Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-332/2021 15.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh oğluna qarşı “pul tələbi”nə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək Cavabdeh 7192 (yeddi min yüz doxsan iki) manat əsas borc və 3236,40 (üç min iki yüz otuz altı manat qırx qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 10428,40 (on min dörd yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin 09.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramında iddialarını müdafiə etdiklərini, Cavabdeh oğlunun işi üzrə məhkəmə iclasına iştirakları olmadan baxıb qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edilmişdir. İddiaçı “Veysəloğlu" MMC-nin nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış 1038 saylı 01.03.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borc öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq Cavabdeh oğlu ilə "xxxx" MMC-nin hüquqi varisi İddiaçı MMC ilə arasında 27.11.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlandığını, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 7192 (yeddi min yüz doxsan iki) manat borcunun olduğunu etiraf etdiyini, həmin məbləği ayda 719 (yeddi yüz on doqquz) manat olmaqla, hissə-hissə İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürdüyünü, Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilmədiyini, borc məbləğinin ödənilməmiş vəziyyətdə qaldığını, əlavə olaraq sözügedən müqavilənin 2.4-cü maddəsinə əsasən ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5%-i miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürdüyünü, beləliklə ödənilməmiş borc məbləği üzrə 3236,40 (üç min iki yüz otuz altı manat qırx qəpik) manat məbləğində dəbbə pulu öhdəliyinin yarandığını qeyd edərək, Cavabdeh 7192 (yeddi min yüz doxsan iki) manat əsas borc və 3236,40 (üç min iki yüz otuz altı manat qırx qəpik) manat dəbbə pulu olmaqla, ümumilikdə 10428,40 (on min dörd yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində borcun, eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 01.03.2019-cu il tarixli 1038 saylı Cavabdeh oğlu ilə "xxxx" MMC arasında imzalanmış alqı-satqı müqaviləsindən görünür ki, Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Alıcını malla təmin etməli, Alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 27.11.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, borclu Cavabdeh kreditor İddiaçı MMC-yə 7192 (yeddi min yüz doxsan iki) manat məbləğində borcunun yarandığını tam etiraf edib. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən borclu 10 aya 7192 (yeddi min yüz doxsan iki) manat borcun yarandığı, həmin məbləği 27.12.2020-ci il tarixindən hər ay 719 (yeddi yüz on doqquz) manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürür; Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borclu tərəfindən ödəniş hər ayın bağlandığı gündən edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə kreditor məhkəməyə müraciət edə bilər; Həmin müqavilənin 2.4-cü bəndinə əsasən Ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə borclu borc məbləğindən əlavə ödənilmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5 % miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 21.06.2021-ci il tarixli, K-4/49 nömrəli telefonoqramın məzmunundan görünür ki, Cavabdeh əsas borca görə iddianı qəbul etdiyini, cərimə borcunun çox olduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş 08.04.2021-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı MMC tərəfindən "xxxx" ASC vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı Xəzinə hesabına 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və Pretenziya məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə 5 gün müddətində 10428,40 (on min dörd yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində borcunu İddiaçı MMC-nin hesabına köçürülməsini xahiş etmiş, əks təqdirdə İddiaçı MMC tərəfindən müvafiq məhkəmə orqanlarına həmin məbləğin ödənilməsi tələbi ilə müraciət olunacağı və iddia təmin olunacağı təqdirdə bu məbləğlə yanaşı məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin ödənilməsi öhdəliyi onun üzərinə düşəcəyi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli qərardadından görünürki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 23.08.2021-ci il tarixli 203 saylı ekspert rəyinə əsasən Cavabdeh ilə İddiaçı MMC ilə arasında bağlanmış 27.11.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin şərtlərinə əsasən Cavabdeh İddiaçı MMC-yə 15.04.2021-ci il tarixə olan əsas borcu 7192 (yeddi min yüz doxsan iki) manat təşkil edir. İş materiallarında Cavabdeh ilə İddiaçı MMC ilə arasında bağlanmış 27.11.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə dəbbə pulu bəndi nəzərdə tutulmuş, lakin bu müqavilənin 2.4-cü bəndində göstərilən müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə hər gün üçün 0.5 % miqdarında cərimə ödənilməsi qaydasına əsasən müqavilənin müddəti 15.04.2021-ci il tarixi (iddia ərizəsinin verildiyi tarixinə) bitmədiyindən dəbbə pulunun hesablanması düzgün hesab edilmir. Buna görə də hazırkı tədqiqatla Cavabdeh dəbbə pulu hesablanmır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27.11.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqaviləyə əsasən borclu Cavabdeh oğlu kreditor İddiaçı MMC-yə 7192 (yeddi min yüz doxsan iki) manat məbləğində borcu olduğunu etiraf etmiş və onu 10 aya hər ay 719 (yeddi yüz on doqquz) manat ödəməklə tam olaraq kreditora ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya heç bir ödəniş etməmiş, bununla da onun iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Ekspert rəyinə əsasən hesablanmış 7192 (yeddi min yüz doxsan iki) manat əsas borc məbləği iddia ərizəsində göstərilən məbləğlə eyniyyət təşkil etdiyindən məhkəmə bu qənaətə gəlir ki, əsas borca münasibətdə iddianı təmin edilməli, dəbbə puluna münasibətdə isə iddia tələbi rədd edilməlidir. Belə ki, ekspert rəyinə əsasən müqavilənin 2.4cü bəndində göstərilən müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə hər gün üçün 0.5 % miqdarında cərimə ödənilməsi qaydasına əsasən müqavilənin müddəti 15.04.2021-ci il tarixi (iddia ərizəsinin verildiyi tarixinə) bitmədiyindən dəbbə pulunun hesablanması düzgün hesab edilmir. Məhkəmənin mövqeyi ekspert rəyi ilə üst-üstə düşdüyündən məhkəmə ekspert rəyini əsaslı hesab edir. Beləliklədə Cavabdeh əsas borca görə 7192 (yeddi min yüz doxsan iki) manat borc tutularaq İddiaçı MMC-nin hesabına ödənilməli, iddia tələbi dəbbə puluna hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir; - 882.2-ci maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz; - 882.3-cü maddəsinə əsasən bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur; - 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir; - 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi tərəflər arasında yazılı formadan istifadə edilməklə 27.11.2020-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, 27 noyabr 2020-cu il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə iddiaçı tərəfindən tələb olunan əsas borc və dəbbə pulu borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğlundan 7192 (yeddi min yüz doxsan iki) manat əsas borc pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi dəbbə puluna dair hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatı iddiaçıya aid edilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 20 (iyirmi) manatı Cavabdeh oğlundan alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 7192 (yeddi min yüz doxsan iki) manat borc və 30 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manatı olmaqla, ümumilikdə 7212 (yeddi min iki yüz on iki) manat pul alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-332/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-332/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver