Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-313/2024 06.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Kürçülü kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 6000 (altı min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 80 (səksən) manat pulun, ümumilikdə 6080 (altı min səksən) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun Şərur rayon Çomaxtur kəndində yaşadığını, 2021-ci ilin dekabr ayında qızının yaşadığı evə yəni Şərur rayon Kürçülü kəndinə getdiyini, həmin gün qızının həyat yoldaşı Cavabdeh borcunun olduğunu və qaytara bilməfdiyini qeyd bildirərək ondan 3000 manat borc olaraq pul istədiyini, onun əlində nağd pul olmadığı üçün 01 ədəd qızıl üzüyünü və 01 ədəd qolbağını, Cavabdeh verdiyini, onun həmin qızıl üzüyü və qızıl boyunbağını sataraq 3000 manat pul əldə edərək borcunun bir hissəsini ödədiyini, iki gün sonra qızı Atlas Niftəliyevanın ona zəng edərək 3000 manatın Bayramın borcunu tam olaraq ödəmədiyini, ona əlavə olaraq 3000 manat borc istədiyini bildirdiyini, onun yaşadığı evdə saxladığı 01 ədəd qızıl boyunbağını və 01 ədəd qızıl qolbağını Cavabdeh verməyə razı veridyini, bir gün sonra həmin qızıl zinət əşyalarının satışından Cavabdeh 3000 manat əldə etdiyini, bununla da Cavabdeh ondan 6000 manat pul borc olaraq götürdüyünü, Cavabdeh həmin borcu tez bir zamanda qaytaracağına söz versə də, bugünə qədər borcu verməkdən boyun qaçırdığını, bu məslə ilə bağlı onun Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət etdiyini, Şərur Rayon Polis İdarəsi tərəfindən Cavabdeh əməlində cinayət təqibinin yaranması istisna olunduğundan toplanmış material üzrə cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanmasının rədd edildiyini, eyni zamanda ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ olduğunun izah edildiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətəndə İddiaçı 6000 (altı min) manat borcunun olduğunu, borcunu etiraf etdiyini və bu ilin sonunadək borcunu tam ödəyəcəyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddianı müdafiə etməsi, cavabdehin isə iddianı etiraf etməsi barədə izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilərk, Cavabdeh qarşı hər hansı tələbi olarsa məhkəməyə müraciət etməsi izah olunmuşdur. İş materiallarında əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 80.0 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsində Cavabdeh oğlundan 6000 (altı min) manat məbləğində pul tələb etmiş, məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh isə izahatında həqiqətəndə İddiaçı 6000 (altı min) manat borcunun olduğunu məhkəmədə etiraf etmiş, və bu ilin sonunadək borcunu tam ödəyəcəyini bildirmişdir. Cavabdehin etirafının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə audio - video qeydiyyatı aparılmışdır. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı qəbul olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 80 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Kürçülü kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 6000 (altı min) manat borc və ödənilmiş 80 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6080 (altı min səksən) manat məbləğində pul alınaraq Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-313/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-313/2024
06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver