Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-386/2021 24.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Zeyvə kənd sakini Cavabdeh 2800 manat məbləğində borc pulun, 2000 manat məbləğində mənəvi zərərrin və dövlət rüsumu olaraq ödədiyi 30 manat olmaqla, ümumilikdə 4830 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi fərdi təsərrüfatla məşğul olduğunu, mülkiyyətimdə olan torpaqları əkib-becərməklə dolandığını, buna görə də həmkəndlilərindən torpaq sahələri alaraq təsərüffatını genişləndirdiyini, Zeyvə kənd sakini Cavabdeh bir gün gələrək özünə və ailə üzvülərinə aid olan 0,9 ha torpaq sahəsini özünə pul lazım olduğu üçün satmaq istədiyini dediyini, 6000 manata razılaşdıqlarını və ona 2800 manat avans verdiyini, lakin bir müddət keçdikdən sonra təkrar gələrək həmin yerin qiymətinin baha olduğunu, ona daha yüksək təkliflər edildiyini bildirdiyini, təkrar onunla razılığa gələrək 7000 manata razılaşdıqlarını, daha sonra 8000 manata başqa biri ilə razılığa gələrək ona satacağını dediyini, ona 8000 manatı da ödəyə biləcəyini bildirdiyini, torpaq sənədlərinin hazırlama mərhələsində həmin torpaq sahəsini tamamilə başqa birisinə 9000 manat qarşılığında satıldığını bildirdiyini, İbrahimdən soruşanda torpağı qardaşının satdığını ondan aldığı pulu tezliklə qaytaracağını dediyini, Lakin aradan uzun müddət keçməsinə baxmayaraq hər zaman bəhanələr gətirərək onu aldatdığını, bu günə kimi borcunu ödəmədiyini, dediklərini təsdiq edəcək kifayət qədər şahidlərin olduğunu, bu pulu tələb edən hərdən bir yalan dediyini, ayda 50 manat olmaqla ödəyəcəyini bildirdiyini, müxtəlif bəhanələrlə bundan imtina etdiyini, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşdüyünü bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı qızı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqləmiş, əlavə olaraq 2021-ci ilin yanvar ayında İbrahimə 2000 manatı bir, 800 manatı isə hissə-hissə verdiyini, 2000 manat pulu evdə cavabdehin anasının yanında İbrahimə verdiyini, hələ heç bir ödəniş etmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh izahatında və verilmiş sullara cavabında iddianı qismən qəbul etdiyini, 2 il bundan əvvəl iddiaçıdan faizə 2000 manat borc aldığını, maddi cəhətdən problemlər yaşadığı üçün faizləri versə də əsas borcunu ödəyə bilmədiyini, ailə üzvlərinin adına olan torpaq sahəsinin olduğunu, onu Zəroş xalaya satmaq istədiyini bildirdiyini, 8000 manata razılaşdıqlarını, torpağın dəyərindən 2000 manat əvvəl olan borcunu çıxdıqlarını, əlavə də Zəroş xaladan 600 manat avans götürdüyünü, torpağın sənədlərini rəsmiləşdirən zaman 250 kv.m torpağın bələdiyyə torpağı olduğu məlum olduğu, ona görə torpağı almaqdan imtina elədiklərini, həmin torpağı həmkəndlisi olan Xəyal adlı şəxsə satdığını, hal-hazırda iddiaçıya 2600 manat borcunun qaldığını, imkanı olmadığı üçün qaytara bilmədiyini bildirdiyi, 24.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçıya heç bir borcunun qalmadığını, ona artıqlaması ilə qaytardığını, lakin borcunun qaytarılması ilə bağlı heç bir sübutunun olmadığını bildirdiyini, borcunu ayda 150 manat olmaqla hissəhissə ödəyə biləcəyini bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində tərəflərlə həmkəndli olduğunu, onlar arasında nə baş verdiyini bilmədiyini, məhkəmə tərəfindən şahid qismində çağrıldığımda onların arasında problemin olduğunu bildiyini, İbrahimin balaca qardaşı torpaq satdığını bildirdiyini, 0.9 ha torpaq sahəsini İbrahimin qardaşı və anasından aldığını, torpaq məsələsində İbrahimlə razılaşmadığını, torpağı adına rəsmiləşdirmədiyini, amma oranı hal-hazırda əkdiyini, torpağın 4500 manat pulunu verdiyini, 3500 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində 2021-ci ilin mart ayı olduğunu, İbrahimin balaca qardaşı Nüsrət özlərinə aid olan 1 ha torpaq sahəsini kirayə vermək istədiyini bildirdiyini, Nüsrətə torpaq sahəsini kirayə götürmək istədiyini bildirdiyini, onunla 1400 manata 3 illiyinə razılaşdığını, torpaq şəhadətnaməsində İbrahimin atasının, anasının və bacı-qardaşlarının adının qeyd olunduğunu, notariusa müraciət etdiklərini, lakin torpağın sənədləri olmadığı üçün müqaviləni bağlaya bilmədiklərini, razılaşmalarından 20 gün keçdiyini, Nüsrətin torpağı 7000 manata satmaq istədiyini bildirdiyini, onunla razılaşdığını, 15-20 gündən sonra Nüsrət torpağı 8000 manata satmaq istədiyini bildirdiyini, onunla yenidən razılaşdığını, 20 gündən sonra isə torpağı 9000 manata satmaq istədiyini bildirəndə o qədər pulu ödəməyə imkanının olmadığını bildirərərk razılaşmadıqlarını, beləliklə torpağı almaqdan imtina etdiyini, kirayə götürmək üçün ödədiyi 1400 manatı Nüsrətin ona geri qaytardığını bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh ailəsinə məxsus torpaq sahəsini iddiaçıya satmaq üçün razılaşıblar və iddiaçı cavabdehdən ümumilikdə 2600 manat ilkin ödəniş almışdır. Baxmayaraq ki, iddiaçı iddia ərizəsində və izahatında bu məbləğin 2800 olduğunu bildirmiş, lakin bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin izahatlarından isə ümumilikdə 2600 manat verildiyi öz təsdiqini tapmışdır. Sonradan tərəflər arasında torpağın alqı-satqısı baş tutmamışdır. Beləliklə cavabdeh iddiaçıya məxsus 2600 manat məbləğində pulu qaytarmamaqla əsassız varlanmışdır. Cavabdeh mövcud borcu 150 manat olmaqla hissəhissə ödəməyə razı olduğunu bildirmişdir. İddiaçı isə hissə-hissə ödəməyə razı olmadığını bildirmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinin tələbinə görə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə iddianın əsaslı olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İş üzrə bu halların mövcudluğu sübut olunmadığından məhkəmə iddianı həmin hissədə əsassız hesab edir. Belə ki, iş üzrə iddiaçı ona mənəvi zərər vurulduğunu qeyd etsə də, onun nədə ifadə olunmasını sübut edə bilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 2600 manat borc alınıb İddiaçı qızına ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə münasibətdə 16 (on altı) manat Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh oğlundan 2600 (iki min altı yüz) manat pul və iddianın təmin olunmuş hissəsinə münasib olaraq 16 (on altı) manat dövlət rüsumu alınaraq Şərur rayonu Düdəngə kəndində yaşayan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-386/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-386/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver