Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-389/2024 20.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-4/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, üç uşağa görə hər ay 705 (yeddi yüz beş) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixdə 16 saylı akt qeydi ilə bağlanmış nikah qeydinin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-4/2023 saylı qətnaməsinə əsasən pozulduğunu, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yaşayış yerlərinin onun yanında saxlanılmasının, xx.xx.2013-cü il təvəllüdlü X2 atası Cavabdeh alınaraq ona verilməsinin və birgə nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, üç uşağa görə 390 (üç yüz doxsan) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, cavabdehin aliment ödəməkdən başqa uşaqların digər tələbatları ilə maraqlanmadığını, ödədiyi alimentin miqdarının isə uşaqların gündəlik tələbatlarını ödəməyə yetmədiyini, artıq uşaqlarının böyüdüyünü, Onurun 13, Mədətin 9, Sabirin isə 6 yaşları olduğunuvə gündəlik zəruri tələbatlarının da yetərincə artdığını, cavabdehin ödədiyi alimentin məbləğinin isə “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox aşağı olduğunu, uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özünün çəkdiyini, böyüdükcə uşaqların ata qayğısına ehtiyacları artsa da cavabdehin aliment ödəməkdən başqa uşaqlara heç bir diqqət və qayğı göstərmədiyini, hətta məhkəmə tərəfindən müəyyən olunmuş alimenti vaxtlı-vaxtında ödəmədiyini, bugünə cavabdehin 1700 manat aliment borcunun olduğunu, uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını qarşılamağın tək qadın olaraq onun üçün çox çətin olduğunu, ona görə azyaşlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şərur Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş alimentin miqdarının “Yaşayış minimumu haqqında “ Azərbaycan Respublikası Qanununa əsasən ölkədə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumuna uyöun olaraq artırılmalı olduğunu hesab etdiyini, onun ailə münasibətlərindən irəli gələn alimentin miqdarının artırılması tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına müraciət etdiklərini, ilkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasına iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞM-00161/2024 saylı arayış verildiyini, ona görə də Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etməlk zərurətinin yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında haliyədə övladlarının böyüdüyünü, bu səbəbdən də, ödənilən alimentin məbləğinin uşaqların normal qidalanmasını, istirahətini təmin etməyə kifayət etmədiyini, uşaqların atası Cavabdeh əlavə təsərrüfatının olduğunu, oradan da qazanc əldə etdiyini, cavabdeh alimentdən başqa uşqların digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh həqiqətən də, iddiaçı ilə aralarında bağlanmış nikah qeydinin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-4/2023 saylı qətnaməsinə əsasən pozulduğunu, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 analarının yanında saxlanılması və birgə nikahdan doğulmuş azyaşlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, üç uşağa görə 390 (üç yüz doxsan) manat miqdarında sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçının xeyrinə ödənilməsinin müəyyən edildiyini, oğlu xx.xx.2013-cü il təvəllüdlü X2 onunla yaşadığını, nə qədər etsələrdə anası ilə yaşamaq üçün getmədiyini, özünün işləmədiyini, maddi vəziyyətinin yaxşı olmadığını, valideynlərinin dəstəyi ilə alimenti ödədiyini, sol bud çanaq oynağında bud sümüyündə problemlərinin olduğunu, özünündə 3-aydan bir müalicə aldığını, bütün bunlara baxmayaraq hər uşaq üçün 150 manat aliment ödəyə biləcəyini, artıq müəyyən olunsa ödəyə bilməyəcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 415542 nömrəli nikahdan çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah xx.xx.2008-ci il tarixdə bağlanmış, həmin tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Məmmədova0” soyadı verilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2010-cu il təvəllüdlü X5 valideyinləridir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2013-cü il təvəllüdlü X2 valideyinləridir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2017-ci il təvəllüdlü X3 valideyinləridir; - Şərur rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024 102 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən də Şərur rayon danyeri kəndində yaşayır və onun – X9 xx.xx.2010: X7 xx.xx.2013: X8 xx.xx.2017 tərkibdə ailə üzvləri var və uşaqlar anası ilə bərabər yaşayır. - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-4/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasındakı Şərur Rayon Qeydiyyat Şöbəsində bağlanmış xx.xx.2008-ci il tarixli 16 saylı nikah pozulmuş, xx.xx.2010-cu il tarixdə doğulmuş X5 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 anası İddiaçı yanında qalması müəyyən edilmiş, xx.xx.2013-cü il tarixdə doğulmuş X7 atası Cavabdeh alınıb anası İddiaçı verilmiş, Şərur rayon Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X5, xx.xx.2013-cü il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün bir uşaq üçün hər ay 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 390 (üç yüz doxsan) manat miqdarında sabit pul məbləğində aliment tutularaq uşaqların yetkinlik yaşına çatanadək anası Şərur rayon Danyeri kəndində yaşayan İddiaçı ödənilməsi qət edilmişdir; - Şərur rayon Danyeri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 124 nömrəli arayışdan görünür ki, X7 xx.xx.2023-cü il tarixdən atası Cavabdeh himayəsində Şərur rayon Danyeri kəndində yaşayır. - Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyi Naxçıvan Respublika Xəstəxanası tərəfindən verilmiş Cavabdeh bud-çanaq oynağının xx.xx.2018-ci il tarixli KT müayinəsindən görünür ki, görüntü sahəsinə daxil olan L4-L5 diskində fibroz həlqənin qabarması sonunda medial pratruziyası izlənilir. Sol bud-çanaq oynağında bud sümüyündə intratroxantrik sahədə kənarlarında sklerotik dəyişikliklər olan D=23.7mm-16.8mm HU= -26 kistik lezyon izlənilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının izahatı ilə Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-4/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentdən başqa cavabdehin uşaqların digər tələbatları ilə maraqlanmadığı, ödədiyi alimentin miqdarının isə uşaqların gündəlik tələbatlarını ödəməyə yetmədiyi, artıq uşaqlarının böyüdüyü, gündəlik zəruri tələbatlarının da yetərincə artdığı, alimentin uşaqların normal qidalanmasına, istirahətinə təmin etməyə kifayət etmədiyi, cavabdehin uşaqların digər zəruri xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdəndən boyun qaçırdığı müəyyən olunmuşdur. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, cavabdehin səhhətində olan problemləri, hər uşaq üçün 150 manat aliment ödəyə bilməsi barədə izahatını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-4/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, üç uşaq üçün 450 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X6 Məhkəməsi Plenumu qeyd etmişdir ki;
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 60 manatdır ki, bu da il ərzində 720 manat (60x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-4/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə üç uşaq üçün 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev