Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-322/2022 25.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 18.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6859,08 manat əsas, 2739,84 manat faiz, kredit müqaviləsi üzrə 18.07.2021-ci il tarixdən 11.03.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə heablanmış 217,55 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilkdə 9816,47 manat borcun və 118,16 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumata əsasən məlum olur ki, Cavabdeh 28.11.2020-ci il tarixdə ölmüşdür. Göründüyü kimi iddia məhkəməyə müraciət edilənədək ölmüş şəxsə - yəni mövcud olmayan mülki hüquq subyekinə qarşı qaldırılrmışdır. Ölmüş fiziki şəxsin mülki prosessual hüquq qabiliyyəti olmadığından hazırkı mülki işə məhkəmə qaydasında baxılması qeyrimümkündür. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmkdən imtina edilərəkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 118,16 (bir yüz on səkkiz manat on altı qəpik) manat dövlət rüsumu da geri ödənilməlidir. İddiaçıya izah olunsun ki, kreditorun mənafelərinin təmin edilməsi məqsədi ilə vərəsəliklə bağlı qanunvericiliyin normalarına uyğun olaraq məhkəmədə iddia qaldırılması istisna olunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia İddiaçı ASC tərəfindən tərəfindən Şərur Rayon Məhkəməsinə verilmiş iddia ərizəsini icraata qəbul etməkdən imtina edilsin. İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə 05.04.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 118,16 manat (bir yüz on səkkiz manat on altı qəpik) məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-322/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-322/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver