Məhkəmə qərarları › İş №2(110)-36/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-36/2025

17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-36/2025 17.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan "Kia Sorento" markalı, **- LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın ödənilməyən 6920 (altı min doqquz yüz iyirmi) manat hissəsi və ödədiyi 89.2 (səksən doqquz manat iyirmi qəpik) manat dövlət rüsumunun Cavabdeh alınıraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixində saat 18:00 radələrində mülkiyyətimdə olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilim ilə Bakı şəhəri, Sabunçu rayonunda Ramana Şuşa şəhərciyində yerləşəm "Naxçıvan" adlı kafenin qarşısında üzü qəsəbəyə doğru təxminən 40-45 km saat sürətlə hərəkətdə olarkən yolun döngəli hissəsinə bir qədər qalmış anıdən təxminən 5-6 metr məsafədə qarşı əks yolun döngəli hissəsində hərəkətdə olan cavabdehin idarə etdiyi ağ rəngli "Saipa" markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil mənim avtomobilimi vurmuşdur. Hadisə nəticəsində mənim mülkiyyətimdə olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilimə maddi zərər dəymişdir. Bildirirəm ki, hadisə yerinə TTY avtommbili və Yol Patrol Xidməti gəlmişdir. TTY əməkdaşları mənim və digər avtomobilin sürücüsünün aldığı xəsarətləri yerində müayinə etmiş və X2 gətirmişlər. Hadisə nəticəsində mənim sağlamlığıma yüngün zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Beləliklə Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polios mayoruİsayev Faiq Zahid oğlu araşdırma aparmışdır. Təhqiqatçı toplanmış materialları nəzərdən keçirmiş və araşdırma zamanı müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixində saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana Şuşa Şəhərciyi qəsəbə yolunda hərəkətdə olarkən yolun döngəli hissəsində əks istiqamətli yolun hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkətdə olan sürücü İddiaçı idarə etdiyi "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsndə sonuncuya yüngün bədən xəsarətlərinin yetirilməsi və özünün yüngül bədən xəsarəti alması ilə nəticələnən ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, sürücü Cavabdeh "Yol hərəkəti haqqında" qanunun 69-cu madddəsinin, 6-cı bəndinin, 1-ci hissəsinin tələblərini pozmuşdur. Bu səbəbdən də Cavabdeh əməlində Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün toplanmış materialların Sabunçu Rayon Məhkəməsinə göndərilməsi barədə xx.xx.2024-cü il tarixli Qərar çıxarılmışdır. Bildirirəm ki, hadisə nəticəsində mülkiyyətimdə olan "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilimə küllü miqdarda ziyan dəymiş, avtomobilim yararsız hala düşmüşdür. Cavabdehin idarə etdiyi ağ rəngli "Saipa" markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" tərəfindən icbari sığortalanmışdır. Bu səbəbdən də "xxxx" tərəfindən mənim avtomobilimə dəymiş ziyan təxmini olaraq 5965 manat dəyərləndiyilmişdir. Bu səbəbdən də "xxxx" müqavilədə göstərilən maksium 5000 (beş min) manat dəymiş ziyan ödənişini mənə ödədi. Mən "xxxx" çıxardığı dəymiş zərər məbləğindən narazı olduğum üçün dəymiş ziyanın hesablanmı üçün qüsur aktının çıxarılması və dəymiş ziyanın düzgün dəyərləndirilməsi üçün "xxxx" MMC-ə müraciət etdim. 4 iş günü ərzində avtomobilimə dəymiş ziyan hesablanmış və nəticədə mənim Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilimə 11920 (on bir min doqquz yüz iyirmi) manat ziyan dəydiyi barədə xx.xx.2024-cü il tarixli qüsur aktı "xxxx" MMC tərəfindən mənə təqdim edilmişdir. Bildirirəm ki, "xxxx" MMC tərəfindən avtomobilimə dəymiş ziyan kimi hesablanmış 11920 (on bir min doqquz yüz iyirmi) manat məbləğin 5000 (beş min) manat hissəsini "Xalq sığorta” tərəfindən ödənilmiş, lakin qalan 6920 (altı min doqquz yüz iyirmi) manat hissəsi ödənilməmişdir. Bu səbəbdən də qalan 6920 (altı min doqquz yüz iyirmi) manat hissəsi cavabdehdən tələb edirəm, lakin, cavabdeh həmin məbləği ödəmək istəmir. Bu səbəbdən də cavabdehə həmin borcun ödənilməsi tələbi ilə pretenziya məktubu göndərdim. Lakin cavabdeh yenə də dəymiş ziyanı ödəmirlər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya vasitəsilə məhkəməyə ərizə göndərərək ərizəsində məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edildiyini, Bakı şəhərində yaşadığı üçün və üzürlü səbəbi olduğu üçün məhkəmə iclasına gələ bilmədiyini, həmin məhkəmə iclasını onun iştirakı olmadan keçirməsi iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan: - "xxxx" ASC-nin qiymətləndirmə aktından görünür ki, «Kia Sorento» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5965 manatdır; - "xxxx" ASC-nin sığorta aktından görünür ki, «Kia Sorento» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5965 manat müəyyən edilmiş və sığorta şirkəti tərəfindən İddiaçı hesabına 5000 manat məbləğində pul köçürülmüşdür; - sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının Təhvil-Təslim Aktından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı AZ43HAJC**********0A90235896 İBAN nömrəli plastik kart təhvil verilmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı və Cavabdeh yol nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; - İddiaçı yenidən "xxxx" MMC şirkətinə müraciəti nəticəsində Acons” MMC tərəfindən tərtib edilmiş Daşınar əmlakın zərər aktından görünür ki, «Kia Sorento» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11920 manat qiymətləndirilmişdir; - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5076/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; - **********5 nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" MMC elektron ödəmə sistemi vasitəsilə dövlət büdcəsinin xəzinə hesabına 89.20 manat dövlət rüsumu ödənilmişdir; - Şərur Rayon Məhkəməsinin 2(110)-976/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir; - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025ci il tarixli 1547 saylı ekspert rəyindən görünür ki, 1. ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC (VÕEN **********) tərəfindən 17 iyul 2024-cü il tarixli qiymətləndirmə aktında qeyd olunan cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2018-ci il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 9620,00 (doqquz min altı yüz iyirmi) manat müəyyən edilir. Dəyişilməli hissələrin dəyəri - 7820,00 manat; Təmir-bərpa xərclərinin dəyəri – 1800.0 manat.

2. Ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında qeyd olunan cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2018-ci il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 6110.0 (altı min yüz on) manat müəyyən edilir. Dəyişilməli hissələrin dəyəri – 4560.0 manat; Təmir-bərpa xərclərinin dəyəri – 1550.0 manat; - Şərur Rayon Məhkəməsinin 2(110)-36/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə tədqiqatı zamanı iş materialında olan sığorta aktına əsasən müəyyən edilmişdir ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi "Saipa" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-ci il tarixdən xx.xx.2025-ci il tarixədək "xxxx" ASC-də sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh etibarnamə ilə idarə etdiyi Saipa" markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq İddiaçı idarə etdiyi "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə zərər vurmuşdur. Törətdiyi yol nəqliyyat hadisəsinə görə o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5076/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı İddiaçı idarə etdiyi "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan "xxxx" ASC tərəfindən 5965 manat məbləğində müəyyən edilmişdir. İş materialında olan sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddiaçı yenidən "xxxx" MMC şirkətinə müraciəti nəticəsində Acons” MMC tərəfindən tərtib edilmiş Daşınar əmlakın zərər aktından görünür ki, «Kia Sorento» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 11920 manat qiymətləndirilmişdir. Haliyədə iddiaçı məhkəməyə müraciət edərək avtomobilinə vurulmuş ziyana görə sığorta şirkəti tərəfindən ona 5000 manatını ödənildiyini, qalan 6920 manat məbləğində ziyanın cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının tələb etdiyi məbləğlə razı olmadığından, məhkəmə onun vəsatəti əsasında vurulmuş ziyanın nə qədər olmasının nəzəri hesablama yolu ilə müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 1547 saylı ekspert rəyi ilə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" MMC (VÕEN **********) tərəfindən 17 iyul 2024-cü il tarixli qiymətləndirmə aktında qeyd olunan cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2018-ci il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 9620,00 (doqquz min altı yüz iyirmi) manat, yəni dəyişilməli hissələrin dəyəri 7820.0 manat, təmir-bərpa xərclərinin dəyəri 1800.0 manat, həmçinin ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında qeyd olunan cədvəldən göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2018-ci il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 6110.0 (altı min yüz on) manat müəyyən, yəni dəyişilməli hissələrin dəyəri 4560.0 manat, təmir-bərpa xərclərinin dəyəri 1550.0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, məhkə tədqiqatı zamanı iş materialı ilə müəyyən edilmişdir ki, iddiaçı sonradan özü müstəqil olaraq "xxxx" MMC-nə müraciət edərək avtomobilinə vurulmuş ziyanı yenidən hesablatmış və həmin şirkətin qüsur aktı ilə müəyyən edilmiş məbləğin 11920 manat məbləğində pulun ona ödənilməyən 6920 manatını cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının bu tələbi əsassızdır və məhkəmə bunu aşağıda qeyd etdikləri ilə əsaslandırır. Belə ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortaçı müəyyən edilir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi ilə tərəflər razılaşmadıqda, habelə tərəflər arasında mübahisə olduğu təqdirdə bu qiymətləndirmə müstəqil ekspertlər tərəfindən aparılır. Lakin iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında qeyd olunan məbləğə etiraz etməmiş, hətta ona ödənilməsi müəyyən olunmuş 5000 mant sığorta ödənişi ilə razılaşaraq sığorta şirkətindən həmin məbləği qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; - 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə həmçinin ekspertin "xxxx" ASC tərəfindən tərtib edilmiş qiymətləndirmə aktında qeyd olunan cədvələ əsasən gəldiyi nəticə ilə əlaqədar qeyd edir ki, sığorta hadisəsinin baş verdiyi vaxtdan ekspertin rəy təqdim etdiyi müddət ərzində avtomobilin ehtiyyat hissələrinin qiymətlərinin, həmçinin avtomobilin təmirini həyata keçirən mütəxəsislərin göstərdiyi xidmətlərin haqlarının artmasının qaçılmaz olması nəzərə alınsa, ekspertin 2018-ci il buraxılışlı "Kia" markalı, "Sorento" minik modelli, universal, qara metallik rəngli, mühərrikin həcmi 2199 sm³, ban nömrəsi KNAPG81BBJA451202 olan **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin dəyərinin nəzəri hesablama yolu ilə təxminən 6110.0 (altı min yüz on) manat olması barədə ekspertin rəyini ağılabatan və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmçinin Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 89.2 manat dövlət rüsumunun 74.9 manatı iddiaçıya aid edilməli, 14.30 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə belə qənaətə gəlir, iddia qismən təmin edilməklə Cavabdeh "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobiliə dəymiş ziyanın ödənilməyən 1110 (bir min bir yüz on) manatı və 89.2 manat dövlət rüsumunun 14.30 manatı olmaqla, ümumilikdə 1124.30 (bir min bir yüz iyirmi dörd manat otuz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə iş materialında müəyyən olunmuş ekspertiza xərci ilə əlaqədar qeyd edir ki, iş materiallarına əlavə olunmuş Naxıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; - 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Ekspertizanın keçirilməsini cavabdehin xahiş etdiyindən, iş üzrə məhkəmə- əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "Kia Sorento" markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödənilməyən 1110 (bir min bir yüz on) manatı və 89.2 manat dövlət rüsumunun 14.30 manatı olmaqla, ümumilikdə 1124.30 (bir min bir yüz iyirmi dörd manat otuz qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (kod 502906, VÖEN **********, müxbir hesab AZ88NABZ********************, SFİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN **********, hesab AZ21NABZ********************) hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar