Məhkəmə qərarları › İş №2(110)-373/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-373/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-373/2020 28.07.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6500 manat pulun və dövlət rüsumu olaraq ödənmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh 50 baş xırdabuynuzlu heyvan satdığını, onun pulundan 6500 manat borcu qaldığını, cavabdehin müxtəlif bəhanələrlə iddiaçını aldatdığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Yuxarı Aralıq kəndində kiçik sahibkarlıqla məşğul olduğunu, təsərrüfatında iribuynuzlu və xırdabuynuzlu heyvanlarının olduğunu, neçə illərdir ki, onun bu işlə məşğul olduğunu, bəslədiyi heyvanları kənd sakinləri və digər qəssablıqla məşğul olan şəxslərə satdığını, ilk dəfə alver elədiyi şəxslərdən birinin Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh olduğunu, 2019-cu ilin iyun ayında 50 baş xırdabuynuzlu heyvanı 140 manatdan Fəxrəddinə satdığını, həmin heyvanlarının qiymətinin 7300 manat olduğunu, pulu 2 ay ərzində ödəyəcəyini bildirdiyini, 800 manatını polis şöbəsinin müstəntiqi Malik müəllimin vasitəsilə alındığını, həmin heyvanların pulundan 6500 manatının qaldığını, həmin pulu hələ də ödəmədiyini, pulunu tələb edəndə hər dəfəsində bir bəhanə gətirdiyini, maddı vəziyyətinin aşağı olduğunu bildirərəkiddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilməsinə baxmayaraq о, məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqram göndərərək Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, iddianı qəbul etdiyini, Xanlıqlar kənd sakini Hikmətə 5000 manat borcu olduğunu və tezliklə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında şahid kimi ifadə verən Hüseynov GərayMəhəmməd oğlu ifdəsində, İddiaçı heyvanlarına qulluq etdiyini, həmin təsərrüfatda işlədiyini, 2019-ci ilin iyun ayında Fizuli heyvanları satan vaxtı onun və Hikmətin orada olduğunu, Cavabdeh gəlib 50 baş xırdabuynuzlu heyvanları Danyeri yanacaq doldurma məntəqəsinin yanında apardıqlarını, həmin heyvanları Biçənək kənd sakini Faiqin maşınına yükləyib apardığını, pulunu 2 ay ərzində ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X1 ifdəsindəİddiaçı ilə yaylaqda özlərinə məxsus heyvanlarına birlikdə baxdıqlarını, onların təsərrüfatlarının ayrı olduqlarını, Fizulinin ondan heyvanlarının satmasını istədiyini, 50 baş xırdabuynuzlu heyvanı yaylaqdan gətirdiklərini, həmin heyvanları 140 manatdan Danyeri yanacaq doldurma məntəqəsinin yanında Fəxrəddinə satdıqlarını, Fəxrəddininin 15 gün ərzində pulu qaytaracağını dediyini, nə qədər müddət keçməsinə baxmayaraq pulu hələ də qaytarmadığını, yalnız heyvanların satılmasında vasitəçilik etdiyini, heyvanların Fizuliyə məxsus olduğunu, Cavabdeh ondan da heyvan aldığını, ancaq ona borcu olmadığını,800 manat pulu polis şöbəsinin müstəntiqi Malikin Fəxrəddindən alıb ona verdiyini, onun də həmin pulu Fizuliyə verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X2 izahatında İddiaçı ona Çərçiboğan kənd sakini Cavabdeh heyvan satdığını lakin ona olan borcunu ödəmədiyini bildirdiyini, Fəxrəddindən pulu istəyəndə onun Fizuliyə borcunun olmadığını dediyini, borcunun Hikmətə olduğunu dediyini, Fəxrəddinin 800 manat pulu ona verdiyini, onun da həmin pulu Hikmətə verdiyini, mülki mübahisə olduğundan heç bir rəsmi sənədləşmə aparmadıqlarını bildirdi. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə mal-qara alqı-satqısı etmiş, cavabdeh iddiaçıdan heyvanları aldıqdan sonra satıb iddiaçının pulu ödəyəcəyini bildirmişdir. 2019-cu ilin iyun ayında Cavabdeh 50 baş xırdabuynuzlu heyvanı 140 manatdan almış, həmin heyvanlara görə 6500 manat borc yaranmışdır. Cavabdeh məhkəməyə teleqram göndərərək Bakı şəhərində olduğunu məhkəmə iclasında iştirak edə bilmədiyini, Hikmət adlı şəxsə 5000 manat borcu olduğunu etiraf etmiş, borcunu tezliklə ödəyəcəyini bildirmişdir. Lakin məhkəmədə şahid qismində dindirilmiş X1 heyvanların Fizuliyə məxsus olduğunu, onun bu alqı-satqıda vasitəçilik etdiyini, Cavabdeh ona şəxsən borcu olmadığını bildirmişdir. İddiaçının tələbi məhkəmə iclası zamanı şahid ifadələri ilə də tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər heyvanları və quşların alqı-satqısına dair paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinin tələbinə görə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından da məlum olur ki, cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş və cavabdeh öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya borcu yaranmışdır. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 6500 manat borc alınıb İddiaçına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehalınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Çərçiboğan kəndində qeydiyyatda olan Cavabdeh 6500 (altı min beş yüz) manat borc pul və məhkəmə xərci olaraq 30 manat dövlət rüsumu alınaraq Şərur rayonu Yuxarı Aralıq kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar