Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-395/2021 27.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 1401.23 (bir min dörd yüz bir manat, iyirmi üç qəpik) manat əsas borc, 63.89 (altmış üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi borc 1465.12 (bir min dörd yüz altmış beş manat, on iki qəpik) manat məbləğində kredit borcunun, dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “xxxx” ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış 14.01.2019-cu il tarixli BPM**********791 saylı, kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 38 ay müddətinə illik 27 faiz dərəcəsi ilə hesablanmaqla kredit verildiyini, Cavabdeh kredit vəsaitindən istifadə etdiyini, lakin kredit borcunun və hesablanmış faizləri ödəməkdən boyun qaçırdığını, cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclunun öz öhdəliklərini yerinə yetirmədiyini və borcun ödənişini təmin etmədiyini, cavabdehin “xxxx” ASC-yə 1401.23 (bir min dörd yüz bir manat, iyirmi üç qəpik) manat əsas borc, 63.89 (altmış üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1465.12 (bir min dörd yüz altmış beş manat, on iki qəpik) manat məbləğində kredit borcunun mövcud olduğunu qeyd edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 1401.23 (bir min dörd yüz bir manat, iyirmi üç qəpik) manat əsas borc, 63.89 (altmış üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi borc 1465.12 (bir min dörd yüz altmış beş manat, on iki qəpik) manat məbləğində kredit borcunun, dövlət rüsumunun, və 0.40 (qırx qəpik) manat bank xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 18.05.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, ”xxxx” ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında 14.01.2019-cu tarixli BPM**********791 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən Bank Müştəriyə şəxsi istehlak məqsədi ilə 38 ay müddətinə illik 27 faizlə 2000 (iki min) AZN məbləğində kredit verməyi, Borcalan krediti təyinatı üzrə istifadə etməyi isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 14.01.2019-cu il tarixli, BPM**********791 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, “xxxx” ASC tərəfindən Cavabdeh ilə 38 ay müddətinə illik 27 faiz dərəcəsi 2000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 14.02.2019 – 14.02.2022 tarixləri ərzində ayda 78.9 (yetmiş səkkiz manat doqquz qəpik) manat, 14.03.2022 tarixində isə 76.24 (yetmiş altı manat iyirmi dörd qəpik) olmaqla, cəmi 2995.54 (iki min doqquz yüz doxsan beş manat, əlli dörd qəpik) pulu “xxxx” ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 16.04.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 16.04.2021-ci il tarixə Cavabdeh Banka 1401.23 (bir min dörd yüz bir manat, iyirmi üç qəpik) manat əsas borc, 63.89 (altmış üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1465.12 (bir min dörd yüz altmış beş manat, on iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 14.01.2019-cu il tarixli, BPM**********791 nömrəli Məxaric Orderindən görünür ki, Cavabdeh imza etdirilməklə 2000 (iki min) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 17.02.2021-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, “xxxx” ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat ödənilmiş xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş “xxxx” ASC-nin 28.01.2021-ci il tarixli, 22-1025/2021 nömrəli bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıqdan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 14.01.2019-cu il tarixli BPM**********791 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə 38 ay müddətinə illik 27 faiz ödəmək şərtilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 14.02.2019 – 14.02.2022 tarixləri ərzində ayda 78.9 (yetmiş səkkiz manat doqquz qəpik) manat, 14.03.2022 tarixində isə 76.24 (yetmiş altı manat iyirmi dörd qəpik) olmaqla, cəmi 2995.54 (iki min doqquz yüz doxsan beş manat, əlli dörd qəpik) pulu “xxxx” ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Cavabdeh kreditdən istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, krediti tətinatı üzrə istifadə etməyi və bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyararaq Banka 1401.23 (bir min dörd yüz bir manat, iyirmi üç qəpik) manat əsas borc, 63.89 (altmış üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1465.12 (bir min dörd yüz altmış beş manat, on iki qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun və cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 1401.23 (bir min dörd yüz bir manat, iyirmi üç qəpik) manat əsas borc, 63.89 (altmış üç manat, səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1465.12 (bir min dörd yüz altmış beş manat, on iki qəpik) manat borc tutularaq ”xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 1401.23 (bir min dörd yüz bir manat iyirmi üç qəpik) manat əsas borc, 63.89 (altmış üç manat səksən doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1465.12 (bir min dörd yüz altmış beş manat on iki qəpik) manat borc, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 1495.52 (bir min dörd yüz doxsan beş manat əlli iki qəpik) manat pul tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-395/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-395/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver