Məhkəmə qərarları › İş №2(110)-353/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-353/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-353/2025 01.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı1 borclu olduğu 4500 manatı və İddiaçı2 borclu olduğu 2000 manat pulu, 105 manat dövlət rüsmunun və 50 manat iddia ərizəsinin tərtibi ilə əlaqədar pulun alınıb onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdıqları və münasibətdə olduqları Cavabdeh Sabunçu rayonu Bakıxanov qəsəbəsində özəl uşaq bağçasında işlədiyini, onlarla olan münasibətdən irəli gələrək iyun ayının əvvəllərində onlara zəng etdiyini, anasının ağır xəstə olduğunu, müalicəsi üçün pul lazım olduğunu bildirdiyini, aralarında olan münasibətdən irəli gələrək xx.xx.2024-cü il tarixdə Bakıxanov qəsəbəsində 4 saylı Asan Xidmətinin yanında görüşdüklərini, aralarında olan razılaşmaya əsasən ona verdikləri pulun müqabilində onlarla Asan Xidmətdə borc müqaviləsi bağlayacaqlarını, onlar tərəfdən verilən 8000 manat pulu xx.xx.2024-cü il tarixə kimi qaytaracağını, ona inanaraq onunla 4 saylı Asan Xidmətdə borc müqaviləsi bağladıqlarını, İddiaçı1 Cavabdeh 5000 manat İddiaçı2 isə 3000 manat pul verdiklərini, cavabdehin xx.xx.2024-cü il tarixdə hər ay müəyyən məbləğdə pulu qaytaracağını qaytaracağını bildirdiyini, həqiqətən cavabdehin verdiyi 5000 manatdan xx.xx.2024-cü il tarixdə 500 manat, İddiaçı2 isə 1000 manat qaytardığını, həmin vaxtdan bu günə kimi qalan pullarını qaytarmadığını, İddiaçı1 4500 manat, İddiaçı2 isə 2000 manat borclu olduğunu, dəfələrlə ona zəng etmələrinə baxmayaraq pulu qaytarmadığını, məcbur qalıb məhkəməyə müraciət etdiklərini, iddianın Sabunçu Rayon Məhkəməsinə verilməsinə baxmayaraq həmin məhkəmənin qərardadı ilə sənədlərin geri qaytarıldığını, iddianın cavabdehin qeydiyyatda olduğu yer üzrə verilməli olduğunu bildirmişdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etdmişdirlər. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş pretenziya qaydasına əməl edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il borc müqavilələrinin 9-cu bəndində qeyd olumuşdur ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda məhkəmə qaydasında həll olunmalıdır. Tərəflər arasında bağlanılmış müqavilənin bu tələbinə baxmayaraq, iddiaçıların məhkəmədən əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsində qeyd olunmuşdur ki, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Qanunvericiliyin bu tələbi ilə bağlı məhkəmə iddiaçıların nəzərinə çatdırır ki, onlar cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair cavabdehə təklif göndərməli, buna dair müvafiq imtina aldıqdan sonra bunu təsdiq edən sənədi iddia ərizələrinə əlavə etməklə, təkrarən məhkəməyə iddia tələbi ilə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, İddiaçı1 tərəfindən "xxxx" MMC vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 65 manat miqdarında dövlət rüsumu və İddiaçı2 tərəfindən "xxxx" MMC vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 40 manat miqdarında dövlət rüsumu onlara geri qaytarılmalıdır. Sonda isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçılar tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 tərəfindən "xxxx" MMC vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 65 manat miqdarında dövlət rüsumu və İddiaçı2 tərəfindən "xxxx" MMC vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 40 manat miqdarında dövlət rüsumu onlara geri qaytarılsın. İddiaçılara izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar