Məhkəmə qərarları › İş №2(110)-397/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-397/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-397/2021 27.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “İddiaçı“ ASCnin xeyrinə 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 546.33 (beş yüz qırx altı manat otuz üç qəpik) manat əsas borc, 13.62 (on üç manat altmış iki qəpik) manat faiz borcu və 5.66 (beş manat altmış altı qəpik) manat cərimə borcu olmaqla cəmi 565.61 (beş yüz altmış beş manat, altmış bir qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 27 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx“ İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 1000 (bir min) manat kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 13 aprel 2021-dək Cavabdeh banka 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 546.33 (beş yüz qırx altı manat, otuz üç qəpik) manat əsas borc, 13.62 (on üç manat, altmış iki qəpik) manat faiz borcu və 5.66 (beş manat altmış altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 565.61 (beş yüz altmış beş manat, altmış bir qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçırdığını, Cavabdeh 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 546.33 (beş yüz qırx altı manat, otuz üç qəpik) manat əsas borc, 13.62 (on üç manat, altmış iki qəpik) manat faiz borcu və 5.66 (beş manat altmış altı qəpik) manat cərimə borcu olmaqla cəmi 565.61 (beş yüz altmış beş manat, altmış bir qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 18.05.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 aprel 2019-cu il tarixli 3-Y-1-0-528-19 saylı istehlak kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə “xxxx” İKB ASC-nin 3 saylı filialı arasında müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4 bəndlərinə əsasən Kreditor Borcalana istehlak məqsədilə 36 (otuz altı) ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanan 1000 (bir min) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsilə dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənililr. Həmin Müqavilənin 7.1 -ci bəndində qeyd edilənlərə əsasən kreditor bu Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən hallarda krediti hesablanmış faizi ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına əlavə olunmuş 05 aprel 2019-cu il tarixli 3-Y-1-0-528-19 saylı Kredit Müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.2 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş 05 aprel 2019-cu il tarixli 3-Y-1-0-528-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 1000 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 05.05.2019 – 05.03.2022 tarixləri ərzində ayda 37.16 (otuz yeddi manat on altı qəpik) manat, 05.04.2022 tarixində isə 37.35 (otuz yeddi manat, otuz beş qəpik) olmaqla, cəmi 1337.95 (bir min üç yüz otuz yeddi manat, doxsan beş qəpik) pulu "xxxx" İKB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Məxaric Qəbzinin surətindən görünür ki, 05 aprel 2019-cu il tarixdə Cavabdeh imza etdirilməklə 1000 (bir min) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli Çıxarışından görünür ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarına əlavə olunmuş 13 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 13 aprel 2021-ci il tarixə Cavabdeh 05 aprel 2019-cu il tarixli 3-Y-1-0-528-19 saylı kredit müqaviləsi üzrə Banka 546.33 (beş yüz qırx altı manat otuz üç qəpik) manat əsas borc, 13.62 (on üç manat altmış iki qəpik) manat faiz borcu və 5.66 (beş manat altmış altı qəpik) manat cərimə borcu olmaqla cəmi 565.61 (beş yüz altmış beş manat, altmış bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 15.04.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "İddiaçı" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Beləliklə, yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh oğlu arasında bağlanmış 05 aprel 2019-cu il tarixli 3-Y-1-0-528-19 saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 05.05.2019 – 05.03.2022 tarixləri ərzində ayda 37.16 (otuz yeddi manat, on altı qəpik) manat, 05.04.2022 tarixində isə 37.35 (otuz yeddi manat, otuz beş qəpik) manat olmaqla, cəmi 1337.95 (bir min üç yüz otuz yeddi manat, doxsan beş qəpik) manat pulu "xxxx" İKB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyaraq nəticədə iddiaçıya borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun və cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən hesab edirəm ki, Cavabdeh 05 aprel 2019-cu il tarixli 3-Y-1-0-528-19 saylı Kredit Müqaviləsi üzrə əsas borca görə 546.33 (beş yüz qırx altı manat, otuz üç qəpik) manat əsas borc, 13.62 (on üç manat, altmış iki qəpik) manat faiz borcu və 5.66 (beş manat altmış altı qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 565.61 (beş yüz altmış beş manat, altmış bir qəpik) manat məbləğində borc pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 05 aprel 2019-cu il tarixli 3-Y-1-0-528-19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 546.33 (beş yüz qırx altı manat, otuz üç qəpik) manat əsas borc, 13.62 (on üç manat, altmış iki qəpik) manat faiz borcu və 5.66 (beş manat altmış altı qəpik) manat cərimə borcu olmaqla cəmi 565.61 (beş yüz altmış beş manat, altmış bir qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 595.61 (beş yüz doxsan beş manat, altmış bir qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar