Məhkəmə qərarları › İş №2(110)-375/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-375/2020

28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-375/2020 28.07.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2000 manat pulun və dövlət rüsumu olaraq ödənmiş 30 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdehna 15 baş xırdabuynuzlu heyvan satdığını, onun pulundan 2000 manat borcu qaldığını, cavabdehin müxtəlif bəhanələrlə iddiaçını aldatdığını bildirmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh 2000 manat borcundan 1000 manatını iş məhkəmənin icraatına daxil olduqdan sonra ödədiyini bildirmiş, cavabdehdən 1000 manatın alınıb verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, iddiaçının tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmiş və işə azaldılmış iddia tələbi hüdudlarında baxılmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Yuxarı Aralıq kəndində kiçik sahibkarlıqla məşğul olduğunu, təsərrüfatında iribuynuzlu və xırdabuynuzlu heyvanlarının olduğunu, neçə illərdir ki, onun bu işlə məşğul olduğunu, bəslədiyi heyvanları kənd sakinləri və digər qəssablıqla məşğul olan şəxslərə satdığını, ticarət etdiyi şəxslərdən birinin də Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh olduğunu, ona heyvanları verdikdən sonra sataraq onun pulunu verdiyini, lakin son zamanlarda satdığı heyvanların pulunu yubatmağa başladığını, onlara 2019-cu ilin iyun ayında 210 baş xırdabuynuzlu heyvan satdığını, həmin heyvaların dəyərinin 37500 manat olduğunu, cavabdeh həmin pulu ödədikdən sonra 2000 manat məbləğində borcu qaldığını, 1000 manatını isə onun məhkəmədən iddia qaldırdıqdan sonra gətirib verdiyini, 1000 manatı isə hələ ödəmədiyini, onunla əlaqə saxlamaq istəsə də bir nəticə əldə olunmadığını, pulunu tələb edəndə hər dəfəsində bir bəhanə gətirdiyini, maddi vəziyyətinin aşağı olduğunu bildirərəkiddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilməsinə baxmayaraq о, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid Hüseynov Gəray Məhəmməd oğlu ifdəsində, İddiaçı heyvanlarına qulluq etdiyini, 2019-cu ilin iyun ayında həmin heyvanları Qalibə satan vaxt orada olduğunu, Cavabdeh gəlib 210 baş xırdabuynuzlu heyvanları Danyeri yanacaq doldurma məntəqəsinin yanında apardığını, həmin vaxtı Fizuliyə pul vermədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifdəsində, İddiaçı ilə yaylaqda özlərinə məxsus heyvanlarına birlikdə baxdıqlarını, Fizuli ilə birlikdə yaylaqdan 210 baş xırdabuynuzlu heyvan gətirdiyini, Fizuli heyvanları 170 manatdan Danyeri yanacaq doldurma məntəqəsinin yanında Qalibə satdığını, Qalib heyvanları satdıqdan sonra pulu ödəyəcəyini bildirdiyini, Qalibin ona da 1300 manat borcu olduğunu bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə mal-qara alqı-satqısı etmiş, cavabdeh iddiaçıdan heyvanları aldıqdan sonra satıb iddiaçının pulu ödəmişdir. Lakin 2019-cu ilin iyun ayında 210 baş xırdabuynuzlu heyvan almış, həmin heyvanların pulunu ödədikdən sonra 2000 manat borcu qalmış, iddiaçının məhkəməyə müraciətindən sonra cavabdeh 1000 manat daha ödəyərək iddiaçıya 1000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər heyvanları və quşların alqı-satqısına dair paraqrafın müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinin tələbinə görə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarından da məlum olur ki, cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş və cavabdeh öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya borcu yaranmışdır. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1000 manat borc alınıb İddiaçına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehalınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayonu Çərçiboğan kəndində qeydiyyatda olan Cavabdeh 1000 (bir min) manat borc pul və məhkəmə xərci olaraq 30 manat dövlət rüsumu alınaraq Şərur rayonu Yuxarı Aralıq kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar