Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-343/2023 10.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin 11 fevral 2020ci il tarixli 2(110)-152/2020 nömrəli qətnaməsi ilə Cavabdeh aliment tutularaq 20 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişikik edilərək bir uşağın saxılması üçün 220 (iki yüz iyirmi) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, 2010-cu ildə Cavabdeh ilə rəsmi nikah qeydindən keçməklə evləndiklərini, birgə nikahdan birgə yaşadıqları müddətdə bir övladları 20 sentyabr 2011-ci il təvəllüdlü X4 doğulduğunu, cavabdehə yola gedə bilmədiklərindən cavabdehin iddia ərizəsi əsasında onlar arasında bağlanmış nikahın Şərur rayon Məhkəməsinin qətnaməsi ilə 2015-ci ildə pozulduğunu, bu barədə ona Şərur rayon Qeydiyyat Şöbəsinin 16 mart 2015-ci il tarixli AZ-İ 173947 nömrəli nikahın pozulması barədə şəhadətnamə verildiyini, bir azyaşlı övladının onunla yaşadığını, ona uşağın saxlanması üçün Şərur rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(110)-152/2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunduğunu, haliyyədə övladının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, onun saxlanıması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən ailment məbləğinin onun tələblərini ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh oğlnun uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçı 2010-cu ildə evləndiklərini, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 doğulduğunu, Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, uşağın saxlanması üçün iddiaçıya 150 manat məbləğində aliment ödədiyini, 150 manat aliment pulundan başqa iddiaçıya əlavə pul ödəmədiyini, iddiaçı uşağını ona göstərmədiyi üçün uşağına heçnə ala bilmədiyini, iddiaçı onun ödədiyi aliment pulu ilə ayrı-ayrı şəxslərə olan borcunu ödədiyini, uşağına xərcləmədiyini, özünün təkrar ailə qurduğunu, ikinci evliliyindən əlavə olaraq iki övladının doğulduğunu, 463 manat əmək haqqı aldığını, ailəsinin tələbatlarını ödəməkdə çətinlik çəkdiyini, təyin olunmuş alimentdən əlavə məbləğ ödəyə bilməyəcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X2 ifadəsində İddiaçı ona borclu olduğunu, dəfələrlə borcunu tələb edən zaman aliment pulunu aldıqdan sonra borcunu qaytaracağını bildirdiyini, Leylanın ona borcu olduğu üçün bir dəfə də icra məmurununa tapşırdığı üçün gedib icra məmurundan aliment pulunu götürdüyünü, bildirmişdir. İddiaçı əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh izahatında “iddiaçı onun ödədiyi aliment pulu ilə ayrı-ayrı şəxslərə olan borcunu ödədiyini, uşağına xərcləmədiyini” bildirsədə bu o demək deyil ki, mən uşağımın heç bir təminatını ödəmirəm. Uşağım hər biri 30 manatdan olmaqla 5 fəndən əlavə hazırlığa gedir ki, həmin hazırlıqların pullarını, onun bütün il boyu geyimini, yeyib-içməyini, xəstəliyi ilə əlaqədar onun bütün müalicə xərclərini öz əmək haqqım hesabına həyata geçirdirəm. Uşaq böyüdükcə onun əlavə tələbatları yaranır ki, bunu tək başına ödəməyi çatdıra bilmədiyim üçün alimentin artırılmasını məhkəmədən xahiş etmişəm. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İ № 173947 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X14 arasında olan nikah 16 fevral 2015-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Əsədova” soyadı verilmişdir. - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli AZ-İV № 630967 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər 20 sentyabr 2011-ci il təvəllüdlü X4 valideyinləridir. - Şərur rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(110)-152/2020 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilməklə Şərur Rayon Məhkəməsinin 2(110)-334/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq 20 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası - İddiaçı ödənilməsi müəyyən edilmişdir; - Şərur rayon Axaməd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 09 fevral 2013-cü il tarixli 39 nömrəli arayışdan görünür ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri var.
1. X3 2011. - Şərur rayon X10 Hüquqi Şəxsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli 4/20 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur RMX-nin Rentgen kabinəsində 1.0 oklad laborant vəzifəsində işləyir, aylıq zəhmət haqqısı vergi və sosial ayırmalar çıxıldıqdan sonra aylıq sərbəst əmək haqqısı 628 (altı yüz iyirmi səkkiz) manat, tutqular tutulmamış əmək haqqısı (kirlisi) 755.70 (yeddi yüz əlli beş manat yetmiş qəpik) manatdır. - Şərur rayon X10 Hüquqi Şəxsi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 4/74 nömrəli arayışdan görünür ki, Cavabdeh Şərur RMX-da xidmətedici heyyətdə xx.xx.2021-ci il tarixdən ocaqçı vəzifəsində işləyir, aylıq zəhmət haqqısı vergi və sosial ayırmalar çıxıldıqdan sonra aylıq sərbəst əmək haqqısı 463 (dörd yüz altmış üç) manatdır. - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 noyabr 2016-cı il tarixli AZ-İ 882503 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 24 noyabr 2016-cı il tarixdə rəsmi nikah bağlanmış, həmin tarixdə 24 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Camalova” soyadı verilmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 24 dekabr 2021-ci il tarixli AZ-İV № 631834 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X8 valideyinidir. - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli AZ-İV № 165418 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X13 valideyinidir. - Şərur rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli 4/68 nömrəli arayışdan görünür ki, Şərur şəhər sakini X1 rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda olmayıb və işsizlikdən sığorta ödənişi almayıb. - Şərur Şəhər İnzibati ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli 167 nömrəli arayışdan görünür ki, Cavabdeh aşağıdakı tərkibdən ibarət ailə üzvləri var.
1. X9 1994-arvadı
2. X17 2018-oğlu
3. X16 2021-qızı Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(110)-152/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməklə 20 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində haliyyədə övladının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, onun saxlanıması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən ailment məbləğinin onun tələblərini ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh oğlnun uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(110)-152/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 20 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Məhkəmə Şərur Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(110)-152/2020 nömrəli qətnaməsindən keçən müddət ərzində ölkə üzrə yaşayış minimumunun artmasını əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda ərzaq və qeyri-ərzaq mallarının, habelə digər xidmətlərin qiymətinin artması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyədə saxlanılmasının mümkün olmaması qənaətinə gəlməyə əsas verir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin qeyd olunmalıdır ki, valideyn heç bir halda, hətta yenidən başqası ilə evləndikdə, həmin evliliyindən əlavə uşaqları olduqda belə uşaqların normal təminatını ödəmək vəzifəsindən azad edilmir və uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Tərəflərin maddi və ailə vəziyyəti uşaqların minimal dolanışıq səviyyəsindən kəskin şəkildə aşağı olan aliment ödənilməsinə əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər halları ilə müqayisədə uşaqların mənafelərinə üstünlük verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Həmçinin cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında uşağın saxlanması üçün iddiaçıya 150 manat məbləğində aliment ödədiyini, onun ödədiyi aliment pulu ilə ayrı-ayrı şəxslərə olan borcunu ödədiyini, uşağına xərcləmədiyini bildirsə də, bundan əlavə izahatında 150 manat aliment pulundan başqa iddiaçıya əlavə pul ödəmədiyini, iddiaçı uşağını ona göstərmədiyi üçün uşağına heçnə ala bilmədiyini də qeyd etmişdir. Belə olan təqdirdə qeyd olunmalıdır ki, iddiaçı cavabdehin ödədiyi aliment pulunu borclarına vermiş olsada, cavabdehin aliment pulundan başqa iddiaçıya əlavə pul ödəmədiyini nəzərə alsaq o zaman bu qənaətə gəlmək olur ki, iddiaçı uşağının bütün təminatlarını aldığı əmək haqqı hesabına təmin edir və iş materialında bunu təkzib edəcək hər hansi bir sübuta təsadüf edilmir. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X11 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 20 manatdır ki, bu da il ərzində 240 manat (20x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(110)-152/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 20 sentyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev