Məhkəmə qərarları › İş №2(110)-400/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-400/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-400/2021 02.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı X5 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 7713.39 (yeddi min yeddi yüz on üç manat otuz doqquz qəpik) əsas borc, 11.18 (on bir manat on səkkiz qəpik) manat faiz borcu, 24.24 (iyirmi dörd manat iyirmi dörd qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 8528.41 (səkkiz min beş yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Bank İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayənəsi məhkəmə iclasında iştirak etməmiş, lakin 03.06.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatınızda olan və 17 iyun 2021-ci il tarixə saat 12:30-a təyin olunmuş 2(110)-400/2021 saylı mülki iş üzrə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl“ İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 7987.79 (yeddi min doqquz yüzsəksən yeddi) manat kredit götürdüyünü, borcun təminatı olaraq Cavabdeh2 Hidayət oğlu ilə 09 oktyabr 2019-cu il tarixli zaminlik müqaviləsi bağlandığını, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, 13 aprel 2021-ci il tarixədək Cavabdeh1 Banka 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7713.39 (yeddi min yeddi yüz on üç manat otuz doqquz qəpik) əsas borc, 11.18 (on bir manat on səkkiz qəpik) manat faiz borcu, 24.24 (iyirmi dörd manat iyirmi dörd qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13 aprel 2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 8528.41 (səkkiz min beş yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını qeyd edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7713.39 (yeddi min yeddi yüz on üç manat otuz doqquz qəpik) əsas borc, 11.18 (on bir manat on səkkiz qəpik) manat faiz borcu, 24.24 (iyirmi dörd manat iyirmi dörd qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla ümumilikdə cəmi 8528.41 (səkkiz min beş yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 09 oktyabr 2019 -cu il tarixli, 21-M-1-0-260-15 saylı Kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 1 il güzəşt müddəti şərti ilə 5 il müddətinə, illik 1 faizlə 7987.79 (yeddi min doqquz yüz səksən yedddi manat yetmiş doqquz) manat güzəştli şərtlərlə kredit verilmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş 09 oktyabr 2019-cu il tarixli Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri üzrə müqavilənin 2.1-ci bəndinə əsasən Bank Müştəriyə kredit verməyi, Müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 3.1-ci bəndindən görünür ki, kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borcunun restruktrizasiyasıdır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit Müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlər ğdəniş cədvəlinə və kredit müqaviləsinə əsasən Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1% olmaqla hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə öz öhdəliyini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunana qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən ... müştəri borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi hər il üçün 0.02 faiz olmaqla, 5 il müddətinə 0.1 faizdən çox olmamalıdır. İş materiallarına əlavə olunmuş Zaminlik Müqaviləsindən aydın olur ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında 09 oktyabr 2019-cu il tarixli 21-M-1-0-260-15 saylı Zaminlik Müqaviləsi bağlanmış və o üzərinə bir sıra öhdəliklər götürmüşdür. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin və ya Zaminlər 09 oktyabr 2019 -cu il tarixli 21-M-1-0-260-15 saylı kredit müqaviləsi və Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən Bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcub tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zamin və ya Zaminlər Kreditor qaşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır İş materiallarında olan 13 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 13 aprel 2021ci il tarixə Cavabdeh1 Banka 7713.39 (yeddi min yeddi yüz on üç manat otuz doqquz qəpik) manat əsas borc, 11.18 (on bir manat on səkkiz qəpik) manat faiz borcu, 24.24 (iyirmi dörd manat iyirmi dörd qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə 7748.81 (yeddi min yeddi yüz qırx səkkiz manat səksən bir qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli Çıxarışından görünür ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə borcun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı Bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. İş materiallarında olan ********* nömrəli, 15.04.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, “Yelo Bank“ ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, Kreditor "xxxx" İKB ASC ilə Borcalan Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli 21-M-1-0-260-15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 1 illik güzəşt şərti ilə illik faiz dərəcəsi 1 % olmaqla 60 ay müddətinə 7987.79 (yeddi min doqquz yüz səksən yeddi manat yetmiş doqquz qəpik) AZN məbləğində kredit verilmişdir. Eyni zamanda Kreditor "xxxx" İKB ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 09 oktyabr 2019 -cu il tarixli 21-M-1-0-260-15 saylı zaminlik müqaviləsinə əsasən Kreditor "xxxx" İKB ASC ilə Borcalan Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2019-cu il tarixli 21-M-1-0-260-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq cavabdeh-zamin Qasımov X3 qismində Cavabdeh1 ilə birgə iddiaçı kreditor "xxxx" İKB ASC qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Hazırda Borcalan kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcalana rəsmi olaraq xəbərdarlıq edilsə də o öhdəliyini yerinə yetirilməmişdir. Haliyədə Borcalanın 09 oktyabr 2019-cu il tarixli 21-M-1-0-260-15 saylı kredit müqaviləsinə görə 21 aprel 2021-ci il tarixə Kreditora 7713.39 (yeddi min yeddi yüz on üç manat otuz doqquz qəpik) əsas borc, 11.18 (on bir manat on səkkiz qəpik) manat faiz borcu, 24.24 (iyirmi dörd manat iyirmi dörd qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 8528.41 (səkkiz min beş yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat məbləğində borcu mövcuddur. Buna görə də Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün Kreditor Borcalan və Zaminə qarşı birgə cavabdeh kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə bu qənaətə gəlir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Borcalan Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən iddiaçı təşkilat borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda qismində borcun tutulması hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda qismində pulun tutulması hissəsində də təmin edilməlidir. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Qasımov X3 Cavabdeh1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün Borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7713.39 (yeddi min yeddi yüz on üç manat otuz doqquz qəpik) əsas borc, 11.18 (on bir manat on səkkiz qəpik) manat faiz borcu, 24.24 (iyirmi dörd manat iyirmi dörd qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 8528.41 (səkkiz min beş yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7713.39 (yeddi min yeddi yüz on üç manat otuz doqquz qəpik) əsas borc, 11.18 (on bir manat on səkkiz qəpik) manat faiz borcu, 24.24 (iyirmi dörd manat iyirmi dörd qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13 aprel 2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 779.6 (yeddi yüz yetmiş doqquz manat altı qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla cəmi 8528.41 (səkkiz min beş yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 8558.41 (səkkiz min beş yüz əlli səkkiz manat qırx bir qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar