Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-286/2021 18.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli 2(110)-10/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh yetkinlik yaşına çatmayan 15 may 2015-ci il tarixdə doğulmuş X5 və 12.08.2016-cı il tarixdə doğulmuş X1 üçün hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh ilə 2014-cü ildə evləndiyini, nikahdan iki uşağının-15 may 2015-ci il tarixdə doğulmuş X5 və 12.08.2016-cı il tarixdə doğulmuş X6 anadan olduğunu, evləndikdən sonra ailə münasibətlərinin bir müddət keçdikdən sonra tədricən soyuduğunu, halhazırda tamamilə kəsildiyini, yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında qaldığını, uşaqları ilə birlikdə şərur rayon Dizə kəndində atasının yanında yaşadığını, Şərur Rayon Məhkəməsində 10.01.2020-ci il tarixdə 2(110)-2020 saylı qətnamə ilə uşaqların saxlanılması üçün Cavabdeh 2 uşaq üçün ayda 200 manat aliment kəsildiyini, cavabdehin 200 manat alimenti ödədiyini, lakin uşaqlar böyüdükcə tələbatlarının artdığını, onun isə maddi vəziyyəti aşağı olduğundan ödəyə bilmədiyini, cavabdehin hazırda Gümüşlü kənd tam orta məktəbində təsərrüfat müdiri işlədiyini, eyni zamanda 100 baş mal saxladığını, maddi imkanının yaxşı olduğunu qeyd edərək, Cavabdeh yetkinlik yaşına çatmayan 15 may 2015-ci il tarixdə doğulmuş X5 və 12.08.2016-cı il tarixdə doğulmuş X1 üçün hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatları təkrarlayaraq əlavə olaraq izahatında uşaqlardan birinin məktəbli olduğunu, digərinin də bu il məktəbə gedəcəyini, onların tələbatlarının xeyli artdığını, onların tələbatlarını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin 200 manat aliment ödəməli olduğunu, onu belə vaxtı-vaxtında ödəmədiyini, 200 manat borcunun qaldığını, cavabdehin hərəkətlərinə görə məcbur qalıb iş yerini M.Mehrab kəndinə dəyişdirdiyini, əmək haqqının aşağı düşdüyünü, cəmi 504 manat əmək haqqı aldığını, onunda 150 manatını işə getmək üçün taksiyə ödədiyini, qalan pulun isə onların təminatlarını ödəməyə heç cür kifayət etmədiyini qeyd edərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən Cavabdeh iddiaya etiraz ərizəsi təqdim edərək ərizəsində Şərur rayon Dizə kənd sakini İddiaçı Şərur rayon Məhkəməsində alimentin artırılması tələbi barədə iddia qaldıraraq qətnamə çıxarılmasını xahiş etdiyini bildirdiyini, aşağıdakı xüsusatlara görə iddia ərizəsi ilə razılaşmadığını və etiraz etdiyini, iddiaçının iddia ərizəsində onunla 2014cü ildə ailə qurduğunu, xasiyyətlərinin tutmaması səbəbindən nikahlarının pozulduğunu, bu nikahdan olan iki azyaşlı uşağının 15.05.2015-ci ildə X5 və 12.08.2016-cı il X6 analarının yanında qalması, hər uşağa 100 (bir yüz) manat olmaqla ikin uşaq üçün hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq uşaqlar yetkinlik yaşına çatanadək İddiaçı ödənilməsinin müəyyən edildiyini, alimenti vaxtlı-vaxtında ödədiyini lakin uşaqlar böyüdüyündən tələbatlarının da artması səbəbindən alimentin yetmədiyini bildirdiyini, alimentin artırılmasını, bir uşağa 170 (bir yüz yetmiş) manat olmaqla iki uşaq üçün hər ay 340 (üç yüz qırx)manat miqdarında sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini qeyd etdiyini, cavabdeh İddiaçı iddiasını cavabdehin Şərur rayon Gümüşlü kənd tam orta məktəbində təsərrüfat müdiri işləməsi və əlavə olaraq 100 (bir yüz) baş mal saxlaması ilə əsaslandırdığını, iddiaçının iddia ərizəsində onun maddi vəziyyətinin yaxşılaşması barədə heç bir mötəbər sübut təqdim etmədən yalnız şifahi olaraq onun maddi vəziyyətinin yaxşılaşması barədə iddia irəli sürdüyünü bidirdiyini, onun həqiqətən iddiaçı ilə ailəli olduğu müddətdən Gümüşlü kənd tam orta məktəbində təsərrüfat müdiri işlədiyini və ayda 252 ( iki yüz əlli iki) manat maaş aldığını, (arayışı ərizəyə əlavə etdiyini) , onun 100 (bir yüz) baş mal saxlaması barədə heç bir sübut təqdim etmədən yalan iddia irəli sürərək maddi vəziyyətinin yaxşılaşmasını bildirdiyini, onun adına heç bir əmlakın olmadığını, onun 100 (bir yüz) baş mal saxlaması barədə iddianın yalan olduğunu, Gümüşlü kənd İƏDÜ Nümayəndəliyindən verilmiş 27.05.2021-ci il tarixli 210 sayl və X4 tərəfindən verilmiş 01.06.2021-ci il tarixli 24 saylı arayışlarda da onun Gümüşlü kəndində adına daşınar və daşınmaz əmlak olmadığını, təsərrüfatdan ayrı olsada Gümüşlü kəndində atasının himayəsində yaşadığını, adına nəinki 100 (bir yüz) baş hətta 1 (baş) iribuynuzlu və ya xırda buynuzlu malqaranın olmamasının göstərildiyini, (arayışları ərizəyə əlavə etdiyini) bildirdiyini, İddiaçı ona onu uşaqlarla təhdid etməməsini, onun üçün ha çox Məryəm, ha çox Zeynəb, istəsə ərə gedəcəyini 5 Məryəm, 5-də Zeynəb doğacağını ona xəbər göndərməsini əlavə olaraq bildirdiyini, bir ana kiimi uşaqların cavabdehin marağında olmadığını uşaqların gələcək taleyini düşünən ananın bu ifadəni işlətməməli olduğunu göstərdiyini, iddiaçının bu iddia ərizəsinə onun maddi vəziyyətinin dəyişilməsi barədə hər hansı bir mötəbər sübut və ya qanuni sənət əlavə etmədiyini, deyilənləri nəzərə alaraq, Şərur Rayon Məhkəməsində İddiaçı tərəfindən alimentin artırılması tələbi barədə qaldırılmış iddianın əsassız olduğundan iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə etiraz ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında səhhətində problemlər olduğunu, fiziki sağlam olmadığını, ona görə də əlavə işlərdə işləyə bilmədiyini, onun müalicə xərclərini də valideynlərinin çəkdiyini qeyd edərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 noyabr 2015-ci il tarixli AZ-İİİ 533434 nömrəli “doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 15 may 2015-ci il təvəllüdlü X10 qızının valideynləridir. İş materiallarında olan Şərur rayon Gümüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 12 sentyabr 2016-ci il tarixli AZ-İİİ 533562 nömrəli “doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 12 avqust 2016-ci il təvəllüdlü X11 qızının valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 fevral 2020-ci il tarixli AZ-İ 221530 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 14 fevral 2020-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Bağırova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-10/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasındakı 07 avqust 2014-cü il tarixli 02 saylı nikah pozulmuş, nikahın pozulmasından sonra 15 may 2015-ci il tarixdə doğulmuş X5 və 12.08.2016-cı il tarixdə doğulmuş X6 anası Allahverdiyeva Aytən Zellabdin qızının yanında qalması müəyyən edilmiş, Şərur rayon Gümüşlü kəndində qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 100 (bir yüz) manat ümumilikdə 200 (iki yüz) manat miqdarında aliment alınaraq 25 iyul 2019-cu il tarixdən hesablanmaqla 15 may 2015-ci il tarixdə doğulmuş X5 və 12.08.2016-cı il tarixdə doğulmuş X1 üçün anası Şərur Rayon Dizə kəndində yaşayan X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur rayon Təhsil şöbəsinin 458 nömrəli, 21 aprel 2021-ci il tarixli arayışından görünür ki, Muğancıq Mehrab kənd tam orta məktəbinin müəllimi İddiaçı orta əmək haqqısı və illik gəliri 2020-ci il üzrə yanvar-iyun aylarında 969.08 manat, iyul ayında 1727.04 manat, avqust ayında 96.91 manat, sentyabr-oktyabr aylarında 969.08 manat, noyabr-dekabr və 2021-ci ilin yanvar-mart aylarında 599 manat əmək haqqı almışdır. İş materiallarında olan Şərur rayon Mərkəzi Xəstəxanası publik hüquqi hüquqi şəxsinin 05/61 nömrəli, 27.04.2021-ci il tarixli Tibbi arayışından görünür ki, Cavabdeh Şərur rayon Mərkəzi Xəstəxanasında 02.10.2020 tarixdən-08.09.2020 tarixədək və 08.10.2020-19.12.2020 tarixlərdə “Arnold-Kiari İ malformasiyası, Sirinqomieliya onurğa beyni forması cərrahi əməliyyatından sonrakı hal” diaqnozu ilə stasionar müalicədə olmuşdur və hazırda qeydiyyatdadır və müalicəsi ambulator olaraq davam edir. İş materiallarında olan Şərur rayon Təhsil şöbəsinin 417 nömrəli, 12 aprel 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2014-cü ildən Şərur rayon Gümüşlü kənd tam orta məktəbində təsərrüfat müdiri işləyir. Bütün növ tutqular və vergilər tutulduqdan sonra onun orta aylıq əmək haqqı məbləği 252.19 (iki yüz əlli iki manat on duqquz manat təşkil edir. İş materiallarında olan X4nin 01.06.2021-ci il tarixli, 24 nömrəli arayışından görünür ki, Şərur rayon Gümüşlü kənd sakini Cavabdeh ondan ötəri ki, mal-qaraya epizootik tədbirlər aparılan zaman həmin şəxsə aid olan iribuynuzli və xırdabuynuzlu mal-qarası olmamışdır. İş materiallarında olan Şərur rayon Gümüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 210 nömrəli, 27 may 2021-ci il tarixli arayışından görünür ki, Şərur rayon Gümüşlü kənd sakini Cavabdeh Gümüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin qeydlər kitabında ayrı təsərrüfat kimi qeydiyyatda durur, hal-hazırda Gümüşlü kəndində yaşayır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 10/2020 saylı 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə 15 may 2015-ci il tarixdə doğulmuş X5 və 12.08.2016-cı il tarixdə doğulmuş X6 qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 100 (bir yüz) manat ümumilikdə 200 (iki yüz) manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında 10.01.2020-ci il tarixdə 2(110)-2020 saylı qətnamə ilə uşaqların saxlanılması üçün Cavabdeh 2 uşaq üçün ayda 200 manat aliment kəsildiyini, cavabdehin 200 manat alimenti ödədiyini, lakin uşaqlar böyüdükcə tələbatlarının artdığını, onun isə maddi vəziyyəti aşağı olduğundan ödəyə bilmədiyini, cavabdehin hazırda Gümüşlü kənd tam orta məktəbində təsərrüfat müdiri işlədiyini, eyni zamanda 100 baş mal saxladığını, maddi imkanının yaxşı olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının maddi və əmlak vəziyyətini, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, həmçinin uşaqların maddi təminat almaq hüququnu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)- 10/2020 saylı 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 may 2015-ci il təvəllüdlü X5 və 12.08.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd olunmalıdır. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X14 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqelərini, iş üzrə sübutlara və sadalanan hüquq normalarının tələblərini, azyaşlı uşaqların üstün mənafeyini, faktiki iddiaçının yanında yaşamalarını, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını, 2020-ci ildə təyin edilmiş alimentin məbləğinin həmin ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində olmasını, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, 2021-ci il üçün yaşayış minimumu normasını, iddiaçının maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbini qismən təmin edərək, Şərur Rayon Məhkəməsinin 2(110)-10/2020 saylı 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 may 2015-ci il təvəllüdlü X5 və 12.08.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşaqların mənafeyinə, uşaqların maddi cəhətdən təmin olunmasına yönəlməlidir. Belə ki, valideynlər boşandıqdan sonra da uşaqların əvvəlki təminatını saxlamalı və onların mümkün qədər maksimal dərəcədə saxlanılmasına çalışmalıdırlar. Cavabdeh səhhətində problemlər olduğunu, fiziki sağlam olmadığını, ona görə də işləyə bilmədiyini, onun müalicə xərclərini də valideynlərinin ödədiyini, Gümüşlü kəndində adına daşınar və daşınmaz əmlak olmadığını, təsərrüfatdan ayrı olsada Gümüşlü kəndində atasının himayəsində yaşadığını, adına 1 (baş) iribuynuzlu və ya xırda buynuzlu mal-qaranın olmamasını, Gümüşlü kənd tam orta məktəbində təsərrüfat müdiri işlədiyini və ayda 252 ( iki yüz əlli iki) manat maaş aldığını bildirsədə, məhkəmə bu qənaətə gəlir ki, bütün bu hallar alimentin miqdarının artırılmasına maneə olan hal kimi qiymətləndirilə bilməz, eyni zamanda nəzərə alınmalıdır ki, aliment ödəməli olan valideynin hətta heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşaqlarıı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-10/2020 nömrəli, 10 yanvar 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15 may 2015-ci il təvəllüdlü X5 və 12.08.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə iki uşaq üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev