Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-370/2020 28.09.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Bank “xxx” X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank “xxx” ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00937-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 1775,46 manat əsas borc, 12,81 manat faiz borcu, ümumilikdə 1788,27 manat məbləğində borcun, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Bank “xxx” X3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın problemli kreditlər departamentinin direktoru vəzifəsini icra edən Nihad Abbasov xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq iddia ərizələrinə iştirakları olmadan baxılaraq tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli RPF-00937-16/19A saylı kredit müqaviləsinin bağlandığını, kredit müqaviləsinə əsasən Bank “xxx” ASC-nin 1775,46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) manat məbləğində krediti illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə Cavabdeh1 mülkiyyətinə verdiyini, Cavabdeh1 həmin kreditdən iddiaçı ilə bağlanmış RF-00017- 16/15U saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və xx xxxxxxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxx” ASC-yə qaytarmağı öhdəsinə götürdüyünü, Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında “problemli kreditləri restrukturizasiya edilməsi ilə güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00937-16/19A saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavənin bağlandığını, Cavabdeh2 xx.xx.2019-cu il tarixdə iddiaçıyla RPFZ- 00937-16/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durduğunu, Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürdüyünü və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirmədiyini, həm borclu həm də zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəldiyini, nəticədə iddiaçının cavabdehlərlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olduğunu, iddiaçı Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00937-16/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 1775,46 manat əsas borc, 12,81 manat faiz borcu, ümumilikdə 1788,27 manat məbləğində borcun, iddia qaldırılması üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli RPF-00937-16/19A saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Borcverən” 1775.46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) manat məbləğində krediti illik 1 faizlə 60 ay müddətinə “Borcalan”nın mülkiyyətinə verildiyini, “Borcalan” isə həmin kreditdən iddiaçı ilə bağlanmış RF-00017-16/15U saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə istifadə etməyi və krediti xx xxxxxxxx 2024-cü il tarixədək faizi ilə birlikdə “Borcverən” qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən “Borcalan” krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və müddətlərdə “Borcverən”ə ödəməlidir ki, krediti və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə “Borcverən”ə qaytarılmış olsun. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən ”Borcalan” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda; ”Borcalan”ın maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda; ”Borcalan”ın maliyyə vəziyyətinin təhlil edilməsi, krediti qaytarmaq qabiliyyətinin müəyyənləşdirilməsi məqsədilə “Borcverən” tərəfindən yoxlamaların aparılmasına hər hansı bir şəkildə maneçilik törətdikdə; əlverişsiz şəraitin yaranması nəticəsində “Borcalanın” lazımi qaydada borcu ödəmək qabiliyyəti olmadıqda; üçüncü şəxslər tərəfindən “Borcalanın bütün əmlakı, yaxud onun bir hissəsi barəsində məhkəmə mübahisəsi başlandıqda; kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə “Bank” bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini kreditin verildiyi bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını ”Borcalan”dan tələb edə bilər. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxx 2020-ci il tarixə Cavabdeh1 Banka ödənilməmiş 1775,46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) manat əsas borc, 12,81 (on iki manat səksən bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1788,27 (bir min yeddi yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında ”Problemli kreditləri resturuktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00937-16/19A saylı xx.xx.2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavəyə görə Bank müştəriyə kredit verməyi, Müştəri isə Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının resturuktrizasiyasıdır. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən Kredit müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və Kredit müqaviləsinə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır.Kreditin verilmə tarixindən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borc alan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. İşdə materiallarından görünür ki, Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə digər Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə RPFZ-00937-16/19A nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin “Borcverən” qarşısında “Borcala”nın xx.xx.2019-cu il tarixli RPF-00937-16/19A saylı, illik 1 faizlə 1775.46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) AZN məbləğində krediti 60 ay müddətinə Kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə görə Zamin “Borcalan”ın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə “Borcverən” qarşısında “Borcalan” ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin müqavilənin 2.3-cü bəndinə görə “Borcverən” “Borcalan” tərəfindən Kredit müqaviləsini icra etmədiyi və ya lazımınca icra etmədiyi halda həm borclu, həm də Zaminə qarşı Kredit müqaviləsi üzrə öz tələblərini irəli sürür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli RPF-00937-16/19A saylı Kredit Müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 - xx.xx.2024 tarixləri ərzində ayda 30,35 manat olmaqla, cəmi 1821 manat “Bank “xxx” ASC-nin “Həzi Aslanov” fililialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, “Bank “xxx” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar “Bank “xxx” ASC vasitəsilə dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30.0 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. İş materiallarından görünür ki, Bank tərəfindən borcun könüllü şəkildə ödənilməsi barədə Cavabdeh1 bildiriş ünvanlanmış, bildiriş xx.xx.2020-ci il tarixdə Vəliyev tərəfindən qəbul edilmiş, borcun könüllü şəkildə ödənilməsi barədə digər Cavabdeh2 bildiriş ünvanlanmış həmin ünvanda yaşamadığı üçün bildirişin onlara çatdırılmasının mümkün olmaması barədə akt tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli RPF-00937-16/19A saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialından 60 (altmış) ay müddətinə illik 1(bir) faiz dərəcəsi ilə 1775,46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) AZN məbləğində kredit almış, aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019-cu ildən başlayaraq xx.xx.2024-cü il tarixədək hər ay 30.35 AZN ödəniş olmaqla, cəmi 1821 (bir min səkkiz yüz iyirmi bir) manat pulu Bank “xxx” ASC-nin “Həzi Aslanov” filialına ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda zamin “Borcverən” qarşısında “Borcala”nın xx.xx.2019-cu il tarixli RPF-00937-16/19A saylı, illik 1 faizlə 1775.46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) AZN məbləğində krediti 60 ay müddətinə Kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdürLakin “Borcalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq borcu yaranmışdır. Məhz buna görə də cavabdeh öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı “Bank “xxx” ASC “Borcalan” və zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh2 “Borcalan” Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 də onunla birlikdıə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Bu səbəbdən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə yaranmış 1775,46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) manat əsas borc, 12,81 (on iki manat səksən bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1788,27 (bir min yeddi yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat borcun tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən tələb edilmiş iş üzrə ödənilmiş 30.0 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank “xxx” X2 xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək xx.xx.2019-cu il tarixli RPF- 00937-16/19A saylı Kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1775,46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) manat əsas borc, 12,81 (on iki manat səksən bir qəpik) manat faiz borcu, cəmi 1788,27 (bir min yeddi yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində borc, 30.0 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqqının əvəzi olmaqla, ümumilikdə 1818,67 (bir min səkkiz yüz on səkkiz manat altmış yeddi qəpik) manat pul tutularaq Bank “xxx” X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1775,46 (bir min yeddi yüz yetmiş beş manat qırx altı qəpik) manat əsas borc, 12,81 (on iki manat səksən bir qəpik) manat faiz borcu, cəmi 1788,27 (bir min yeddi yüz səksən səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində borcun, 30.0 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqqının əvəzi olmaqla, ümumilikdə 1818,67 (bir min səkkiz yüz on səkkiz manat altmış yeddi qəpik) manat pul tutularaq Bank “xxx” X2 xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-370/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-370/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver