Məhkəmə qərarları › İş №2(110)-316/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-316/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-316/2025 23.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsində X2 14800 (on dörd min səkkiz yüz) manat borcunu və dövlət rüsumu olaraq ödənilmiş 134.4 (bir yüz otuz dörd manat qırx qəpik) manat olmaqla cəmi 14134.40 (on dörd min yüz otuz dörd manat qırx qəpik) manat pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Naxçıvan Şəhərində Cahan Ticarət Mərkəzində meyvə-tərəvəzlərin topdan satışı ilə məşğul olduğunu, Cavabdeh ilə təqribən 7-8 il olar ki, bazarda müyvə-tərəvəz satarkən tanış olduğunu, onunla aralarında hər hansı bir qohumluq əlaqəsinin, ədavətlərinin və ya düşmənçiliklərinin olmadığını, Cavabdeh bu müddət ərzində onlardan dəfələrlə bazada satmaq üçün nisyə meyvətərəvəz götürüb satdığını, pulunu da vaxtlı-vaxtında hissə-hissə olaraq qaytardığını, son zamanlar Cavabdeh işlərinin yaxşı getmədiyini, götürdüyü meyvə-tərəvəzin pulunu yubatdığını, bu səbəbdən də meyvə tərəvəzin pulundan borcu qalıdığını, hər dəfə ona borcunu qaytarmasını bildirdikdə, ziyana getdiyini, növbəti dəfə pulun hamısını borcu ilə birlikdə qaytaracağını bildirdiyini, 2024-cü ilin əvvəindən isə Cavabdeh bazara artıq gəlmədiyini, onun işlətdiyi ***-***-**-** nömrəli mobil telefonuna dəfələrlə zəng edərək borcunu ödəməsini bildirmək istəsə də ya onun telefonuna zəng çatmadığını, ya da maddi imkanı olmadığından ona bir az vaxt verməyin xahiş etdiyini, hər dəfə Cavabdeh meyvətərəvəz verərkən hər ikisi öz borc dəftərlərində qeydlər apardıqlarını, 2024-cü ilin sentyabr ayında Cavabdeh ona olan borcunn almaq üçün Şərur şəhərinə, Cavabdeh yaşadığı ünvana gəldiyini, Cavabdehla atasi Mamed Qələndərovun və Naxçıvan şəhər sakini X8 iştirakları ilə borc dəftərlərini üzləşdirdiklərini, Cavabdeh ona 14800 (on dörd min səkkiz yüz) manat borcu qadığını, Cavabdehla onun tərəfindən atası X3, iddiaçı tərəfddən isə X8 iştirakları ilə Cavabdeh ona 14800 (on dörd min səkkiz yüz) manat borcu qalması barədə akt tərtib etdiklərini, Akif Qələndəronun ona olan borcunun 9000 (doqquz min) manatına qarşılıq Fort Tranzit makalı maşınını verəcəyini, qalan 5800 (beş min səkkiz yüz) manat pulu isə 2024-cü ilin sonunadək qaytaracağı barəd razılaşaraq bu barədə aktda qeyd edərək imzaladıqlarını, sonradan Cavabdeh Ford Tranzit markalı maşınının satdığını öyrəndiyini və ondan borcunun tamamını ödəməsini bildirdiyini, həmin vaxtdan bir aydan artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh hələ də ona olan borçunu qaytarmadığınıı, bu müddət ərzinə dəfələrlə Cavabdeh işlətdiyi ***-***-**-** nömrəli möbil telefonuna zəng edərək ona olan borcunu qaytarmasını bildirsə də hər dəfə bir bəhanə ilə ona olan borcunu qaytarmaqdan yayındığını, bu gün həmin pula çox htiyacı olduğunu, ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Həmçinin xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəsində bildirmişdir ki, hüquqlarını müdafiə etdiyim İddiaçı adından Şərur rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şərur şəhər sakini Cavabdeh 14800 (on dörd min səkkiz yüz) manat borcunu və dövlət rüsumu olaraq ödənilmiş 134.40 (bir yüz otuz dörd manat qırz qəpik) manat olmaqla cəmi 14134.40 (on dörd min bir yüz otuz dörd manat qırx qəpik) manat pulun alınaraq İddiaçı xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdik. Bildirirəm ki, iddia ərizəsində texniki səhflik nəticəsində cavabdeh X1 15 baş ana 9 baş bala olmaqla cəmi 24 baş (keçi) xırda buynuzlu heyvanı X1 verməyimi şahid ifadələri ilə təsdiq etmək üçün Şahbuz rayon Biçənək kənd sakini X4, Şahbuz rayon Biçənək kənd sakini, haliyədə Şərur rayon Xanlıqlar kəndində yaşayan X5 şahid qismində məhkəmə baxışı iclasına çağırılması göstərilmiş, xahiş etdim hissəsində isə Cavabdeh 14800 (on dörd min səkkiz yüz) manat borcunu və dövlət rüsumu olaraq ödənilmiş 134.40 (bir yüz otuz dörd manat qırx qəpik) manat olmaqla cəmi 14134.40 (on dörd min bir yüz otuz dörd manat qırx qəpik) manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ona görə də iddia tələbinə dəqiqləşmə verilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunanlara əsasən qeyd olunan şahidlərin məhkəmə iclasına çağırılması hissəinin nəzərə alnmamsını, xahiş etddim hissəsində isə Cavabdeh 14800 (on dörd min səkkiz yüz) manat borcunu və dövlət rüsumu olaraq ödənilmiş 134.40 (bir yüz otuz dörd manat qırx qəpik) manat olmaqla cəmi 14934.40 (on dörd min doqquz yüz otuz dörd manat qırx qəpik) manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi tələbi daxilində baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara alınmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin vəkili və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçının iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, iddiaçıya həqiqətəndə qeyd edilən məbləğdə borcunun olduğunu, ona olan borcundan iddiaçının müəyyən qisminin silinməsinə ehtiyac olduğunu, çünki nisyə götürdüyü məhsulların yaş məhsul olduğunu, ona görədə pərakəndə satış zamanı aldığı malların hər dəfə müəyyən qisminin xarab olduğunu, həmçinin kilo olaraq satılarkən tərəzidə də, itkiyə getdiyini, ona görədə ziyana düşdüyünü, özünə məxsus olan Ford tranzit markalı avtomobili 9000 manat qiymətə ona verməsi, qalan pulu hissə-hissə ödəyəcəyi barədə iddiaçı bir xx.xx.2024-cü il tarixdə öz aralarında razılığa gəldiklərini, lakin sonradan aramızda olan razılaşmanın pozulduğunu, yenidən iddiaçıya eyni razılaşma təklif etsəm də, iddiaçının onunla əvvəlki qaydada razılaşmadığını, haliyədə iddiaçının onun avtomobilini 7000 manata qiymətləndirdiyini, onun dediyi məbləğlə razılaşmadığını, onun avtomobilini çox ucuz qiymədə istədiyini, haliyədə isə borcunu qaytara bilmədiyini, ancaq avtomobilini münasib qiymətə sataraq, iddiaçının pulunu ödəyəcəyini qeyd edərək məhkəmədən qanuni qərara çıxarılmasını xahiş etmişdir İş materiallarına əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli, Aktdan qeyd edilmişdir ki, mən Şərur sakini Cavabdeh və atam X9 bu aktı İddiaçı və X10 iştirakı ilə tərtib etdik ondan ötürü ki, həqiqətən də yuxrıda adları qeyd olunan şəxslərin iştirakı ilə borc dəftərlərini yoxladıq, mənim meyvə satışından İddiaçı 14800 azn borcum olduğunu və bu borcumun 9000 azn “Ford tranzit” markalı maşın ilə əvəzləşdirəcəm, pulun qalan 5800 azn isə qısa müddətdə - ilin sonunadək ödəyəcəyimə atam X9 ilə birlikdə söz verirəm. - 25873 nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, “İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar PAYSİS MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 134.0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iddianı müdafiə etmələri, cavabdehin isə iddianı etiraf etməsi barədə izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı bazada satmaq üçün nisyə meyvə-tərəvəz götürmüş, əvvəllər aldığı malların pulunu vaxtlı-vaxtında qaytarmış, son zamanlar cavabdeh iddiaçıdan nisyə götürdüyü meyvə-tərəvəzin pulunu yubatmış, bu səbəbdən iddiaçıya borcu yaranmış, həmçinin borcunu qaytarmasına dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli akt üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçıya həqiqətəndə 14800 (on dörd min səkkiz yüz) manat borcunun olduğunu etiraf etmiş, onun etirafının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə audio - video qeydiyyatı aparılmışdır. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı qəbul olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 134.40 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklədə məhkəmə qeyd edir ki, iddia təmin olunmalı, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 14800 manat borc və 134.4 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 14934.4 (on dörd min doqquz yüz otuz dörd manat qırx qəpik) manat məbləğində pul alınaraq ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 14800 manat borc və 134.4 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 14934.4 (on dörd min doqquz yüz otuz dörd manat qırx qəpik) manat məbləğində pul alınaraq ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar