Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-361/2022 03.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X14, xx.xx.2009-cu il tarixdə anadan olmuş X15, xx.xx.2010-cu il tarixdə anadan olmuş X6, xx.xx.2014-cü il tarixdə anadan olmuş X25, xx.xx.2015-ci il tarixdə anadan olmuş X10 və həmin tarixdə anadan olmuş X16 Cavabdeh adına olan ünvan 1-ün yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2007-ci ilin sentyabr ayının 12-də X17 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, nikahlarının Şərur rayon Qeydiyyat Şöbəsində qeydə alındığını, nikahdan altı övladlarının olduğunu, uşaqlardan biri olan X11 qan xərçəngi olduğunu və X1 davamlı müalicə aldığını, digər övladı X12 üərk xəstəsi olduğunu, Bakı şəhərində kardioloji xəstəxanasında davamlı olaraq müalicə aldığını, digər övladı X7 Ankara şəhər Psixoloji xəstəxanasında davamlı olaraq müalicə aldığını, ruhi xəstə olduğunu, onun qaynanası Cavabdeh evinə gəlin köçdüyünü, beş il birlikdə yaşadığını, haliyyədə kirayə mənzildə yaşadığını, həyat yoldaşından ayrı yaşadığını, digər yaşayış yerinin olmadığını, uşaqların müalicəsi ilə bağlı banklardan götürdüyü borcları ödəyə bilmədiyindən kirayədə yaşamaq imkanının olmadığını, mənzilin cavabdehin adına olması və qeydiyyatı barədə arayış əldə edə bilmədiyindən həmin arayışın əldə olunmasına köməklik göstərməyi məhkəmədən xahiş etdiyini qeyd edərək, xx.xx.2008-ci il tarixdə anadan olmuş X14, xx.xx.2009-cu il tarixdə anadan olmuş X15, xx.xx.2010-cu il tarixdə anadan olmuş X6, xx.xx.2014-cü il tarixdə anadan olmuş X25, xx.xx.2015-ci il tarixdə anadan olmuş X10 və həmin tarixdə anadan olmuş X16 Cavabdeh adına olan ünvan 1-ün yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş xahiş etmişdir. Lakin 10 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, ərizəsində ona, xx.xx.2008-ci il tarixdə anadan olmuş X14, xx.xx.2009-cu il tarixdə anadan olmuş X15, xx.xx.2010-cu il tarixdə anadan olmuş X6, xx.xx.2014-cü il tarixdə anadan olmuş X25, xx.xx.2015-ci il tarixdə anadan olmuş X10 və X16 Cavabdeh adına olan ünvan 1 yaşayış evinin tərkib hissəsindən yaşayış və istifadə hüququ verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, hal-hazırda zərurət yarandığından iddia tələbini dəyişdiyini qeyd edərək, onun, xx.xx.2008-ci il tarixdə anadan olmuş X12, xx.xx.2009-cu il tarixdə anadan olmuş X11, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4, xx.xx.2014-cü il tarixdə anadan olmuş X21, xx.xx.2015-ci il tarixdə anadan olmuş X7 və X13 Cavabdeh adına olan ünvan 1-ə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-361/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qərardadı ilə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlara eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, o heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclaslarını onun iştirakı olmadan keçirilməsini mümükün hesab etmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin izahalartına və mülki iş materialında toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli AZ-l № 256760 seriyalı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X17 ilə X8 arasında 10 sentyabr 2007-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 156 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Şabanova" soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-lİ № 170647 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 31 may 2008-ci il tarixdə doğulmuş X12 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-lİ № 337871 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 19 aprel 2009-cu il tarixdə doğulmuş X11 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-lİ № 505539 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 02 sentyabr 2010-cu il tarixdə doğulmuş X4 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İlİ № 077549 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 26 mart 2014-cü il tarixdə doğulmuş X21 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-lİİ № 531711 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 19 dekabr 2015-ci il tarixdə doğulmuş X13 valideynləridir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli AZ-lİİ№ 531712 seriyalı doğum haqqında haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, iş üzrə tərəflər 19 dekabr 2015-ci il tarixdə doğulmuş X7 valideynləridir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/226 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil X2 adına olmuşdur. xx.xx.2013-cü il tarixdə Sədərək rayon DNK-da qeydiyyata alınan 2-V-83 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında həmin mənzil xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Şərur şəhər Mənzil İstismar Sahəsinin 510 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı aşağıdakı tərkibdən ibarət ailə üzvləri var.
1. X17 1972 həyat yoldaşı
2. X26 2008 oğlu
3. X27 2009 oğlu
4. X18 2010 oğlu
5. X32 2014 oğlu
6. X22 2015 oğlu
7. X28 2015 qızı İş materiallarına əlavə olunmuş Şərur şəhər Mənzil İstismar Sahəsinin 136 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında adları aşağıda göstərilən vətəndaşlar qeydiyyatda durur.
1. Cavabdeh 1952
2. X17 1972
3. X19 1974
4. X3 1976
5. X5 2005 (nəvəsi)
6. X23 2006 (nəvəsi)
7. İddiaçı 1987 (gəlini)
8. X26 2008 (nəvəsi)
9. X27 2009 (nəvəsi)
10. X18 2010 (nəvəsi)
11. X32 2014 (nəvəsi)
12. X22 2015 (nəvəsi)
13. X28 2015 (nəvəsi) Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı 2007-ci ilin sentyabr ayının 12-də X17 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı quraraq hazırki mübahisə predmeti olan və qaynanası Cavabdeh evinə gəlin köçərək beş il onunla birlikdə yaşamışlar. İddiaçının cavabdehin oğlu ilə birgə nikahlarından altı uşaqları doğulmuşdur. Sonradan onlar qaynanasının evindən çıxaraq kirayədə yaşamışlar. Hazırda iddiaçının əri ondan faktiki ayrılmaqla yenidən anası ilə yaşayır və idddiaçı altı uşağı ilə birlikdə kirayədə yaşamağa davam etməkdədir. Həmçinin iddiaçının uşaqlarından X11 qan xərçəngi olduğu və X1 davamlı müalicə aldığı, digər övladı X12 üərk xəstəsi olduğu, Bakı şəhərində kardioloji xəstəxanasında davamlı olaraq müalicə aldığı, digər övladı X7 Ankara şəhər Psixoloji xəstəxanasında davamlı olaraq müalicə aldığı, ruhi xəstə olduğu, haliyyədə kirayə mənzildə yaşadıqları, digər yaşayış yerinin olmadığı, uşaqların müalicəsi ilə bağlı banklardan götürdüyü borcları ödəyə bilmədiyindən kirayədə yaşamaq imkanının olmadığı müəyyən edilmişdir. Eyni zamanda iddiaçının hazırda mülkiyyətində və ya qanuni istifadəsində onun ev şəraitində yaşama ehtiyacının təmin edəcək hər hansı başqa yaşayış sahəsinin müəyyən edilmədiyi, onun yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehlə ailə münasibətlərinə hələ xitam verilmədiyi, eyni zamanda onun haliyədə uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzildə qeydiyyatda olmaları müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı o da müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər 01 oktyabr 2009-cu il tarixədək yaranmışdır. Buna görə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən hazırki mülki iş üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxıldığı zaman qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbаycаn Respublikаsı Mülki Məcəllənin 228-ci mаddəsinin və Mənzil Məcəlləsinin 123-cü mаddəsinin birinci hissəsinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 27 iyul 2001-ci il tаrixli Qərаrınа əsаsən 2000-ci ilin sentyаbr аyının 1-dən sonrа yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri ilə bаğlı mübаhisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci mаddələrinin qаydаlаrınа uyğun, bu tаrixədək yаrаnmış hüquq münаsibətləri ilə bаğlı mübаhisələr isə Mənzil Məcəlləsinin 123-cü mаddəsinin qаydаlаrınа uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikаsının Mənzil Məcəlləsinin: - 123-cü maddəsinin tələbinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər; - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar; - 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə həmçinin iddia tələbinin “azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 2ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 2-ci maddəsinə əsasən; - on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; - on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsi müəyyən edir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd edilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı,valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə də, məhkəmə işin faktiki hallarına, yuxarıda qeyd edilmiş maddi hüquqü normalarına əsaslanaraq qeyd edir ki, iddiaçının hazırda mülkiyyətində və ya qanuni istifadəsində onun ev şəraitində yaşama ehtiyacının təmin edəcək hər hansı başqa yaşayış sahəsinin müəyyən edilmədiyini, iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdehlə ailə münasibətlərinə xitam verilmədiyini, eyni zamanda iddiaçının haliyədə uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzildə qeydiyyatda olmalarını nəzərə alaraq İddiaçı uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X26, xx.xx.2009-cu il təvəllüdlü X27, xx.xx.2010-cu il təvəllüdlü X18, xx.xx.2014-cü il təvəllüdlü X32, xx.xx.2015-ci il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü X29 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Şərur şəhəri, H.Cavid küçəsi ev 5-də yerləşən 3 saylı mənzilə köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... ; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən, özünə aid edilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq
q ə t e t d i: İddia təmin edilsin. İddiaçı uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X26, xx.xx.2009-cu il təvəllüdlü X27, xx.xx.2010-cu il təvəllüdlü X18, xx.xx.2014-cü il təvəllüdlü X32, xx.xx.2015-ci il təvəllüdlü X22 və xx.xx.2015-ci il təvəllüdlü X29 ilə birlikdə Cavabdeh mülkiyyətində olan Şərur şəhəri, H.Cavid küçəsi ev 5-də yerləşən 3 saylı mənzilə köçürülsünlər. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev