Məhkəmə qərarları › İş №2(110)-341/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-341/2024

19.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-341/2024 19.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından doğulmuş övladı – xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin 2(110)-561/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək 235 (iki yüz otuz beş) manat sabit pul məbləğindəmüəyyən edilməsi və mediasiya təlimi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onunla Cavabdeh arasında 2016-cı ilin yayında el adəti üzrə bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-468/2018 saylı qətnaməsi ilə pozulduğunu, bu nunla bağlı Şərur Rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 23 aprel 2019cu il tarixdə 44 nömrəli qeydiyyat aparıldığını, məhkəmə tərəfindən nikahları pozularkən birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü övladı X1 da onun yanında qalmasının müəyyən edildiyini və onun saxlanılması üçün hələ nikahları pozulmamışdan öncə Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-561/2018 saylı qətnaməsi ilə cavabdehdən 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin də qət edildiyini, qeyd edilən qətnamənin qəbulundan beş ildən artıq vaxt keçdiyini, bu müddət ərzində də cavabdehin ona hər ay 100 (bir yüz) manat məbləğində aliment ödədiyini, bunun da bəzən ardıcıl xarakter daşımadığını, eyni zamanda ödənilən aliment məbləğinin də hazırki şəraitdə övladının tələbatını ödəmək üçün yetərli olmadığını, cavabdehin ödədiyi aliment miqdarının “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2024-cü ildə uşaqlar üçün müəyyən olunmuş məbləğdən çox-çox aşağı olduğunu, eyni zamanda övladının artıq məktəbli olduğunu və bu səbəbdən də digər məktəblilər kimi qızı İlknurun da məktəbdən kənar əlavə məşğələlərə də cəlb olunmaq məcburiyyətində olduğunu, digər tərəfdən övladının anadangəlmə bud-çanaq çıxığından əziyyət çəkdiyini, bunun üçün də onun davamlı olaraq Bakı şəhərində müayinə və müalicəyə ehtiyacı olduğunu, göstərilən səbəblərdən də övladı üçün əlavə xərclər tələb olunduğunu, cavabdehin bu xərclərin çəkilməsində ona heç bir maddi köməklik göstərməyərək aylıq 100 manat ödəməklə öz vəzifəsini bitmiş hesab etdiyini, cavabdehin neçə müddətdir övladı ilə əlaqə saxlamayaraq onun tələbatını ödəmək və qayğılarını çəkmək niyyətində olmadığını, buna görə də onun məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilmiş aliment məbləğinin artırılmasını istədiyini bildirmişdir.ailə münasibətlərində irəli gələn aliment məbləğinin artırılması tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya təşkilatına müraciət edildiyini, lakin ilkin mediasiya prosesi zamanı nümayəndəsi vasitəsilə təmsil olunan cavabdeh tərəflə razılığa gəlmələrinin mümkün olmadığını, buna görə də mediasiya təşkilatı tərəfindən mediasiya prosesinin davam etdirilə bilməməsi barədə müvafiq protokol tərtib edilərək arayış verildiyini, göstərilən səbəbdən də onun cavabdeh S. Məmmədova qarşı müəyyən edilmiş “ aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, bunun üzrlü sayılması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin göstərişlərinə əsaslanan məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında oğlu Səttarla iddiaçı arasında bağlanmış nikah Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)- 468/2018 saylı qətnaməsi ilə pozulmuş, onların birgə nikahından doğulmuşuşaqları xx.xx.2017-ci il təvəllüdlü X1 da iddiaçının yanında qalması müəyyən edilməklə yanaşı uşağın saxlanılması üçün oğlundan iddiaçının xeyrinə hələ nikahları pozulmamışdan əvvəl göstərilən məhkəmənin 2 (110)- 561/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin də tutulmasının qət edildiyini, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin vaxtıvaxtında ödənildiyini, lakin iddiaçının alimentin artırılması tələbilə yenidən məhkəməyə müraciət etdiyini, buna etiraz etdiklərini, çünki oğlunun yenidən evləndiyini, ikinci evliliyindən bir övladının doğulduğunu, cavabdehin arvadının yenidən hamilə olduğunu, yaxın 1-2 ay ərzində ikinci bir övladınında doğulacağını, həmçinin oğlumun rəsmi iş yeri olmadığından ailəsinin saxlanılmasında maddi baxımdan çətinlik çəkdiyini, onun ailəsinin saxlanılmasının onun öhdəsində olduğunu, hazırda oğlunun sürücülük fəaliyyəti ilə məşğul olduğunu, işinin davamlı olmadığını, aldığı əmək haqqının ailə tələbatını ödəmək üçün yetərli olmadığını, hazırki alimenti uşağın babası olaraq özünün ödədiyini, həmçinin tərəflər arasında nikah pozulduqdan sonra oğlunun maddi vəziyyətində heç bir dəyişiklik olmadığını, irəli sürülmüş iddia tələbi ilə razı olmadıqlarını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İ № 175653 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah xx.xx.2019-cu il tarixdə pozulmuş, həmin tarixdə 44 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İV № 633514 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2017-ci il təvəllüdlü X1 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-561/2018 saylı qətnaməsindən görünür ki, X2, Cavabdeh alimentin sabit pul məbləğində ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayonu, Kərimbəyli kəndində yaşayan uşağın atası Cavabdeh hər ay 1 (bir) uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Şərur rayonu, Vərməziyar kəndində yaşayan uşağın anası X3 ödənilməsi qət edilmişdir; - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ikinci dəfə X7 ilə yenidən ailə qurmuş və onun ikinci evliliyindən xx.xx.2022-ci il təvəllüdlü X9 adında bir oğlu var; - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü yükdaşıyan vəzifəsində işləyir və aylıq 345 manat əmək haqqı alır; Eyni zamanda cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə etiraz tələbinə etiraz daxil olmuşdur. O,etiraz ərizəsində iddiaçı X8 oğlum-Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-561/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya təlimi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hörmətli məhkəmə, diqqətinizə çatdırım ki, oğlum Səttarla iddiaçı arasında bağlanmış nikah Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-468/2018 saylı qətnaməsi ilə pozulmuş, onların birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü nəvəm X1 da iddiaçının yanında qalması müəyyən edilməklə eyni zamanda onun saxlanılması üçün oğlumdan iddiaçının xeyrinə hələ nikahları pozulmamışdan əvvəl göstərilən məhkəmənin 2 (110)-561/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 100 (bir yüz) manat sabit pul məbləğində alimentin də tutulmasının qət edildiyini, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği tərəfimizdən vaxtı-vaxtında ödənilsə də iddiaçı buna qane olmamış, müəyyən edilmiş aliment məbləğinin artırılması tələbilə yenidən məhkəməyə müraciət etmişdir. Hansı ki, məhkəmədə irəli sürülmüş iddia tələbi ilə razı deyilik və bu iddia tələbinə etiraz edirik. Nəzərinizə çatdırım ki, oğlum iddiaçıdan ayrıldıqdan sonra yenidən ailə qurmuş, öhdəsində arvadı və bir övladı var. Həmçinin oğlumun rəsmi iş yeri olmadığından ailəsinin saxlanılmasında maddi baxımdan çətinlik çəkir ki, onun da ailəsinin saxlanılması demək olar mənim öhdəmdədir. Hazırda oğlum qeyr-rəsmi olaraq sürücülük fəaliyyəti ilə məşğuldur ki, bu iş də davamlı xarakter daşımır eyni zamanda gəliri belə öz ailə tələbatını ödəmək üçün yetərli deyildir. Bu səbəbdən də demək olar ki, onun ailəsinin saxlanılması eyni zamanda alimentinin ödənilməsi mənim üzərimə düşür. Mən isə son vaxtlarda səhhətimlə bağlı keçirdiyim narahatçılıq səbəbindən əmək fəaliyyəti ilə məşğul olmağıma həkimlər tərəfindən məhdudiyyət qoyulmuşdur, mənim də öhdəmdə ailəm vardır ki, həyat yoldaşım işsizdir və dövlət tərəfindən ona hər hansı pensiya və ya müavinət ödənilmir. Bundan başqa iddiaçı ilə oğlum beş ildən artıqdır boşanmalarına baxmayaraq biz nəvəmiz İlknuru görmək imkanından məhrumuq. Bununla bağlı nə qədər səy göstərsək də iddiaçı bizim nəvəmizlə görüşümüzə imkan vermək niyyətində deyil, belə olan təqdirdə də görüb ünsiyyət saxlamadığımız uşağımız üçün iddiaçıya nədən aliment ödəməliyik?! Hörmətli məhkəmə göründüyü kimi, tərəflər arasında nikah pozulduqdan sonra oğlumun maddi vəziyyətində heç bir dəyişiklik olmayıb əksinə hazırki iqtisadi vəziyyətdə onun maddi vəziyyətinin yaxşılaşması ehtimalı da azdır. Bu səbəbdən də yuxarıda istinad edilən qanunvericiliyin tələbini nəzərə alaraq tələb edilən məbləğin yarısının tərəfimizdən ödənilməsi mümkündür. Əks təqdirdə biz irəli sürülmüş iddia tələbi ilə razı deyilik. Qeyd edim ki, məhkəmə bildirişi bizə 12 mart 2024-cü il tarixdə təqdim edilib. Qanunvericiliyin tələbinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində iddia tələbinə qarşı etiraz edir və iddianın rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-561/2018 saylı qətnaməsi ilə X2, Cavabdeh alimentin sabit pul məbləğində ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur rayonu, Kərimbəyli kəndində yaşayan uşağın atası Cavabdeh hər ay 1 (bir) uşağa görə 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Şərur rayonu, Vərməziyar kəndində yaşayan uşağın anası X3 ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin ödədiyi aliment miqdarının “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2024-cü ildə uşaqlar üçün müəyyən olunmuş məbləğdən çox-çox aşağı olduğunu, eyni zamanda övladının artıq məktəbli olduğunu və bu səbəbdən də digər məktəblilər kimi qızı İlknurun da məktəbdən kənar əlavə məşğələlərə də cəlb olunmaq məcburiyyətində olduğunu, digər tərəfdən övladının anadangəlmə bud-çanaq çıxığından əziyyət çəkdiyini, bunun üçün də onun davamlı olaraq Bakı şəhərində müayinə və müalicəyə ehtiyacı olduğunu, göstərilən səbəblərdən də övladı üçün əlavə xərclər tələb olunduğunu, cavabdehin bu xərclərin çəkilməsində ona heç bir maddi köməklik göstərməyərək aylıq 100 manat ödəməklə öz vəzifəsini bitmiş hesab etdiyini, cavabdehin neçə müddətdir övladı ilə əlaqə saxlamayaraq onun tələbatını ödəmək və qayğılarını çəkmək niyyətində olmadığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, cavabdehin ikinci evliliyindən əlavə bir uşağının da olmasını, cavabdehin nümayəndəsinin dediyinə görə cavabdehin arvadının yenidən hamilə olmasını, yaxın 1-2 ay ərzində ikinci bir övladınında doğulacağını, cavabdehin "xxxx" MMC-də sürücü yükdaşıyan vəzifəsində işləyərək aylıq 345 manat əmək haqqı almasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)- 561/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X6 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin məhkəmə iddiaçının iddia tələbinin “mediasiyaya çəkilən 50 manat xərcin alınıb ona ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi alimentə dair hissədə qismən təmin edildiyindən mediasiya xərcinə dair hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.9-cu maddəsinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Mülki Prosesual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə müvafiq olaraq da, İddiaçı tərəfindən çəkilən 50 manat mediasiya xərci zəruri hesab edilən digər xərclər kimi qiymətləndirilməli və iddia qismən təmin edildiyindən həmin məbləğin 18 manatı iddiaçıya aid edilməli, 32 (otuz iki) manatı isə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 50 manatdır ki, bu da il ərzində 600 manat (50x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(110)-561/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən çəkilən 50 manat mediasiya xərcinin 32 (otuz iki) manatı da Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar