Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-378/2022 19.09.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 tərəfindən müalicə olunmağı üçün göndərilmiş 9100 (doqquz min yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 112 manat, cəmi 9212 (doqquz min iki yüz on iki) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində uzun müddətdir ki, xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu, ona görə də Bakı şəhərində yaşayan oğlu X3 müalicə olunmağı üçün xx.xx.2017-ci il tarixdə “Kapital Bank” vasitəsilə ona 9100 (doqquz min yüz) manat pul göndəridiyini (bank qəbzini ərizəyə əlavə edirəm), onun həmin vaxt səhhətli ilə əlaqədar olaraq nəvəsi Cavabdeh2 etibarnamə verdiyini, onun Cavabdeh2 əmisi Tofiq Əhmədovun Bakı şəhərindən pul göndərdiyini və gedib pulu alıb gətirməsini bildirdiyini, bir neçə gün sonra Cavabdeh2 atası Cavabdeh1 ilə onlara gəldiklərini, onun Çingizdən pulu alıb-almamasını soruşduğunu, bu vaxt Cavabdeh1 pulu aldıqlarını və Naxçıvan şəhərində banka yatırdıqlarını, nə vaxt xəstəxanaya getsən onda pulu bankdan çıxarıb gətirəcəklərini bildirdiyini, onun Cavabdeh1 oğlu, Cavabdeh2 isə nəvəsi olmağına görə onlara inandığını və ilk vaxtlar onlarla razılaşdığını, daha sonra ona pul lazım olduğunu və pulu çıxarıb gətirmələrini bildirdiyini, bu zaman oğlu Cavabdeh1 pul olmadığını, həmin pulla Çingizə maşın aldıqlarını, ona görə də pulu verə bilməyəcəklərini, daha sonra pulu düzəldib verəcəklərini bildirdiyini, ona dəfələrlə onlara onun müalicəyə ehtiyacı olduğunu, pulu vermələrini bildirsə də Cavabdeh1 və Cavabdeh2 hər dəfə puu verib maşın aldıqlarını, ona görə də pulu verə bilməyəcəkərini bildirdiklərini, bu günə kimi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu Tofiq Əhmədovun Bakı şəhərindən ona müalicə olunmağı üçün göndərdiyi pulu vermədiklərini, onun isə o pula çox ehtiyacının olduğunu, səhhəti ilə əlaqədar olaraq əməliyyat olunmalı olduğunu, onun şifahi olaraq bu barədə dəfələrlə müvafiq hüquq mühafizə orqanlarına müraciət etsə də hər dəfə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulları olmadığını, ona görə də pulları qayrata bilməyəcəklərini bildidiklərini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını qeyd edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X5 tərəfindən müalicə olunmağı üçün göndərilmiş 9100 (doqquz min yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 112 manat, cəmi 9212 (doqquz min iki yüz on iki) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq əlavə olaraq bildirdi ki, Bakı şəhərində yaşayan oğlu X2 ona müalicə olunması üçün 9100 (doqquz min yüz) manat pul göndəridiyini, onun Fikrətlə gedib “Kapital Bankın” Şərur filialından pulu götürdüklərini, pulu götürərək Fikrətə verdiyini, Fikrətin dediyinə görə pulu aparıb Naxçıvan şəhərində hansısa banka qoyduğunu, pulunu Fikrətdən istədikdə Fikrətin “həmin pulla oğlu Çingizə maşın aldığını, sonra onun pulunu düzəldib verəcəklərini” bildirdiyini, bu günədək pulu Fikrətdən ala bilmədiklərini, məcbuq qalıb məhkəməyə müraciət etdiyini bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında Bakı şəhərində yaşayan qardaşı X3 atasının müalicəsi ilə əlaqədar atasına 9100 manat pul göndəridiyini, atası Məmmədəlinin Fikrətlə gedib “Kapital Bankın” Şərur filialından pulu götürdüklərini, sonra pulu Fikrətə verdiyini, Fikrətin dediyinə görə pulu aparıb Naxçıvan şəhərində hansısa banka qoyduğunu, atası pulunu Fikrətdən istədikdə Fikrətin “həmin pulla oğlu Çingizə maşın aldığını, sonra onun pulunu düzəldib verəcəklərini” bildirdiyini, atası xatırlamadığı üçün atası ilə “Kpital Bankın” Şərur fililına gedərək atasına gələn pulun kim tərəfindən götürüldüyünü maraqlandıqları zaman pulun atası tərəfindən imza etməklə götürüldüyünü, qəbzə baxdıqda imzanın həqiqətəndə atasına məxsus olduğunu gördüyünü, lakin atasının pulu bankdan qol çəkib götürdükdən sonra Fikrətə verdiyini, Fikrətin isə pulu bugünədək qaytarmadığını bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini, iddianın yalan və əsasız olduğunu, nə onun nə də atasının iddiaçının pulu götürmədiklərini, onların torpaq mübahisələri olduğu üçün onlara şər ataraq əlavə qazanc əldə etmək istədiklərini, onun məhkəməyə müraciət edərək aldığı qəbzdən görünür ki, pulun iddiaçıya 2017-ci il tarixdə göndərildiyini, onun isə maşını 2019-cu ilin fevral ayında aldığını, maşının bunların pulu ilə heç bir əlaqəsinin olmadığını bild qeyd edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 izahatında iddianı qəbul etmədiklərini, atasının bu söz-söhbətdən sonra infakt keçirdiyini, həkimin ona əsəbləşməyə həyəcanlanmağa icazə vermədiyini, ona görə də məhkəmədə iştirak edə bilmədiyini, atasının iddianı qəbul etmədiyini, iddia ərizəsində qeyd olunanların həqiqətə uyğun olmadığını qeyd edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin, cavabdeh və digər cavabdehin nümayəndəsinin izahatlarını qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə olunmuş 27 yanvar 2017-ci il tarixli TT3039077 saylı qəbzin surətindən görünür ki, X1 Məmmədəli Həsən oğluna 9100 (doqquz min yüz) manat pul göndərmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhərində yaşayan oğlu X2 müalicə olunması üçün ona 9100 (doqquz min yüz) manat pul göndəridiyini, onun Fikrətlə gedib “Kapital Bankın” Şərur filialından pulu götürdüklərini, pulu götürərək Fikrətə verdiyini, Fikrətin həmin pulu aparıb Naxçıvan şəhərində hansısa banka qoyduğunu, pulunu Fikrətdən istədikdə Fikrətin “həmin pulla oğlu Çingizə maşın aldığını, sonra onun pulunu düzəldib verəcəklərini” bildirdiyini qeyd etsədə buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh2 isə iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə məhkəmə baxışı iclasında iddiaçının iddia tələbi ilə əlaqədar əlavə olaraq bildirmişfir ki, atası xatırlamadığı üçün atası ilə “Kapital Bankın” Şərur fililına gedərək atasına gələn pulun kim tərəfindən götürüldüyünü maraqlandıqları zaman pulun atası tərəfindən imza etməklə götürüldüyünü, qəbzə baxdıqda imzanın həqiqətəndə atasına məxsus olduğunu gördüyünü bildirmiş, lakin atasının “Kapital Bankın” Şərur filialından qol çəkib götürdükdən sonra Fikrətə verdiyini, Fikrətin isə pulu bu günədək qaytarmadığını bildirsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir; - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; - 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; - 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halı, yəni onun adına göndərilmiş 9100 (doqquz min yüz) manat pulu “Kapital Bankın” Şərur filialından götürərək Fikrətə verdiyini, Fikrətin həmin pulu aparıb Naxçıvan şəhərində hansısa banka qoyduğunu, sonradan Fikrətin həmin pula oğlu Çingizə maşın aldığına dair iddiasını sübut etmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı cavabdehlərin həmin pulu əsassız olaraq əldə etmələri, bunun nəticəsində iddiaçının həmin puldan məhrum olması hallarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün başqa digər sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmişdir. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007- ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio(sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. X9 Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdehlər isə iddia tələbinə qarşı etirazlarını əsaslandıran halları sübut etməlidirlər. Məhkəmə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehlərin təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçıya ziyаn vurulmаsını, cavabdehlərin hərəkətləri ilə ziyаnvurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, iddia tələbi iddiaçının cavabdehlərdən pulun tutulmasına dair hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehlərdən dövlət rüsumunun tutulmasına dair hissəsilə əlaqədar qeyd edir ki, iddia tələbi pulun alınmasına dair hissədə rədd edildiyindən, dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, işə baxılması ilə əlaqədar ödənilmiş 111 (bir yüz on bir) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edili; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilmiş 111 (bir yüz on bir) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-378/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-378/2022
19.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver