Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Şərur şəhəri İş № 2(110)-352/2025 21.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, Tələbkar Borclu “aliment tələbi barədə” məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: Tələbkar Borclu qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Borclu birgə nikahından doğulmuş övladları xx.xx.2017-cü il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəsində o cavabdeh Borclu ilə 05 iyun 2015-ci il tarixdə nikaha girərək ailə həyatı qurduğunu, bu nikahları Şərur rayon Qeydiyyat Şöbəsində 101 nömrəli akt qeydi ilə rəsmiləşdirildiyini, onların birgə nikahlarından xx.xx.2017-cü il təvəllüdlü X3, xx.xx.2023-cü il təvəllüdlü X4 adında iki övladları doğulduğunu, ailə qurduqları ilk vaxtlarda onlar mehriban yola getsələr də sonradan müxtəlif səbəblərədən aralarında mübahisələr başladığını, nəticədə onlar ayrılmaqla ailə münasibətlərinin pozulduğunu, artıq iki ildən çoxdur ki, o azyaşlı uşaqları ila anası ila birlikdə yaşadığını, işləsə də azyaşlı övladlarının tələbatını ödəməkdə çətinlik çəkdiyini, bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini, o ailə münasibətlərindən irəli gələn aliment tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etsə də, bunun heç bir faydası olmadığını, nəticədə Mediasiya Təşkilatı tərəfindən mediasiya prosesinin davam etdirilə bilməməsi barədə müvafiq arayış verildiyini, borclu C. Mehdiyev hazırda gömrük orqanlarında xidmət etdiyini, buna görə də iki uşağın saxlanması üçün onun qazancının üçdə bir hissəsinin aliment qismində tutularaq onun xeyrinə ödənilməsini istədiyini bildirmişdir. İş materialarında olan Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 iyun 2015-ci il tarixli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 ilə Borclu arasında 05 iyun 2015-ci il tarixdə 101 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Mehdiyeva” soyadı verilmişdir. İş materialarında olan Nikah Evi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli çıxarışdan görünür ki, tərəflər xx.xx.2023-cü il təvəllüdlü X1 valideyinləridir. İş materialarında olan Nikah Evi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli çıxarışdan görünür ki, tərəflər xx.xx.2017-cü il təvəllüdlü X2 valideyinləridir. Məhkəmə ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək qeyd edir ki, tələb aşkar olduğundan və həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığından məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 275.1-ci maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir; - 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər; - 276.2.4-cü maddəsinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər; Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-cİ maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar; - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; - 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün, onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur; - 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş dövlət rüsumu Borclu tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq əmr etdi: xx.xx.2023-cü il təvəllüdlü X1 və xx.xx.2017-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün 19 fevral 2025-ci il tarixdən hesablanmaqla Şərur rayon Yengicə kəndinə qeydiyyatda duran və ünvan 1 ünvanında yaşayan Borclu hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi aliment qismində tutularaq Tələbkar ödənilsin. Məhkəmə əmri dərhal icra olunsun. Məhkəmə əmrinin verilməsi üçün müəyyən edilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə köçürülsün. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-352/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(110)-352/2025
21.02.2025 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver