Məhkəmə qərarları › İş №2(110)-384/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-384/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-384/2020 02.11.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “İddiaçı“ ASCnin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3927,12 (üç min doqquz yüz iyirmi yeddi manat on iki qəpik) manat əsas borc, 294,54 (iki yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcu və 54,99 (əlli dörd manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 4276,65 (dörd min iki yüz yetmiş altı manat altmış beş qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması və “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Bank İddiaçı ASC- yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatınızda olan və xx xxxxxx 2020-ci il tarixə saat 16:00-a təyin olunmuş 2(110)-384/2020 saylı mülki iş üzrə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx“ İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 4500 manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, xx xxx 2020-dək Cavabdeh banka xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3927,12 (üç min doqquz yüz iyirmi yeddi manat on iki qəpik) manat əsas borc, 294,54 (iki yüz doxsan dörd manat əlli dörd qəpik) manat faiz borcu və 54,99 (əlli dörd manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4276,65 (dörd min iki yüz yetmiş altı manat altmış beş qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3927,12 (üç min doqquz yüz iyirmi yeddi manat on iki qəpik) manat əsas borc, 294,54 (iki yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcu və 54,99 (əlli dörd manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4276,65 (dörd min iki yüz yetmiş altı manat altmış beş qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 11-Y-4-0-1305-19 saylı istehlak kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin 4 saylı Filialı arasında xx xxxx 2019-cu il tarixdə kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4 bəndlərinə əsasən Kreditor Borcalana istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanan 4500 (dörd min beş yüz) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üşün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənililr. Həmin Müqavilənin 7.1 -ci bəndlərində qeyd olunmuşdur ki, kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 11-Y-4-0-1305-19 saylı Kredit Müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.2 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli 11-Y-4-0-1305-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 4500 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2022 tarixləri ərzində ayda 167,24 manat, xx.xx.2022 tarixində isə 167,07 manat olmaqla, cəmi 6020,47 manat pulu "xxxxxx" İKB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Məxaric Qəbzinin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh imza etdirilməklə 2368 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019 - xx.xx.2020-ci illərə dair dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən Cavabdeh 4500 manat kredit ayrılaraq onun banka 2132 manat borcu silindikdən sonra 2368.0 manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli Çıxarışından görünür ki, “xxxxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarına əlavə olunmuş xx xxx 2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxx 2020-ci il tarixə Cavabdeh xx xxxx 2019-cu il tarixli 11-Y-4-0-1305-19 saylı kredit müqaviləsi üzrə Banka 3927,12 (üç min doqquz yüz iyirmi yeddi manat on iki qəpik) manat əsas borc, 294,54 (iki yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində faiz borcu və 54,99 (əlli dörd manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 4276,65 (dörd min iki yüz yetmiş altı manat altmış beş qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 153/20 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş maliyyə arayışı, hesabdan çıxarış məlumatları və xx xxxx 2019-cu il tarixli, 11-Y- 4-0-1305-19 nömrəli Kredit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-nə (maliyyə arayışının verilmə tarixinə) əsas borcu 3830.49 (üç min səkkiz yüz otuz manat qırx doqquz qəpik) manat, faiz borcu 372.52 (üç yüz yetmiş iki manat əlli iki qəpik) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 11-Y-4-0-1305-19 saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2019 – xx.xx.2022 tarixləri ərzində ayda 167,24 manat, xx.xx.2022 tarixində isə 167,07 manat olmaqla, cəmi 6020,47 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 153/20 nömrəli ekspert rəyindən görünür ki, cavabdehin iddiaçı təşkilata əsas borcu 3830.49 (üç min səkkiz yüz otuz manat qırx doqquz qəpik) manat, faiz borcu 372.52 (üç yüz yetmiş iki manat əlli iki qəpik) manat təşkil edir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 153/20 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (maliyyə arayışının verilmə tarixi) faiz borcu 372.52 (üç yüz yetmiş iki manat əlli iki qəpik) manatdır. Lakin iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə cavabdehdən faiz borcu üzrə 294,54 (iki yüz doxsan dörd manat əlli dörd qəpik) manat tutulması xahiş olunduğundan, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən faiz borcu üzrə 294,54 (iki yüz doxsan dörd manat əlli dörd qəpik) manat məbləğində pulun tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı tələbində qismən haqlı olduğundan, buna görə də iddia qismən təmin edilməli və Cavabdeh xx xxxx 2019-cu il tarixli, 11-Y-4-0-1305-19 saylı Kredit Müqaviləsi üzrə əsas borca görə 3830.49 (üç min səkkiz yüz otuz manat qırx doqquz qəpik) manat, faiz borcuna görə 294,54 (iki yüz doxsan dörd manat əlli dörd qəpik) manat, cərimə borcuna görə 54,99 (əlli dörd manat doxsan doqquz qəpik) manat olmaqla, cəmi 4180.02 (dörd min bir yüz səksən manat iki qəpik) manat məbləğində borc pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 11-Y-4-0-1305-19 saylı Kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli, 11-Y-4-0-1305-19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3830.49 (üç min səkkiz yüz otuz manat qırx doqquz qəpik) manat, faiz borcuna görə 294,54 (iki yüz doxsan dörd manat əlli dörd qəpik) manat, cərimə borcuna görə 54,99 (əlli dörd manat doxsan doqquz qəpik) manat olmaqla, cəmi 4180.02 (dörd min bir yüz səksən manat iki qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4210.02 (dörd min iki yüz on manat iki qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhəmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İş üzrə tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 11-Y-4-0-1305-19 saylı Kredit müqaviləsi ləğv edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar