Məhkəmə qərarları › İş №2(110)-335/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-335/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-335/2022 29.07.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(110)-687/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 193 (bir yüz doxsan üç) manat alimentin və ilkin mediasiya prosesinin keçrilməsi üçün ödənilmiş 50 (əlli) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə 03 iyun 1997-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından 11 iyul 1997-ci il təvəllüdlü X2, 23 aprel 2004-cü il təvəllüdlü X5 və 24 iyun 2006-cı il təvəllüdlü X4 dünyaya gəldiyini, ailədə baş verən narazılıqlara görə onların ayrı yaşadıqlarını, bu səbəbdən də onun bir müddət sonra onların birgə nikahda olmaqlarının heç bir əhəmiyyəti olmadığını düşünərək məhkəməyə müraciət etdiyini və Şərur rayon Məhkəməsinin 2(110)-161/2011 nömrəli 09 dekabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulduğunu və eyni zamanda 3 uşağın saxlanması üçün sabit pul məbləğdə hər ay bir uşağa görə 40 (qırx) manat olmaqla ümumilikdə 3 uşağa görə 120 (bir yüz iyirmi) manat miqdarında alimnet tutulması barədə qətnamənin qət olunduğunu, bir müddət sonra onun yenidən məhkəməyə müraciət etdiyini və Şərur rayon Məhkəməsinin 2(110)-687/2014 nömrəli 25 dekabr 2014-cü il tarixli qətnaməsi ilə hər ay bir uşağa görə 60 (altmış) manat olmaqla ümumilikdə 3 uşağa görə 180 (bir yüz səksən) manat miqdarında aliment tutulması barədə qətnamə qəbul olunduğunu, övladları 11 iyul 1997-ci il təvəllüdlü X2 və 23 aprel 2004-cü il təvəllüdlü X5 böyüyüb yetkinlik yaşlarına çatdıqları üçün onun hal hazırda bir uşağa görə 80 (səksən) manat aliment aldığını, onun isə ödənilən 80 (səksən) manat aliment pulunun uşağının tələbatlarını ödəmədiyini, özünündə heç bir yerdə işləmədiyini, buna görə də alimentin sabit pul məbləğində artırılmasını istədiyini qeyd edərək, Şərur rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(110)- 687/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin dəyişdirilərək Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 193 (bir yüz doxsan üç) manat alimentin və ilkin mediasiya prosesinin keçrilməsi üçün ödənilmiş 50 (əlli) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahatında həqiqətən də, iddiaçı 03 iyun 1997-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından 11 iyul 1997-ci il təvəllüdlü X2, 23 aprel 2004-cü il təvəllüdlü X5 və 24 iyun 2006-cı il təvəllüdlü X4 doğulduğunu, iddiaçı ilə aralarındakı nikahın 2011-ci ildə pozulduğunu və birgə nikahdan doğulmuş uşaqlarının iddiaçının yanında qalmasının müəyyən olunduğunu, uşaqların saxlanması üçün əvvəlcə hər uşağa görə 40 manat, daha sonra hər uşağa görə 60 manat sabit pul məbləğində aliment ödədiyini, uşaqlarının ikisi haliyədə yetkinlik yaşlarına çatdıqları üçün artıq onlara aliment ödəmədiyini, özünün yenidən ailə qurduğunu, ikinci evliliyindən də bir uşağının doğulduğunu, maddi imkanının yaxşı olmadığını, ona görə də 24 iyun 2006-cı il təvəllüdlü X1 üçün 150 manatdan artıq aliment ödəyə bilməyəcəyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ № 168184 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən 60 tərəfindən verilmiş 02 may 2007-ci il tarixli, AZ İ 796494 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 24 iyun 2006-cı il təvəllüdlü X4 valideyinləridir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-687/2014 nömrəli xx.xx.2014-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, iddia qismən təmin edilməklə Cavabdeh 11 iyul 1997-ci il təvəllüdlü X2, 23 aprel 2004-cü il təvəllüdlü X5 və 24 iyun 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 60 (altmış) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat aliment alınaraq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasına xitam verilməsi haqqında protokoldan görünür ki, tərəflər ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək istəmədiklərindən ilkin mediasiya sessiyasına xitam verilmişdir. İş materiallarında olan Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 195 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır: 1.Oğlu: X7 2.Qızı: X8 3.Oğlu: X9 Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)-687/2014 nömrəli xx.xx.2014-ci il tarixli qətnaməsi ilə Cavabdeh 11 iyul 1997-ci il təvəllüdlü X2, 23 aprel 2004cü il təvəllüdlü X5 və 24 iyun 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 60 (altmış) manat olmaqla cəmi 180 (bir yüz səksən) manat aliment alınaraq İddiaçı ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, izahatında övladları 11 iyul 1997-ci il təvəllüdlü X2 və 23 aprel 2004-cü il təvəllüdlü X5 böyüyüb yetkinlik yaşlarına çatdıqları üçün onun hal hazırda bir uşağa görə 80 (səksən) manat aliment aldığını, onun isə ödənilən 80 (səksən) manat aliment pulunun uşağının tələbatlarını ödəmədiyini, özünündə heç bir yerdə işləmədiyini, buna görə də alimentin sabit pul məbləğində artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşağın mənafeyini və uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-687/2014 nömrəli xx.xx.2014-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 24 iyun 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X6 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq iddia tələbini qismən təmin edərək, Şərur Rayon Məhkəməsinin 2(110)-687/2014 nömrəli xx.xx.2014-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 24 iyun 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin “mediasiyaya çəkilən 50 manat xərcin alınıb ona ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi alimentə dair hissədə qismən təmin edildiyindən mediasiya xərcinə dair hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.9-cu maddəsinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Mülki Prosesual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə müvafiq olaraq da, İddiaçı tərəfindən çəkilən 50 manat mediasiya xərci zəruri hesab edilən digər xərclər kimi qiymətləndirilərək, həmin məbləğin 33.85 (otuz üç manat səksən beş qəpik) manatı (67.7%-i) da Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Beləliklə də, hazırkı iddianın qiymətinə müvafiq olaraq (133x12=1596, yəni 1000 manatadək 30 manat + 596 manatın 1%-i 5.96 manat, ümumilikdə 35.96 manatın 67.7%-i) 24.34 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-687/2014 nömrəli, xx.xx.2014-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 24 iyun 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən çəkilən 50 manat mediasiya xərcinin 33.85 (otuz üç manat səksən beş qəpik) manatı da Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 24.34 (iyirmi dörd manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar