Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-327/2025 14.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2300 (iki min üç yüz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2024-cü ilin dekabr ayında həmkəndlisi Cavabdeh “Mersedes” markalı maşın alaraq ona 1800 manat pul verdiyini, maşını həyətə gətirdikdən sonra maşının xarab olduğunu və işləmək mümkün olamadığını gördüyünü, maşını aparıb qaytardığını, ona verdiyi 1800 manatı xərclədiyindən həmin pulu almaq almaq üçün xx.xx.2024-cü il tarixdə Şərur rayon 2 saylı notariat ofisində borc müqaviləsi bağladıqlarını, sonra Cavabdeh ona başqa bir maşını olduğunu, onu yığmaq üçün 500 manat istədiyini, onu təmir edib ona pulu tam qaytaracağını dediyini, onun da əlavə 500 manat da verdiyini, lakin bu zamanadək verdiyi pulu ala bilmədiyini ona görə də həmin pulun alınıb ona verilməsi üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq о məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında həqiqətəndə İddiaçı 2300 (iki min üç yüz) manat borcunun olduğunu, borcunu etiraf etdiyini və borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə iddiaçının iddianı müdafiə etməsi, cavabdehin isə iddianı qəbul etməsi barədə izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 1800 mant borc verir, borcalan isə onu xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəsinə götürür. İş materiallarında əlavə olunmuş ********** nömrəli, xx.xx.2025-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin hesabına 44.0 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsində Cavabdeh oğlundan 2300 (iki min üç yüz) manat məbləğində pul tələb etmiş, məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh isə izahatında həqiqətəndə İddiaçı müqaviləyə əsasən 1800 (bir min səkkiz yüz) manat, əlavə olaraq isə 500 (beş yüz) manat pul aldığını məhkəmədə etiraf etmiş və borcunu ödəyəcəyini bildirmişdir. Cavabdehin etirafının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə audio - video qeydiyyatı aparılmışdır. Məhkəmə bu qənaətə gəlir ki, cavabdeh iddianı etiraf etdiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir;http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı qəbul olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iddia qaldırmaq üçün ödədiyi dövlət rüsumu ilə bağlı tələb olmadığından dövlət rüsumuna münasibət bildirmir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 2300 (iki min üç yüz) manat məbləğində pul alınaraq Şərur rayon Alışar kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-327/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-327/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver