Məhkəmə qərarları › İş №2(110)-284/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-284/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-284/2024 03.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin 19 iyun 2019cu il tarixli 2(110)-389/2019 nömrəli məhkəmə qətnaməsi ilə Cavabdeh aliment tutularaq 15 aprel 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona alimentin ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək 15 aprel 2007-ci il təvəllüdlü X1 üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, 2003-cü ildə Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evləndiklərini, birgə nikahlarından, birgə yaşadıqları müddətdə üç övladı – 24 mart 2003-cü il təvəllüdlü X4, 16 avqust 2005-ci il təvəllüdlü X5 və 15 aprel 2017-ci il təvəllüdlü X6 doğulduğunu, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən onun iddia ərizəsi əsasında onların aralarında bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə 2018-ci ildə pozulduğunu, ona uşaqların saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 2(110)-389/2019-cu il tarixli 2(110)-389/2019 nömrəli məhkəmə qətnaməsinə əsasən Cavabdeh bir uşağın saxlanılması üçün hər ay 80 manat, üç uşağın saxlanılması üçün ümumilikdə 240 manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunduğunu. Övladlarının ikisinin artıq yetkinlik yaşlarına çatdığını. Bir övladının yetkinlik yaşına çatmadığını, haliyədə övlarının böyüdüyünü, orta məktəbdə təhsil aldığını və onun saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında haliyədə övladının böyüdüyünü, bu səbəbdən də, ödənilən alimentin məbləğinin uşağın normal qidalanmasını, istirahətini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını, həmçinin cavabdeh etiraz ərizəsində balaca oğlu X6 almalı olduğu alimenti bütün aylar üzrə hesablanılmaqla əvvəlcədən ödədiyini, bu barədə məhkəmə icraçılarının məlumatlı olduqlarını, bu əməliyyatın birbaşa icraçının iştirakı ilə həyata keçirildiyini, ödənişdən azad olduğunu qeyd etdiyini, bunların hamısının yalan olduğunu, sadəcə cavabdehə məhkəməyə alimentin artırılması ilə bağlı müraciət edəcəyini dediyini, cavabdeh isə hər ay əlavə qırx manat ödəyəcəyini bildirdiyini, bunun bir neçə ay çəkdiyini, sonradan həmin pulu ödəməyi dayandırdığı üçün məcbur qalıb alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etdiyini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq ərizəsində qeyd etmişdir ki, Şərur Rayon Məhkəməsinin (hakim – Seymur Qarayev) icraatında keçmiş həyat yoldaşım İddiaçı mənə qarşı alimentin miqdarının artırılması tələbinə dair 2(110)- 284/2024 saylı mülki iş daxil olmuşdur. Həmin iddia tələbi ilə L. Əliyeva məndən 2007-ci il təvəllüdlü oğlumuz X7 görə yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat aliment tutulması tələb edir. Aşağıda göstərilən hallara görə L. Əliyevanın mənə qarşı irəli sürdüyü aliment miqdarının artırılması tələbi barədə iddianı qəbul etmir və rədd olunmasını xahiş edirəm. Belə ki, iş materiallarında da göründüyü kimi, mən Şərur Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(110)-389/2019 saylı qətnaməsi ilə keçmiş həyat yoldaşımın tələbinə əsasən 3 uşağa görə aliment ödənişinə cəlb edilmişəm. Hal – hazırda uşaqların iki 18 yaşına çatdıqları üçün aliment ödənişi başa çatmışdır. Üçüncü uşağım olan X6 almalı olduğu alimenti isə mən bütün aylar üzrə hesablanılmaqla əvvəlcədən ödəmişəm. Bu barədə Şərur Rayon Məhkəməsinin icraçıları məlumatlıdırlar və bu əməliyyat birbaşa icraçının iştirakı ilə həyata keçirilmiş və mən ödənişdən azad olmuşam. İddiaçının indi mənə qarşı belə bir idda qaldırması olduqca absurd və əsassızdır. Belə ki, bununla bağlı müvafiq sənədlər Şərur Rayon İcra Şöbəsində saxlanılır. Xahiş edirəm aidiyyəti üzrə sorğu göndərib aydınlaşdıra və icraçını dindirib aydınlıq gətirəsiniz. Yuxarıda göstərilən məqamları nəzərə alaraq iddia tələbini birmənalı şəkildə qəbul etmir və iddianın rədd olunmasını xahiş edirəm. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 202991 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuş, həmin tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir; - Şərur Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-İİ № 161587 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 15 aprel 2007-ci il təvəllüdlü X6 valideynləridir; - Şərur Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(110)-389/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh Şərur rayon İbadulla kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2003-cü ildə doğulmuş X2, xx.xx.2005-ci ildə doğulmuş X3 və xx.xx.2007-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat, ümumilikdə 240 (iki yüz qırx) manat alınaraq iddiaçı Şərur rayon İbadulla kəndində qeydiyyatda olan İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(110)-389/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Şərur rayon İbadulla kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2003-cü ildə doğulmuş X2, xx.xx.2005-ci ildə doğulmuş X3 və xx.xx.2007-ci ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 80 (səksən) manat, ümumilikdə 240 (iki yüz qırx) manat alınaraq iddiaçı Şərur rayon İbadulla kəndində qeydiyyatda olan İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində haliyədə övladının böyüdüyünü, onun saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh uşağın digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə X6 artıq 17 yaşına çatmasını, bu yaşda olan uşağın maddi ehtiyaclarının daha çox olmasını, ona ödənilməli alimentin məbləğinin yaşayış minimumu ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləğə uyğunluğunun azda olsa təmin edilməsinin önəmini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, bu yaşda uşağın gündəlik tələbatının cuzidə olsa yüksək səviyyədə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(110)-389/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 aprel 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmyə ünvünladığı etiraz ərizəsində oğlu X6 almalı olduğu alimenti bütün aylar üzrə hesablanılmaqla əvvəlcədən ödədiyini, bu barədə məhkəmə icraçılarının məlumatlı olduqlarını, bu əməliyyatın birbaşa icraçının iştirakı ilə həyata keçirildiyini, ödənişdən azad olduğunu qeyd etsədə, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda onun qeyd etdiyi bu hallar iddiaçı tərəfindən təkzib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X11 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 120 manatdır ki, bu da il ərzində 1440 manat (120x12) təşkil etdiyindən buna müvafiq olaraq da 34.40 (otuz dörd manat qırx qəpik) manat (30+440x1%) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(110)-389/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 aprel 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 34.40 (otuz dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar