Məhkəmə qərarları › İş №2(110)-314/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-314/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-314/2024 19.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən Cavabdeh 7700 (yeddi min yeddi yüz) manat borc pulun və ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh uzun müddətdir ki, tanıdığını, aralaında vaxtı ilə səimimi yoldaşlıq münasibətlərinin də olduğunu, belə ki, 2023-cü ilin yayında cavabdehin ona vacib pul lazım olduğunu bildirdiyini, onun da yaxın münasibətlərinə görə ona 3200 manat borc pul verdiyini və bu borc məsələsini onların Şərur rayon 1 saylı notariat ofisində rəsmiləşdirdiklərini, bu məqsədlə aralarında xx.xx.2023-cü il tarixli kredit müqaviləsi imzalandığını, cavabdehin aldığı krediti xx.xx.2023-cü ilədək qaytarmağı öhdəsinə götürdüyünü, hərşeyə rəğmən münasibətlərinin əvvəlki kimi davam etdiyini, cavabdehin borcunu yubatdığı üçün hərdən də üzrxahlıq etdiyini, 2023-cü ilin dekabr ayında isə cavabdehin təkrarən ondan əlavə pul istədiyini, onun ondan aldığı pul ilə götürmüş olduğu krediti bağlayıb yenidən kredit götürməli və sonra ona olan borcunu tam ödəməli olduğunu, bu minvalla aralarında xx.xx.2023-cü il tarixdə yenə Şərur rayon 1 saylı Notariat Ofisində kredit müqaviləsi imzalandığını, bu dəfə də tərəfindən cavabdehə 4500 manat məbləğində borc pul verildiyini, sonuncu müqaviləyə görə isə cavabdehin aldığı borcu xx.xx.2023-cü il tarixədək ödəməli olduğunu, lakin sonradan cavabdehin bankdan təkrar kredit götürərək başqa şəxslərə olan borcunu ödədiyini öyrəndiyini, bundan sonra isə aralarındakı münasibətin təmamilə pozulduğunu və cavabdehə etdiyi xəbərdarlıqların heç bir nəticəsinin olmadığını, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan müüqavilə ilə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını və tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunduğunu, cavabdeh R. Məmmədovun müqavilə üzrə götürdüyü öhdəliyini yerinə yetirməməsi və ona olan borcunu qaytarmaması, həmçinin, ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq borcunu ödəməkdən yayınması səbəbindən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək, Cavabdeh qarşı “pul tələbi barədə” iddia qaldıraraq, 7700 (yeddi min yeddi yüz) manat məbləğində pulun və 97 (doxsan yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsini xahiş etdiyini, cavabdehin ona olan borcundan 4500 (dörd min beş yüz) manat ödədiyini, buna görə də iddia tələbinin azaldılması zərurəti yarandığını, hal – hazırda iddia tələbini azaldaraq, Cavabdeh ona borclu olduğu 3200 (üç min iki yüz) manat məbləğində pulun və 97 (doxsan yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona ödənilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində və iddia tələbinin azaldılması barədə ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında cavabdeh tərəfindən iddia tələbi üzrə 3200 manat məbləğində borcun 1200 manatının ödənildiyini, haliyədə cavabdehdən ona borclu olduğu 2000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında iddiaçıya olan borcunu ödədiyini, ona heç bir borcunun olmadığını, iddiaçıdan əvvəlcə 3200 manat aldığını, daha sonra həmin pulu ödədiyini, sonradan ondan 4500 manat borc pul aldığını, həmin pulu da qardaşının iddiaçıya ödədiyini qeyd edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin 1-ci bəndindən görünür ki, “Borcverən” “Borcalan”a 3200 (üç min iki yüz) manat məbləğində pul borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “Borcalan” krediti xx.xx.2023 tarixinədək “Borcverən”ə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq mümkün olmadıqda isə məhkəmə qaydasında həll olunur. İş materiallarına əlavə olunmuş bildirişin məzmunundan görünür ki, iddiaçı cavabdehə aldığı borcu sonuncu xəbərdarlıq edilməklə 10 gün müddətində ödəməsini tələb etmiş, borcunu ödəməyəcəyi təqdirdə tərəfindən məhkəmə müraciət olunacağını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən Naxçıvanbank ASC-nin Şərur rayon filialı vasitəsilə dövlət büdcəsinə 97 manat məbləğində dövlət rüsumu ödənilmişdir; İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(110)-314/2024 saylı qərardadına əsasən, iddia tələbi azaldıldığından iddiaçı tərəfindən ödənilmiş 97 manat dövlət rüsumunun 47 (qırx yeddi) manatının iddiaçıya geri qaytarılması qərara alınmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş Şərur rayon 1 saylı notariat ofisinin xüsusi notariusunda bağlanmış xx.xx.2023-cü tarixli Kredit müqaviləsidən görünür ki, Borc alan Cavabdeh Borc verən İddiaçı 3200 (üç min iki yüz) manat məbləğində borc almış və onu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürsədə, lakin müqavilədə göstərilən şərtlərə tam əməl etməmiş, bununla da onun iddiaçı qarşısında öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki,. Borc verən kredit müqaviləsinə görə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, lakin Borc alan həmin müqaviləyə əsasən müəyyən olunmuş qaydada borcun qaytarılması öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, kredit müqaviləsi üzrə borclu olduğu 3200 manat məbləğində borcun 1200 (bir min iki yüz) manatını qaytarsada, qalan 2000 (iki min) manat məbləğində pulu Borc verənə ödəməmişdır. Ona görə də Borc alan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyindən, Borc verən tərəfindən kredit müqaviləsi üzrə nəzərdə tutulmuş borcun tam ödənilməsi məqsədi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə baxışı iclasında kredit müqaviləsi üzrə borcunu iddiaçıya tam ödədiyini bildirsədə bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı tərəfindən isə onun bildirdikləri rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəməyə bunu təkzib edəcək hər hansı bir mötəbər sübut təqdim etməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 89.1-ci maddəsinə əsasən yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddia tələbi üzrə 52 (əlli iki) manat dövlət rüsumunun 19.5 manaatı iddiaçıya aid edilməli, 32.5 (otuz iki manat əlli qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat borc və 40.3 (qırx manat otuz qəpik) manat dövlət rüsumunun 25.18 (iyirmi beş manat on səkkiz qəpik) manatı olmaqla, cəmi 2025.18 (iki min iyirmi beş manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar