiyini, 15 mert borunu nə qədər çalışsalarda quyuya sala bilmədiklərini, bunun ya qaynağın düz edilməməsi, yada quyu qazılarkən baltanın sərt daşa rast gəldiyi üçün yerini dəyişməsinin səbəb ola biləcəyini, iddiaçının ondan tələb etdiyi pulu nağd formada ona qaytarmağa imkanının olmadığını, ya ona başqa bir quyu qazılmasında kömək edə biləcəyini, ya da həmin pulu ayda 100 (bir yüz) manat olmaqla ona qaytara biləcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh3 izahatında iddianı qəbul etmədiyini, Cavabdeh2 ona zəng edərək bir nəfərə boru lazım olduğunu, “sənin nömrəni verəcəm səninlə əlaqə saxlasın” dediyini, buna etiraz etmədiyini, sonradan Səxavətin ona zəng etdiyini, onunla danışdıqlarını, “borular hazır olan kimi sənə xəbər edəcəm” dediyini, boruları tapib hazır edəndən sonra Səxavətə zəng etdiyini, onun öz maşını ilə gələrək borulara baxdığını, metrə ilə boruları ölçdüyünü, boruların 300,310,320,330 millimetr ölçülərdə olduğunu gördüyünü, bəyəndiyini, pululnu ödəyərək öz maşınına yığıb apardığını, bir ilə yaxın bir müddətdən sonra ona zəng edərək verdiyi boruların ölçülərinin düzgün olmadığı üçün onun işinə yaramadığını, ondan boruların pulunu tələb etdiyini, onunla razılaşmadığı üçü mübahisə edərək telefonu söndürdüyünü, boruları özünün gəlib ölçərək bəyənib apardığını, boruları biri-birinə qaynaq etdirdiyini, hamısını deşdirdiyini, məhkəmə baxışı iclasında verilən izahatlardanda göründüyü kimi borular düzgün qaynaq edilmədiyi üçün quyuna yerləşdirməyin mümkün olmadığını, borularda qüsur vadısa onun 25 metrinin quyuya necə getdiyini iddiaçının ona izah edə bilmədiyini qeyd edərək məhkəmədən iddia tələbinin ona dair hissədə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahid X2 ifadəsində onun 2-ci quyu qazmaq üçün Qüdrəti göndərdiyini, durbalara baxıb bu durbalar onların işinə yarayacaq durbalar deyil dediyini, Sərxan və Rəfailin sən qaz biz yönləşdirəcəyik dediyini, onun 42-43 metr quyu qazdığını, durbaları sadlıqlarını, 24-25 metr getdiyini, sonra nə etdilərsə getmədiyini, səbəbi durbaların düzgün qoymamaq da ola biləcəyini, birdə durbaların yoğun olduğunu, sonra böyük balta ilə qazdıqlarını, yenə də getməyini bildirmişdir. Məhkəmə baxışı iclasında təşəbbüsü ilə məhkəməyə dəvət edilmiş şahid X4 ifadəsində Nümayəndə 1-ci quyunu yudurtmaq üçün onu çağırdığını, gedib quyuya baxdığını, quyuda 3 metrə kimi su görsəndiyini, suyu niyə vurmadığını soruşduğunu, bilmirik dediklərini, 1 nəfərin motoru qoşsun 30 manat dediyini, 250 manatada onun quyunu yuyacağı barədə Rəfaillə razıalşdıqlarını, quyunu yuduqlarını, motoru qoşduqlarını, hava çıxdığını, usta gətirdiklərini, ustanın motoru saldığını, işlədiyini, pulunu istədikdə dedi oğlum Saleh işdədir gəlsin verəcək dediyini, ustanın və fəhlənin pulunu cibindən verdiyini, 250 manat pulun 120 manatının fəhlələrin olduğunu, 30 manatda ustaya verdiyini, səhər zəng vurduğunu, yenidən quyu qazacağını, onu da gəlib yuyarsan ikisinin birdən pulunu verərəm dediyini, hələdə pulunu ala bilmədiyini bildirmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdehlərin izahatlarını, şahidlərin ifadəsini qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonu Dərvişlər kəndində 0.9548 ha torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti podrat müqaviləsinə uyğun olduğuna görə mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin məhz həmin müqaviləyə aid olan aşağıdakı normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; - 762.2-ci madddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; - 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; - 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər; - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış podrat müqaviləsindən yarandığından yuxarıda qeyd olunan maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı podrat müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iddiaçı quyunun qazılması müqabilində Cavabdeh2 1550 manat, boruların quyuya salınmasına görə cavabdehin görməli olduğu işin müqabilində əlavə icra məqsədilə başqa kran çağıraraq ona əlavə xərc olaraq 600 manat, eyni zamanda quyunun yuyulmasına görə digər Cavabdeh1 300 manat versə də, cavabdehlər şərtləşdikləri vaxtda həmin işi qüsursuz icra etməmişlər. Həmçinin iddiaçının verdiyi pulları bu günədək qaytarmamışlar. Məhkəmə araşdırması zamanı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya zian vurduqlarını, və həmin pulları qaytaracaqlarını etiraf etmişlər. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh3 münasibətdə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; - 570.1.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda... satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır, - 571.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Belə ki, iddiaçının izahatından da görünür ki, boruları iddiaçının özü baxmış, bəyənərək pulunu ödəyərək cavabdehdən almışdır. İddiaçı iddia tələbində boruların diametrinin quyunun diametrinə uyun olmadığını qeyd etsədə, özünün və proses iştirakçılarının izahatlarından da görünür ki, həmin boruların təqribən 25 metri istidadə edilmiş, qalan 15 metr borunun qeyri - müəyyən səbəblərdən, məsələn qaynağın düz edilməməsi, ya da quyu qazılarkən baltanın sərt daşa rast gəldiyi üçün yerini dəyişməsinin səbəbindən quyuya salınması mümkün olmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının iddia etdiyi kimi, boruların quyuya salınmasının mümkün olmaması onun ölçüləri ilə əlaqədar deyildir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iş üzrə iddiaçı da iddia ərizəsində boruların qüsurlu olması ilə bağlı qeyd etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiyindən onun tələbi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Şərur rayon Diyadin kəndində qeydiyyatda olan Cavabdeh2 2150 (iki min bir yüz əlli) manat, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan Cavabdeh1 300 (üç yüz) manat məbləğində pul alınaraq Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan İddiaçı ödənilməli, iddia tələbi vurulmuş ziyana dair digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 80 manat dövlət rüsumunun 41.54 manatı iddiaçıya aid edilməli, 38.46 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin: - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Şərur rayon Diyadin kəndində qeydiyyatda olan Cavabdeh2 2150 (iki min bir yüz əlli) manat, Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatda olan Cavabdeh1 300 (üç yüz) manat məbləğində pul alınaraq Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. Ödənilmiş 80 manat dövlət rüsumunun 41.54 manatı iddiaçıya aid edilsin, 38.46 manatı isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar