Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-372/2020 29.07.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(110)-601/2017 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularaq, xx xxxxx 2012-ci il tarixdə doğulmuş oğulları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnaməsinə dəyişiklik edilərək, bir uşağa 170 manat (bir yüz yetmiş) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onunla Cavabdeh arasında 2009-cu ildə bağlanmış nikahın Şərur Rayon Məhkəməsinin xx xxxx 2013-cü il tarixli, 2(110)-129/2013 nömrəli qətnaməsi ilə pozulduğunu, xx xxxxx 2012-ci il tarixdə doğulmuş oğulları X2 onunla qalması və bir uşağın saxlanması üçün aliment müəyyən olunduğunu, Şərur Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(110)-601/2017 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, 70 manat alimentin ödənilməsi barədə qətnamə qəbul olunduğunu, haliyədə oğullarının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, onun saxlanılması üçün xərclər artdığını, bu səbəbdən də ödənilən alimentin məbləğinin onun tələbatlarını ödəmədiyini, uşağın normal qidalanmasını, istirahətini, təhsilini təmin etməyə kifayət etmədiyini, özünün heç yerdə işləmədiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, uşağın atası Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd edərək, Şərur Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(110)-601/2017 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularaq, xx xxxxx 2012-ci il tarixdə doğulmuş oğulları X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə qətnaməsinə dəyişiklik edilərək, bir uşağa 170 manat (bir yüz yetmiş) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq məhkəmədən Şərur Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(110)- 601/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan xx xxxxx 2012-ci il təvəllüdlü X1 üçün hər ay 170 (bir yüz yetmiş) manat məbləğində aliment tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini, hazırda heç bir yerdə işləmədiyini, təsərrüfatla məşğul olduğunu, İddiaçı 70 manat, X6 120 manat ödədiyini, haliyədə yenidən evləndiyini, yanında bir uşağının da olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, ancaq alimentləri vaxtı - vaxtında ödədiyini, bunları nəzərə alaraq İddiaçı ödədiyi alimentin sabit qalmasını məhkəmədən xahiş edərək izahatı ilə eyni məzmunlu ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan, Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2013cü il tarixli AZ-İ 151715 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 arsındakı nikah xx xxxx 2013-cü il tarixdə pozulmuşdur, həmin tarixdə 86 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Ağayeva” soyadı verilmişdir. İş materiallarında olan Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli AZ-İİ 664088 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2012-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarına əlavə edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-601/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment miqdarı artırılaraq 70 (yetmiş) manat pulun Şərur rayon Şəhriyar kəndində yaşayan Cavabdeh alınaraq iddiaçı Şərur rayon Qaraburc kəndində yaşayan uşağın anası İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin 2(110)- 601/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün aliment miqdarı artırılaraq 70 (yetmiş) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək iddia ərizəsində Şərur Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli (əslində xx xxxxxx 2017-ci il tarixli), 2(110)- 601/2017 nömrəli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, 70 manat alimentin ödənilməsi barədə qətnamə qəbul olunduğunu, haliyədə oğullarının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, onun saxlanılması üçün xərclər artdığını, bu səbəbdən də ödənilən alimentin məbləğinin onun tələbatlarını ödəmədiyini, uşağın normal qidalanmasını, istirahətini, təhsilini təmin etməyə kifayət etmədiyini, özünün heç yerdə işləmədiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, uşağın atası Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd etmişdir. Məhkəmə iddiaçının maddi və əmlak vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın mənafeyini və uşağın əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, həmçinin uşağın maddi təminat almaq hüququnu nəzərə alaraq, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı Şərur Rayon Məhkəməsinin2(110)-601/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxx 2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası- İddiaçı ödənilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o da nəzərə alınmışdır ki, iş üzrə cavabdehin gəlirləri müəyyən edilmədiyindən iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ona görə də aliment sabit pul məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən, valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideyinlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsində deyilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsində qeyd edilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin «X9» Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumu "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair"xx xxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “X9” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, uşağın mənafeyini və digər diqqətəlayiq hallarını uşağın anasının yanında qalmaqla bütün qayğılarının onun tərəfindən çəkilməsini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını, həmçinin cavabdehin əlavə olaraq başqa bir uşağı üçün aliment ödəməsini, eyni zamanda üçüncü evliliyindən himayəsində azyaşlı uşağının olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq Şərur Rayon Məhkəməsininxx xxxxxx 2017-ci i tarixli, 2(110)-601/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq xx xxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası-İddiaçı ödənilməsini qənaətbəxş hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində deyilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyinə görə iddianın təmin edilmiş hissəsinə münasib olan 6 (altı) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi : İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin 2(110)-601/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq xx xxxxx 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün anası- İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 6 (altı) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Seymur Qarayev