Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-328/2025 12.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X8 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı nümayəndəsi-Vəkil, Cavabdeh yaxın qohumu olan nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh faktiki nikah münasibətlərində olduğu müddətdə ev almaq üçün Cavabdeh verdiyi 3000 (üç min) ABŞ dolları və mübahisəli torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqinin yarısını 7450 (yeddi min dörd yüz əlli manat) pulun və dövlət rüsumu olaraq ödədiyi 77,50 manat (yetmiş yeddi manat əlli qəpik) pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində iddiaçı ərizəsini əsaslandıraraq Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində el adət-ənənələrinə uyğun olaraq ailə qurduqlarını, nikahlarının xx.xx.2009-cu il tarixdə Şərur rayon Qışlaqabbas kənd İƏDN-də rəsmi nikah qeydiyyatına alındığını, həmin vaxtı cavabdehin valideynlərinin onlara Qışlaqabbas kəndində ev satıldığını bildirdiklərini, həmin evi onlar üçün almasını atası Bağırov Əliyara bildirdiyini, həmin vaxtı işləyib Türkiyədən göndərdikləri pulu cavabdehin anası (həmçinin özünün xalası) Şahsənəmin yığdığını, atasının Şahsənəmə yığdığı puldan 6500 ABŞ dolları götürüb həmin evi qızı Şərəbanı və Saməddin üçün almasını bildirdiyini, həmin puldan 3500 dolları atasına qaytarmaları barədə razılşadıqlarını, iki il ərizində atasına 3500 ABŞ dollarını qaytardıqlarını, həmin torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin xx.xx.2007-ci il tarixdə Cavabdeh adına alıq-satqı müqaviləsinə əsasən rəsmiləşdirdiklərini, xx.xx.2021-ci il tarixdə isə həmin torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin həyat yoldaşı Cavabdeh adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövət reyestrindən Çıxarış verildiyini, nikahlarının xx.xx.2024-cü il tarixdə pozulduğunu, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş azyaşlı uşaqları ilə birlikdə atasınınn himayəsində yaşadığını, adına hər hansı bir başqa torpaq sahəsi və ya yaşayış sahəsinin olmadığını, Cavabdeh adına rəsmiləşdirilmiş torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin alınması üçün verdikləri 3000 ABŞ dolları pulun onun xahişi ilə valideynləri tərəfindən verildiyini, həmin evin alqı-satqı müqaviləsinə əsasən 4000 manata satın alındığını, cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar həll etmək üçün nümayəndəsi vasitəsi ilə Mediasiya Təşkilatına müraciət etdiyini, cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini və bu səbəbdə də mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə MŞN/24-B-01492 saylı arayışın verildiyini, ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. İddiaçının nümayəndəsi-Vəkil xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək Cavabdeh ev almaq üçün ona verilmiş 3000 ABŞ dolları və gecikdirilmiş vaxt üçün 2007-ci ildən 2025-ci ilədək gecikdirmə faizi olaraq illik beş faiz, yəni hər il üçün 150 ABŞ dolları olmaqla 18 ilə 2700 ABŞ dolları, cəmi 5700 ABŞ dolları və dövlət rüsumu olaraq ödədiyi 77,5 manat pulun alınaraq iddaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş idda tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 2006-cı ildə xalası oğlu Cavabdeh ilə Türkiyə Respublikasında nişanlandıqlarını, nişanlı olduqları dövrdə atası Əliyarın onlara ev alınması üçün qayatası Nümayəndə 6500 dollar pul verdiyini, həmin pulla qayatası Nümayəndə Şərur rayonunun Qışlaqabbas kəndində onlara ev aldığını, bu evin nişanlısı- Cavabdeh adına alındığını, bundan sora onların 2009-cu il tarixdə rəsmi nikaha daxil olduqlarını, bundan bir müddət sonra həmin pulun 3500 dollarının atasına qaytarıldığını, geri qalan 3000 dolların isə atası tərəfindən onlara evin alınması ilə bağlı hədiyyə edildiyini, beləliklə də cavabdehin adına rəsmiləşdirilən Şərur rayonunun Qışlaqabbas kəndində yerləşən evin alınması üçün verilmiş pulun 3000 dollarının ona aid olduğunu bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-Vəkil verdiyi izahatında iddianı müdafiə etdiyini, tərəflərin xx.xx.2007-ci ildə Türkiyə Respublikasında evləndiklərini, nikahlarının xx.xx.2009-cu ildə rəsmiləşdirildiyini, bu müddət ərzində xx.xx.2007-ci ildə torpaq sahəsi alındığını, Cavabdeh adına rəsmiləşdirildiyini, tərəflərin nikahının 2024-cü il tarixdə pozulduğunu, torpaq sahəsi üçün ödənilən məbləğin və torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqinin yarısının cavadehdən tələb etdiklərini, onlar Türkiyədə işlədikləri pulu Nümayəndə göndərdiklərini, iddiaçı və cavabdehin xalaoğlu və xalaqızı olduğunu, Şərəbanının atası Əliyar onların nikahından qabaq qızına ev almaq istədiyini, Bahaddinlə danışaraq onda olan 6500 dollar ilə sözügedən evi aldıqlarını, həmin evi xx.xx.2007-ci il tarixdə cavabdeh Saməddinin adına rəsmiləşirdirdiklərini, lakin tərəflərin 2009-cu ildə nikaha daxil olduqlarını, nikahda daxil olduqdan sonra həmin 6500 dollardan 3000 dolları iddiaçının atasına qaytardıqlarını, tərəflər arasında bağlanmış nikahın isə 2024-cü ildə pozulduğunu, həmin əmlakın rəsmi nikaha daxil olduqları vaxtdan öncə rəsmiləşdirildiyi üçün pul tələbi ilə məhkəmə müraciət etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin yaxın qohumu (atası) olan nümayəndəsi Nümayəndə verdiyi izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, həmin torpaq sahəsini 2003-cü ildə aldığını, müqaviləni isə 2007-ci ildə bağladıqlarını, həmin vaxtı heyvalarını satıb həmin torpaq sahəsini aldığını, oğlugilin toylarının 2007-ci ildə yox, 2009-cu ildə olduğunu, Türkiyəyə gedən vaxtı iddiaçı və onun bacılarının balaca uşaq olduğunu, onların işləyib ona pul göndərəcək yaşda olmadıqlarını, halbuki onun böyük oğlanlarının orada işlədiyini, həmin dövrdə onun özünə aid heyvanlarının olduğunu, onları satıb həmin torpaq sahəsini aldığını, yəni onun onların puluna ehtiyacı olmadığını, nə iddiaçı nə də ki, onun atası Əliyar tərəfindən ona evin alınması üçün pul verilmədiyini, iddiaçının yalan danışdığını, yalnız baldızının Türkiyədən 2010-cu ildə öz adına ev almaq üçün ona 30 min dollar göndərdiyini, həmin puldan baldızının adına Naxçıvan şəhərində ev aldığını, Şərəbanının atası ona sahib çıxmayanda onlara özünün sahib çıxdığını, bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində iddiaçının bibisi olduğunu, Şərəbanının toyu olmazdan əvvəl qardaşı Əliyar və onun ailəsinin Türkiyə Respublikasında işlədiklərini, qardaşının pulunu onun baldızının əri olan Bahaddinin saxladığını, qazandıqları pulu yığmaq üçün Bahəddinə göndərdiklərini, qardaşının bütün əşyalarının Bahaddinin evində olduğunu, Şərəbanının toyunun Türkiyədə olduğunu, həmin toyda iştirak etdiyini, qardaşının Şərabanı üçün alınan evin pulunun çox hissəsinin özünün verdiyini dediyini, qız toyunun 2007-ci ilin sentyabr ayında Türkiyədə, oğlan toyunun isə təxminən 1 ay sonra oktyabr ayında Şərurda olduğunu, onların toyun ertəsi gün həmin evə getdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində iddiaçının bibisi olduğunu, Şərabanının 7-ci sinifdə oxuyan zaman Türkiyəyə getdiyini, onların pulunu Bahaddinin saxladığını, qardaşının onlara ev almaq üçün 6500 dollar verdiyini, həmin puldan 3000 dollarını qaytardıqlarını, ev almaq söhbətində onun da iştirak etdiyini, evin alınmasının onların toyundan qabaq olduğunu, Şərabanının həmin evə gəlin köçdüyünü, Şərəbanının cehizlərinin həmin evdə olduğunu, toylarının 2008-ci ildə olduğunu 2024-cü ildə isə boşandıqlarını, qız toyunun Türkiyədə olduğunu, oğlan toyunun isə qız toyundan 3 ay sonra Şərurda olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində iddiaçının əmioğlusu olduğunu, Şərabanıgil nişanlı olan zaman onlara ev aldıqlarını, həmin evin pulu olan 6500 dolları əmisi Əliyarın verdiyini, sonra əmisinə 3000 dollarını qaytardıqlarını, həmin söhbətlərdə iştirak etmədiyini, sadəcə pulu əmisinin verdiyini eşitdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində iddiaçının əmisi olduğunu, qardaşı Əliyarın qızına ev almaq üçün pul verdiyini, toyun təxminən 2006-2008-ci ildə olduğunu, qız toyunun Türkiyədə, oğlan toyunun isə Şərurda olduğunu, qız toyunda iştirak etdiyini, evin toydan sonra alındığını, gəlinin Bahaddinin evinə köçdüyünü, toydan sonra isə onların Türkiyəyə getdiklərini, həmin puldan 3500 dolları qardaşı Əliyara qaytardıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində iddiaçının atası olduğunu, 2004cü ildə ailəlikcə Türkiyəyə getdiklərini, həmin vaxtlar ayda 2-3 min dolları baldızı Şahsənəmə göndərdiyini, onda 16000 dollar pulunun olduğunu, qızının nişanlı olduğu vaxtda Şahsənəmin qonşularında ev satıldığını bildirdiyini, ona həmin puldan 6500 dollar götürüb almasını dediyini, 20 il ərzində onların pulunu Şahsənəmin yığdığını, toydan sonra həmin puldan ona 3500 dollar qaytardıqlarını, həmin pulu Şahsənəmə verdiyini, qızına hədiyyə olaraq ev alması üçün pulu özünün verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid5 ifadəsində iddiaçının əmioğlusu olduğunu, Şərabanıgil nişanlı olan zaman əmisinin onlara ev aldığını, Bahaddinin həmin vaxtı bir qəpik belə pulunun olmadığını, onların aralarında danışıqların nədən ibarət olduğunu bilmədiyini, Türkiyədən 2005-ci ildə 1100, 2000, 2900 dollar olmaqla, ümumilikdə 6000 dollar gətirib Şahsənəmə verdiyini, həmin vaxtı evlilik söhbətinin olmadığını, onların evlə bağlı sövdələşməsi olan zaman onların yanında olmadığını, qohumlardan eşitdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)- 90/2024 saylı qətnaməsindən edilmiş çıxarışdan və xx.xx.2024-cü il tarixli Az-İ seriyalı, 433649 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2009-cu il tarixdə rəsmi nikaha girmiş, onlar arasındakı nikah Şərur rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(110)-90/2024 saylı qətnaməsi ilə xx.xx.2024-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 259607 nömrəli müqavilədən görünür ki, X1 rayonunun Qışlaqabbas kəndində 976,25 kvm torpaq sahəsində yerləşən 3 otaqdan ibarət olan 73,9 kvm yaşayış evini 4000 manata Cavabdeh satmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonunun Qışlaqabbas kəndində yerləşən ümumi sahəsi 0,0976 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73,9 m2 olan fərdi yaşayış evi xx.xx.2021-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına Daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 386 nömrəli vərəqində qeydiyyata alınmışıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun mübahisə predmeti üzrə subyektiv hüquqa malik olubolmaması məsələsinə qiymət verilməlidir. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə baxışı zamanı təqdim olunmuş sənədlər və dinlənilmiş şahid ifadələri ilə müəyyən edilmişdir ki, mübahisəli əmlak olan torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh adına xx.xx.2007-ci il tarixdə, yəni tərəflərin rəsmi nikahına qədər əldə edilmişdir. Rəsmi nikah isə yalnız xx.xx.2009 tarixində bağlanmışdır. Məhkəmə hesab edir ki, Şərur rayonunun Qışlaqabbas kəndində yerləşən ümumi sahəsi 0,0976 hektar olan torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 73,9 m2 olan fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmədiyindən, həmin əmlak Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə uyğun olaraq birgə nikah dövründə qazanılmış əmlak hesab edilə bilməz. Həmçinin iddiaçının təqdim etdiyi izahat və şahid ifadələrindən görünür ki, 2007-ci ildə iddiaçının atası X4 tərəfindən cavabdehin atasına ev alınması məqsədilə 6500 ABŞ dolları məbləğində pul verilmiş, həmin pul vəsaiti iddiaçının atası Əliyarın mülkiyyəti olmuş, bu vəsaitin bir hissəsi sonradan ona geri qaytarılmış, Əliyar tərəfindən pulun verilməsi “evin alınması üçün verilmiş yardım” və ya hədiyyə xarakteri daşımış, tərəflər 2009-cu ildə ailə həyatı qurmuş, uzun müddət (təxminən 15 il) birgə yaşamışlar. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının atası X2 da məhkəmə iclasında qeyd etdiyi kimi onun tərəfindən “qızına hədiyyə olaraq ev alması üçün” verilmiş pul vəsaiti ona məxsus olduğundan, həmin pulu geri tələb edilməsi hüququ da məhz elə onun özünə məxsusdur. Bu səbəbdə də, məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı təqdim etdiyi hazırki iddia tələbləri üzrə qanunla tanınmış subyektiv hüququ yoxdur və onun irəli sürdüyü tələb mülki hüquq münasibətləri çərçivəsində müdafiə oluna bilməz. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi iddia tələbi üzrə subyektiv hüququ olmadığı üçün, onun iddiası mahiyyəti üzrə baxılmadan rədd edilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin: -4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməli; -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 77.50 (yetmiş yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 77.50 (yetmiş yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-328/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-328/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver