Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-326/2024 15.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin 2(110)-262/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək bir uşağın saxlanılması üçün 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağıın saxlanılmasına 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində, hüquqlarını müdafiə etdiyi İddiaçı 2007-ci ildə Cavabdeh ilə el adəti üzrə ailə həyatı qurduğunu, 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirdiklərini, həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 dünyaya gəldiyini, xasiyyətləri uyğun gəlmədiyindən Şərur Rayon Məhkəməsinin 2(110)-262/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulduğunu, azyaşlı övladlarının onun yanında qalmasının müəyyən olunduğunu, bir uşağa 90 manat aliment olmaqla, iki uşağın saxlanlmasına 180 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulmasının qət edildiyini, uşaqların onunla birlikdə yaşadığını, cavabdehin ödədiyi 90 (doxsan) manat aliment olmaqla, iki uşağın saxlanılmasına 180 (bir yüz səksən) manat alimentin uşaqların maddi tələbatını qarşılamağa bəs etmədiyini, uşaqların təhsilinə və digər xərclərinə pul lazım olduğu yaş həddində olduqlarını, uşaqların saxlanılmasına müəyyən olunmuş alimentin uşaqların saxlanılma xərcini ödəmədiyini, uşağın yaşı artdıqca xərclərinin də artdığını, bugün verilən alimentlə iki uşağın təminatını ödəməyin çox çətin olduğunu, bugünkü gün bir uşağın saxlanılması üçün ayda 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağın saxlanılmasına 470 (dörd yüz yetmiş) manat yetərli olduğunu və cavabdehin də bu məbləği ödəmək imkanının olduğunu hesab etdiyini,mediasiyaya müraciət edildiyini, mediasiya prosesində cavabdeh iştirak etmədiyi üçün mediasiya arayış verərək məhkəməyə müraciət etməli olunduğunu bildirdiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddia ərizəsində qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında haliyədə uşaqların böyüdüyünü, iddiaçının dediyinə görə ödənilən alimentin məbləğinin uşaqların normal qidalanmasını, istirahətini təmin etməyə kifayət etmədiyini, uşaqların xərclərinin artdığını, uşaqların atası Cavabdeh digər xərclərinin ödənilməsində cavabdehə maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qismən qəbul etdiyini, haliyədə işləmədiyini, işsiz vətəndaş kimi məşğulluqda qeydiyyatda durduğunu, səhhətində problemlərinin olduğunu, yenidən ailə qurduğunu, bir övladının doğulduğnu, təsərrüfatında iki baş inəyinin olduğununu, onun südünü, pendirini satmaqla ailəsinin maddi təminatını ödədiyini, hər uşaq üçün aylıq 100 manat olmaqla, ümumilikdə 200 manat aliment ödəyə biləcəyini, artıq ödəməyə imkanının olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin izahatlarına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 202958 nömrəli nikahın pozulması haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə X6 arasındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuş, həmin tarixdə 87 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Şirəliyeva” soyadı verilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2008-ci il təvəllüdlü X1 valideyinləridir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2012-ci il təvəllüdlü X2 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-262/2018 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında 25 sentyabr 2008-ci il tarixdə 180 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahdan doğulmuş övladları - xx.xx.2008ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 anası - iddiaçı X4 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-262/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında 25 sentyabr 2008-ci il tarixdə 180 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahdan doğulmuş övladları - xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 anası iddiaçı X4 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment xx.xx.2018-ci il tarixdən hesablanmaqla Cavabdeh tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçının vəkili və nümayəndəsi yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində haliyədə iddiaçının övladlarının böyüdüyünü, ödənilən alimentin məbləğinin uşaqların normal qidalanmasını, istirahətini təmin etməyə kifayət etmədiyini, uşaqların xərclərinin artdığını, uşaqların atası Cavabdeh digər xərclərinin ödənilməsində cavabdehə maddi köməklik göstərilməsindən boyun qaçırdığını onların saxlanılmaları üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, istirahətinə təmin etməyə kifayət etmədiyini, uşaqların atası Cavabdeh uşaqların digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-262/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-262/2018 saylı qətnaməsindən keçən müddət ərzində ölkə üzrə yaşayış minimumunun artmasını əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda ərzaq və qeyri-ərzaq mallarının, habelə digər xidmətlərin qiymətinin artması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyədə saxlanılmasının mümkün olmaması qənaətinə gəlməyə əsas verir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1 - ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin qeyd olunmalıdır ki, valideyn heç bir halda, hətta yenidən başqası ilə evləndikdə, həmin evliliyindən əlavə uşaqları olduqda belə uşaqların normal təminatını ödəmək vəzifəsindən azad edilmir və uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Tərəflərin maddi və ailə vəziyyəti uşaqların minimal dolanışıq səviyyəsindən kəskin şəkildə aşağı olan aliment ödənilməsinə əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər halları ilə müqayisədə uşaqların mənafelərinə üstünlük verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X7 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 80 manatdır ki, bu da il ərzində 960 manat (80x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-262/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, iki uşaq üçün 260 (iki yüz almış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev