Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-329/2022 03.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun alınması tələbinə dair” mülki iş üzrə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şərur rayon Kürçülü kənd sakini Cavabdeh ona borclu qaldığı 87000 (səksən yeddi min) ABŞ dolları pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 438 (dörd yüz otuz səkkiz) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 avqust 2022-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkməyə ərizə təqdim edərək ərizəsində İddiaçı Cavabdeh borcun alınması tələbi ilə bağlı ərizəsini və ona əlavə olunmuş sənədləri özünə qaytarmağı xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının vəkli-nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyinə və cavabdehin məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından iddiaçının vəkili-nümayəndəsi Vəkil1 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2022-ci il tarixli, 2370 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumu geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “borcun alınması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə baxılmamış saxlanıldığından iddiaçının vəkili-nümayəndəsi Vəkil1 tərəfindən Kapital Bank ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2022-ci il tarixli, 2370 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 437 (dörd yüz otuz yeddi) manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah olunur ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-329/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-329/2022
03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver