Məhkəmə qərarları › İş №2(110)-365/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-365/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-365/2020 17.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ HakimQarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Komersiya Bankının ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğvedici prosesində olan “Bank Standart” Komersiya Bankının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, iddiaçı “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 693,75 manat əsas borc, 321,70 manat faiz borcu, 1094,18 manat dəbbə pulu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 110 manat faiz borcu, ümumilikdə 2219,63 manat və 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilata məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsi Elxan Selimov xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iş yükünün çox olması səbəbindən nümayəndənin məhkəmədə iştirakının mümkün olmayacağını qeyd edərək məhkəmə baxışı iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini, iddia ərizəsində göstərilən tələbləri tam madafiə etdiklərini və təmin olunmasına dair qətnamə qətnamə qəbul edilməsini, təxirə salınacağı təqdirdə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verməyi xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/109265/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə illik 31 faiz ödəmək şərti ilə 1000 (min) manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verildiyini, Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini ötürdüyü, kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyini, borcluya rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəldiyini, nəticədə iddiaçının cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olduğunu, cavabdehin kredit müqaviləsi üzrə hesablanmış və ödənilməmiş 693,75 manat əsas borc, 321,70 manat faiz borcu, 1094,18 manat dəbbə pulu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 110 manat faiz borcu olduğunu, beləliklə cavabdehin ümumi borcunun 2219,63 manat olduğunu, iddiaçı bank tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiklərini qeyd edərək iddiaçı “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/109265/15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 693,75 manat əsas borc, 321,70 manat faiz borcu, 1094,18 manat dəbbə pulu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 110 manat faiz borcu, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu, ümumilikdə 2219,63 (iki min iki yüz on doqquz manat altmış üç qəpik) manat və 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdehın Banka kredit müqaviləsi üzrə 693,75 manat əsas borc, 321,70 manat faiz borcu, 1094,18 manat dəbbə pulu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 110 manat faiz borcu, ümumilikdə 2219,63 (iki min iki yüz on doqquz manat altmış üç qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan QSC “Bank Standart” KB tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “Bank Standart” KB vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30.0 manat dövlət rüsumu və 0.40 manat xidmət haqı ödəmişdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən müxtəlif vaxtlarda Bank tərəfindən ona açılmış hesab vasitəsilə müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli, 1xx/xx/109265/15 nömrəli kredit müqaviləsindən görünür ki, Kredit Müqaviləsi kreditor tərəfindən imzalanmamış və təsdiqlənməmişdir. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə borcun könüllü şəkildə ödənilməsi barədə bildirişlər ünvanlanmış, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə nəticəsinin nəticəsi olarq işin məhkəmə baxışı iclasında araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına istinad etsə də, iş materiallarında olan müqavilə kreditor Bank tərəfindən imzalanmamış, eyni zamanda Bankın möhürü ilə təsdiqlənməmişdir. İddiaçı tərəfə məhkəmə iclasında qeyd olunan müqavilənin əslinin, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi təklif edilərək, vaxt verilməklə məhkəmə iclası təxirə salınsa da, iddiaçının nümayəndəsi kredit müqaviləsinin əslini, yaxud müqavilənin notarial qaydada təsdiq olunmuş surətini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda isə iddiaçının istinad etdiyi kimi Cavabdeh ilə Bank arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin bağlanması halı öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhz yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından tərəflər arasında öhdəlik münasibətlərinin mövcudluğunu təsdiq edən müqavilə kreditor tərəfindən imzalanmadığından və bankın möhürü ilə təsdiqlənmədiyindən, eyni zamanda iş materiallarında borcluya pulun verilməsinə dair məxaric orderi olmadığından, iş matareriallarına əlavə olunmuş maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər isə öhdəlik hüquq münasibətlərinin yaranmasının əsası kimi çıxış etmədiyindən məhkəmə hazırki iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə bu nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşımasını, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iddiaçının istinad etdiyi Cavabdeh ilə Bank arasında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsinin imzalanmaması və təsdiqlənməməsi məhkəmə araşdırması zamanı müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn hər hansı bir öhdəlik münasibətlərinin yaranmasını müəyyən etmək mümkün olmadığından hazırki iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Komersiya Bankının ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. İddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” Komersiya Bankı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar