Məhkəmə qərarları › İş №2(110)-292/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-292/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-292/2021 26.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı “xxxx” MMC məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh "xxxx” MMC-nin xeyrinə 1391 manat əsas borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən ona ümumi qiyməti 3041 manat dəyərində olan məişət əşyaları aldığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqısatqı müqaviləsinin 3.4-cü bəndində əsasən alınmış malların dəyərindən 300 manat ilkin ödəniş etməklə, qalan məbləği 3 aya bölərək, hər ay üçün 913 manat 67 qəpik hissə-hissə ödəmək şərti ilə aldığı malın dəyəri kimi, cəmi 2741 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin borclu alqısatqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 1350 manat ödəniş etdiyini, qalan 1391 manat əsas borcu indiyədək ödəmədiyini, bununlada alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozduğunu, alqı-satqı müqaviləsinin 10.2.1-ci bəndinə əsasən alıcı və satıcı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə müqaviləyə birtərəfli qaydada xitam verilə biləcəyini, alqı-satqı müqaviləsinin 11.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, dəfələrlə edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh maddi vəziyyətinin pisləşməsini əsas gətirərək müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayındığını, “xxxx” MMC-nin sahibkarlıq fəaliyyətinə ciddi ziyan vurduğunu, dəfələrlə ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara məhələ qoymayaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayındığını və nəticədə onun biznes fəaliyyətinə ciddi ziyan vurduğunu qeyd edərək, Cavabdeh “xxxx” MMC-nin xeyrinə 1391 manat əsas borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş müqavilədən və digər sənədlərdən aydın olur ki, həqiqətən Cavabdeh oğlu ilə iddiaçı “xxxx” MMC arasında xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı Müqaviləsinin 1.1, 3.4 və 4.1-cü bəndlərinə əsasən, “Satıcı” qiyməti 567 manat olan bir ədəd Galanz vv60b1a401min markalı paltar yuyan, qiyməti 671 manat olan bir ədəd PozisRK102 markalı soyuducu, qiyməti 617 manat olan bir ədəd sky VVORG43E2 markalı televizor, qiyməti 126 manat olan bir ədəd sATURN fp0095 markalı ətçəkən, qiyməti 230 manat olan bir ədəd Samsungvc18m21a0sbe markalı tozsoran, qiyməti 215 manat olan bir ədəd BRAUN ts 745 markalı ütü, qiyməti 203 manat olan bir ədəd Severin MVV 7874 markalı mikrovalnovka, qiyməti 36 manat olan bir ədəd SEVERİN AT2287 markalı toster, qiyməti 98 manat olan bir ədəd Aressa ar3429 markalı çaynik, qiyməti 50 manat olan bir ədəd Hit-Hit markalı blender, qiyməti 228 manat olan bir ədəd Baraun markalı şirə çəkəni “Alıcıya” verməyi, “Alıcı” isə onu qəbul edib malların dəyərindən 300 manat ilkin ödəniş etməklə, qalan məbləği 3 aya bölərək, hər ay üçün 913,67 manat “Satıcıya” ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 11.1 və 11.2-ci bəndlərinə əsasən müqavilənin yerinə yetirilməsi prosesində yaranmış mübahisələrin danışıq yolu ilə həll ediləcəyi, bu mümkün olmadıqda isə məhkəmə qaydasında həll olunacağı nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş maliyyə arayışına əsasən xx.xx.2018-ci il tarixli ******* saylı Cavabdeh Alqı-Satqı müqaviləsi üzrə 2741 manat əsas borcundan bu günədək 1350 manat ödəniş etmiş, 1391 manat əsas, 179 manat 46 qəpik cərimə borcu qalmışdır. İş materiallarına əlavə olunmuş alqı-satqı Müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 3041 manat dəyərində olan avadanlığa ilkin ödəniş 300 manat olmaqla 3 ay müddətinə hər ay 913,67 manat olmaqla cəmi 2741 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı nömrəli satılmış əşyanın təhvil verilməsi haqqında aktdan görünür ki, “Satıcı”-“xxxx” MMC müqavilədə göstərilən əşyaları Cavabdeh qüsursuz təhvil vermişdir. Cavabdeh isə əşyaları qüsursuz halda təhvil aldığını xx.xx.2018-ci il tarixli ******* saylı nömrəli satılmış əşyanın təhvil verilməsi haqqında akta imza etməklə təstiq etmişdir. İş materiallarına əlavə olunmuş Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra 3 (üç) gün müddətində borcunu ödəmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı və çəkilmiş xərclərin onun tərəfindən ödəniləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş müqavilədən və digər sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı Müqaviləsinə əsasən alıcı Cavabdeh “xxxx” MMC-dən Satıcı” qiyməti 567 manat olan bir ədəd Galanz vv60b1a401min markalı paltar yuyan, qiyməti 671 manat olan bir ədəd PozisRK102 markalı soyuducu, qiyməti 617 manat olan bir ədəd sky VVORG43E2 markalı televizor, qiyməti 126 manat olan bir ədəd sATURN fp0095 markalı ətçəkən, qiyməti 230 manat olan bir ədəd Samsungvc18m21a0sbe markalı tozsoran, qiyməti 215 manat olan bir ədəd BRAUN ts 745 markalı ütü, qiyməti 203 manat olan bir ədəd Severin MVV 7874 markalı mikrovalnovka, qiyməti 36 manat olan bir ədəd SEVERİN AT2287 markalı toster, qiyməti 98 manat olan bir ədəd Aressa ar3429 markalı çaynik, qiyməti 50 manat olan bir ədəd Hit Hit markalı blender, qiyməti 228 manat olan bir ədəd Baraun markalı şirə çəkən üçün ilkin olaraq 300 manat ödəməklə, qalan 2741 manat pulu isə, 3 (üç) ay müddətinə ayda 913,67 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 1350 (bir min üç yüz əlli) manat ödəniş etmişdir. Hal-hazırda cavabdehin nisyə aldığı məişət avadanlıqlarına görə iddiaçıya ödənilməmiş 1391 manat (bir min üç yüz doxsan bir) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 1391 (bir min üç yüz doxsan bir) manat borc pul tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3, 360, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1391 (bir min üç doxsan bir) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, ümumilikdə 1421 (bir min dörd yüz iyirmi bir) manat pul tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar