Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-37/2024 22.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndə-vəkili Vəkil və Cavabdeh iştirakı ilə, iddaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10361 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehi Şərur şəhər sakini kimi uzun müddətdir tanıdığını, həmyerli olaraq aralarında yaxın və mehriban dostluq münasibətinin, həmçinin, ailəvi olaraq bir-birilərinin evinə get-gəlişlərinin olduğunu, bu münasibətlə cavabdeh Şərur Rayon Mərkəzi Xəstəxanasında işləyərkən onunla bərabər çalışan rəfiqəsi X2 1500 manat pul lazım olduğunu bildirdiyini, aralarındakı münasibətə əsaslanaraq cavabdehə xx.xx.2022-ci il tarixdə 1500 manat pul verdiyini, cavabdeh pulu ondan qəbul edib inandırıcı olsun deyə elə həmin tarixdə rəfiqəsi Şahid şəxsiyyət vəsiqəsinin surətinə müvafiq qeyd etməklə ona qaytardığını, alınmış borcun 2023-cü ilin yanvar ayının sonuna kimi ödəniləcəyini bildirdiyini, 2023-cü ilin yanvar ayının 27-də isə cavabdehin onların evinə gəldiyini, təcili olaraq 10000 manata ehtiyacı olduğunu bildirdiyini, bu pulun ona hava və su kimi lazım olduğunu, bu zaman ona Şahid üçün aldığı pulu qaytarmadığını xatırlatdıqda rəfiqəsinin həmin borcu qaytardığını, həmin pulun da onda olduğunu bildirərək hazırda ona 8500 manat təcili pul lazım olduğunu, aralarındakı münasibətə and verərək alacağı pulu 2023-cü ilin mart ayının sonunadək qaytaracağını vəd verdiyini, aralarındakı neçə illik münasibətə güvənib cavabdehə 8500 manat borc pul verdiyini, 2023-cü ilin aprelində isə cavabdehin işini Kəngərli rayon xəstəxanasına dəyişdiyini öyrəndiyini, bu müddət ərzində aldığı borcu qaytarmağı tələb etsə də cavabdehin aldığı borcu hər dəfə müxtəlif bəhanələrlə qaytarmaqdan yayındığını, əsassız olaraq ondan Naxçıvan MR X5 şikayət etdiyini, o da bununla bağlı hüquqi yardım göstərməsi üçün vəkillə müqavilə bağlamalı olduğunu, cavabdehə görə əlavə ziyan çəkməli olduğunu, bu səbəbdən də hazırkı tələblə məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqlədiyini, xx.xx.2022-ci ildə Rənanın zəng edərək bir qadına 1500 manat pul lazım olduğunu bildirdiyini və onu telefonda bir qadınla danışdırdığını, Rəna ona həmin qadının qazi anası olduğunu, oğluna nişan edəcəyindən pul lazım olduğunu və həmin pulu 2 ay ərzində qayataracağını, Rəna xanıma güvəndiyi və Rənaya 1500 manat verdiyini, həmin vaxtı Rəna Zümrüyənin şəxsiyyət vəsiqəsini ona verdiyini, 2023-cü ilin yanvar ayında isə cavabdeh qardaşı Elçinin Elvin adlı şəxsdən 8600 manat pul alıb Moskovaya getdiyini, buna görə də atasının tutulduğunu, hal-hazırda şöbədə saxlanıldığını, əgər pulu ödəməsə atasını buraxmayacağını bildirildiyini, ona 1500 manatı qaytarmadığını bildirəndə həmin pulu alıb xərclədiyini, özünün qaytarcağını bildirdiyini, Rəna pis vəziyyətdə olduğundan ona həmin pulu verdiyini, bu vaxtı Rənanın 8600 manat alması ilə bağlı video çəkdiyini və həmin video görüntülərlə bağlı yaddaş kartının da iş materillarında olduğunu, bütün borcunu isə mart ayında qaytaracağını bildirdiyini, sonra neçə dəfələrlə evinə getdiyini, cavabdehin evini İlkanə adlı rayon sakininə satıb Naxçıvan şəhərinə köçdüyünü, onun da gedirsənsə pulunu verib getdediyini, 3 ədəd kartını verib ay sonunda pulu çəkməyini bildirdiyini, ay sonunda kartda pulun olmadığını, sonra məcbur qalıb iş yerinə gedib polis çağırdığını, dəfələrlə müraciət etsə də borcunu qaytarmadığını, sonra Naxçıvan şəhərində yaşadığı evə gedib yenə polis çağırdığını, Daxili İşlər Nazirliyinə şikayət etdiyini, 5 dəfə ora getməli olduğunu, orada ona məhkəmədə iddia qaldırmaq hüququnu izah etdiklərini bildirdiklərini, həmin vaxtı kimlə danışdığını bilmədiyini, Rəna xanıma güvəndiyindən pulu verdiyini, 1500 manatla bağlı həmin danışdığı adamı tanımadığını, ona görə Rənadan pulunu tələb etdiyini, 1500 manat evlərinin həyətində Rənaya verdiyini, tezdən zəng vuraraq Zümürüyənin yanında olduğunu bildirdiyini və onları danışdırdığını, sonra da ona şəxsiyyət vəsiqəsini verdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə verdiyi izahatında ekspert rəyi ilə razı olduğunu, cavabdehin 2023-cü ilin yanvar ayında ondan 8600 manat pul aldığını, həmin məbləğdən cavabdehin heç bir ödəniş etmədiyini, 2023-cü ilin may ayında cavabdeh ona olan borcunu ödəmədən, təcili əməliyyat olacağı üçün yenidən pul istədiyini, ona 2100 manat pul verdiyini, cavabdehin sonra verdiyi 2100 manat pulu geri ödədiyini, Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində niye 2100 manat deyil 1200 manat verməsi ilə bağlı izahat verdiyini bilmədiyini, üstündən çox vaxt keçdiyini, ona 8600 manatdan heç bir ödəniş etmədiyini, cavabdehin səhhəti ilə bağlı aldığı 2100 manatı geri ödədiyi üçün polisdə izahat verdiyi vaxt onu qeyd etmədiyini, Şərur Rayon Polis İdarəsində 8600 manatla bağlı video görüntülər olduğundan əvvəlki 1500 manatı ərizədə qeyd etməməsini polisin dediyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndə-vəkili Vəkil izahatında və verilmiş suallara cavabında iddianı müdafiə etdiklərini, iddiaçının cavabdehə 8600 manatın verilməsi ilə bağlı iş materiallarında cavabdehin etirafı ilə bağlı video görüntüsü olduğunu, 1500 manatı isə cavabdeh iddiaçıya Hüseynovaya Zümürüyəyə pul lazım olduğunu bildirdiyini və iddiaçı cavabdehə güvəndiyindən həmin pulu ona verdiyini, həmin vaxtı cavabdeh Zümürüyənin şəxsiyyət vəsiqəsinə müvafiq qeydlər etdirməklə onu iddiaçıya verdiyini, Zümürüyə isə ona pul verilmədiyini, ekspert rəyi ilə razı olduğunu, cavabdehin iddaçıya olan borcu toplamda 10100 manat olduğunu, lakin 10000 manat üçün rüsum ödədiklərindən iddianın məbləğini 10000 manat göstərdiklərini, işə də iddia ərizəsində göstərilən hüdudlarda baxılmasını, 120 manat dövlət rüsumu, 240 manatın isə vəkil haqqı olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, Zeynəb xanımdan 2500 manat pul götürdüyünü, rayonda yaşayan İlkanənin ona, Çinarənin isə İlkanəyə borcu olduğunu, ona 2500 manat pul lazım olduğunu və İlkanədən pulunu istədiyini, sonra Çinarənin ona get faizə pul götür mən həmin pulu 15-20 gün ərzində qaytaracam-deyə səs atdığını, Zeynəbdən faizə pul götürdüyünü, 2500 manatın 500 manatına 150 manat əlavə olaraq pul götürdüyünü, 2 ay ödəyə bilmədiyindən faizin artaraq 4000 manat olduğunu, iddiaçıya bu pulu ödəyə bilməyəcəyini, İlkanənin nə vaxt borcunu qaytarsa o vaxt ödəyəcəyəni bildirdiyini, sonra Zeynəblə İlkanənin dükanına gedən zaman İlkanə borcunu mart ayının sonunda verəcəyini bildirdiyini, amma iddiaçı pulu ondan təcili şəkildə istədiyini, iddiaçı ona 8500 manat məbləğində borcun olduğunu və bununla bağlı bağlı video çəkməyini, həmin videonu İlkanənin yoldaşı Natiqə göstərməyi təklif etdiyini, mart ayının 27-də İlkanənin 4000 manat pul verdiyini, onun da 4000 manatı Zeynəbə verdiyini, sonra aprel ayının əvvəlində xəstəliyi ilə əlaqadər olaraq Zeynəb xanımdan 1200 manat pul götürdüyünü, iyul ayında pulu qaytardığını, kimlik məsələsinə gəldikdə isə Zümrüyənin kimliyini ona vermədiyini, oradakı yazı onun və Zümrüyənin yazısının olmadığını, Zümürüyənin Zeynəb xanımı tanımadığını, Zeynəb xanımın ona zəng vuraraq onu təhqir etdiyini, Zeynəb xanımla ana-bala kimi olduğunu, onun evinə gəlib-getdiyini, Zümrüyə ilə ipotekaya ev götürmək istədiklərini və bununla bağlı sənəd hazırladıqlarını, bütün sənədlərin stolun üstündə olduğunu, Zeynəbin də onlara gələn adam olduğunu, həmin vaxtı Zümrüyənin şəxsiyyət vəsiqəsəni götürüb şəklini çəkə biləcəyini, ondan 2 il bundan qabaq pul götürdüyünü və ödədiyini, ödədiyi pulların da qəbzləri olduğunu, 8600 manat borcum olması ilə bağlı polisdə izahat vermədiyini, Zümrüyənin şəxsiyyət vəsiqəsini özünün vermədiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə cavabdeh izahatında ekspert rəyinə etirazının olmadığını, Şərur Rayon Polis İdarəsində 8600 manat borcu olması ilə bağlı izahat vermədiyini, həmçinin 2020-ci ildən Kəngərli Rayon Xəstəxanasında işlədiyini, Zeynəb xanıma olan borcunu qaytardığını, qəbzlərin onda olmadığından təqdim edə bilməyəcəyini, həmin ödəniş qəzblərini Naxçıvan MR Daxili İşlər Nazirliyinə təqdim etdiyini, bankdan çıxarışı ala bilməyəcəyini, mövcud sübutlarla işə baxılmasını bildirmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilmiş sualara cavabında iddiaçını tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını, bir gün xəstəxanada işləyən zaman növbətçi hissəyə zəng gəldiyini, telefonu götürəndə Zümrüyə xanımın lazım olduğunu bildirdiklərini, zəng vuran özünü təqdim etdikdən sonra ona dedi ki, sənin kimliyin ilə Rəna xanımın 1500 manat pul götürdüyünü, ona tanımadığı və görmədiyi insanın kimliyi ilə niyə pul verdiyini bildirdiyini, öz aralarında olan məsələ olduğunu və özlərinin həll etməli olduğunu, şəxsiyyət vəsiqənin iddiaçıda olması barədə heç bir məlumatının olmadığını, şəxsiyyət vəsiqəsində qeyd olunan xəttin onun xətti olmadığını, Rəna həkimin ona bu barədə heç bir məlumat vermədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Cavabdeh Şərur Rayon Polis İdarəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatından görünür ki, o, İddiaçı xx.xx.2023-cü il tarixdə 8600 manat pul aldığını, 2023-cü ilin mart ayında yeni işə başlayacağı üçün kredit əldə edib Zeynəbə olan borcunu ödəyəcəyini düşündüyünü, lakin işə başlaya bilmədiyi üçün kredit əldə edə bilmədiyini və İddiaçı olan borcunu ödəyə bilmədiyini göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 324 nömrəli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, İddiaçı Şərur Rayon Polis İdarəsinə etdiyi müraciət əsasənda toplanmış material üzrə cinayət hadisəsi omadığı üçün Azərbaycaan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan İddiaçı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinə 2023-cü ilin iyul ayında verdiyi izahatından görünür ki, o, Rənaya 8600 manat pul verdiyini, 1600 manatı cavabdehə məxsus kartdan çəkdiyini, 500 manatı isə cavabdehin verdiyini, ümumilikdə 2100 manatın Rəna tərəfindən qaytarıldığını, sonra Rənanın əməliyyat üçün yenidən ondan 1200 manat istədiyini, ona 1200 manat verdiyini, 20 gündən sonra Rənanın onu qaytardığını, Rənanın xx.xx.2023-cü il tarixdə Zümrüyə xanıma 1500 manat lazım olduğunu bildirdiyini, həmin məbləği Rəna xanıma verdiyini, lakin Rənanın ödəmədiyini bildirmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 1210 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya göndərilmiş X1 adına olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətinin arxa yuxarı hissəsində olan “Mən Zeynab xanımdan Rəna doxdurun əliylə 1500 manat pul götdüm. Yanvarın sonunda da qaytaracam. xx.xx.2022.” əlyazmalar Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan yaddaş kartında olan video yazının tədqiqindən müəyyən olundu ki, cavabdeh “Mən Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı 8600 manat məbləğində borc pul götürürəm. 31 mart 2023-cü il tarixədək qaytaracam. Qaytarmadığım təqdirdə dövlət qarşısında cavab verəcəm” demişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında dəfələrlə şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 2022-cü ilin oktyabr ayında 1500 manat, 2023-cü ilin yanvar ayında isə 8600 manat borc pul vermişdir (müvafiq olaraq əlyazma və video yazı ilə təsdiqini tapır). İddiaçı Naxçıvan MR Daxili İşlər Nazirliyində 2023-cü ilin iyul ayında verdiyi izahatında həmin borcdan cavabdehin ona 2100 manat qaytardığını göstərmişdir. İddiaçı izahatında 2100 manat pulu 8600 manat borcdan əlavə cavabdehin müalicəsi üçün verdiyini bildirsə də polisə verdiyi izahatından aydın olur ki, həmin məbləğ 1200 manat olmuş və cavabdeh tərəfindən qaytarılmışdır. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyinə əsasən əlyazmanın da cavabdehə məxsus olduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya olan borcunun hamısını ödədiyini bildirsə də bununla bağlı hər hansı sübutu məhkəmə iclası bir neçə dəfə təxirə salınsa da məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddiaçının faizlə pul verməsi ilə bağlı dediklərinə gəldikdə isə həmin hallar polis tərəfindən araşdırılmış, iddiaçı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamışdır. Beləliklə məhkəmə 8600 manatdan 2100 manatın ödənildiyini iddiaçının özünün polisə verdiyi izahatı ilə müəyyən etdiyindən mövcud borcun 6500 + 1500 manat olmaqla 8000 manat olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 8000 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 288,8 manat (iki yüz səksən səkkiz manat səksən qəpik) məhkəmə xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 8000 (səkkiz min) manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 288,8 manat (iki yüz səksən səkkiz manat səksən qəpik) məhkəmə xərci olmaqla, ümumilikdə 8288,8 manat (səkkiz min iki yüz səksən səkkiz manat səksən qəpik) alınaraq ünvan 2 ünvanında yaşayan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-37/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-37/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver