Məhkəmə qərarları › İş №2(110)-401/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-401/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-401/2021 27.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə tələbinə dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “İddiaçı“ ASC-nin xeyrinə 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 163.02 AZN əsas borc, 43.93 AZN faiz borcu və 97.07 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 304.02 AZN borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx“ Bank olmayan Kredit təşkilatından illik 40 faizlə 12 ay müddətinə 305 manat kredit götürdüyünü, “xxxx” Bank olmayan Kredit təşkilatı ilə “xxxx” İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 933 №li 10 may 2018-ci il tarixli 004 №li müqaviləyə 30 dekabr 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə ”xxxx“ Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququnun “xxxx” İKB ASC-yə ötürüldüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçdığını, 2021-ci il aprelin 02-dək Cavabdeh banka 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 163.02 AZN əsas borc, 43.93 AZN faiz borcu və 97.07 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 304.02 AZN borc manat borcunun olduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin borcu ödəməkdən boyun qaçdığını, Cavabdeh “İddiaçı“ ASCnin xeyrinə 26 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 163.02 AZN əsas borc, 43.93 AZN faiz borcu və 97.07 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 304.02 AZN borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 18.05.2021-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 26 dekabr 2019-cu il tarixli 104-1***-******* saylı Əvvəlcədən ödənilmiş kartın verilməsi və istifadəsi üzrə müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 2.1, 2.2. 2.3 və 2.4-cü maddələrinə əsasən "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC Cavabdeh istehlak məqsədi ilə 12 ay müddətinə illik 40 faiz dərəcəsi ilə hesablanan 305 (üç yüz beş) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 180 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən Müqavilədə göstərilmiş qaydada Müştəri kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. İş materiallarına əlavə olunmuş 26 dekabr 2019-cu il tarixli 104-1***-******* saylı kredit müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 05 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş 26 dekabr 2019-cu il tarixli 104-1***-******* saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" Bank olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh illik 40 faiz dərəcəsi ilə 12 ay müddətinə 305 (üç yüz beş) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 26.01.2020 – 26.11.2020 tarixləri ərzində ayda 31.25 manat, 26.12.2020 tarixində isə 31.31 manat olmaqla, cəmi 375.06 manat pulu “xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxx” Bank olmayan Kredit təşkilatı MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış Tələbetmə hüququnun güzəşt olunmasına dair 10 may 2018-ci il tarixli 004 №li müqavilənin surətindən görünür ki, “xxxx” Bank olmayan Kredit Təşkilatı MMC Borcalana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını “xxxx” İKB ASC-yə ötürmüşdür. İş materiallarına əlavə olunmuş “xxxx” Bank olmayan Kredit təşkilatı MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış 933 №li 30 dekabr 2019-cu il tarixli Hüquqların ötürülməsi barədə sazişə əsasən “xxxx” Bank olmayan Kredit təşkilatı MMC ilə borc alanlar arasında bağlanmış kredit təminat müqavilələrinə əsasən Borc alanlara qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını “xxxx” İKB ASC-yə ötürüldüyü üçün, borclu Cavabdeh ilə ”xxxx“ Bank olmayan Kredit təşkilatı MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ da “xxxx” İKB ASC-yə keçmişdir. İş materiallarında olan Tələbetmə hüququnun ötürülməsi barədə Bildirişin surətindən görünür ki, 26 dekabr 2019-cu il tarixdə Tələbetmə hüququnun ötürülməsi barədə bildiriş Cavabdeh imza etdirilməklə verilmişdir. İş materiallarında olan Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli Çıxarışından görünür ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarında olan 02 aprel 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 02 aprel 2020ci il tarixə Cavabdeh Banka 163.02 AZN əsas borc, 43.93 AZN faiz borcu və 97.07 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 304.02 AZN manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********* nömrəli 16 dekabr 2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 26 dekabr 2019-cu il tarixli 104-1***-*******-2 saylı ödəmə tapşırığının surətindən görünür ki, 26 dekabr 2019-cu il tarixdə Cavabdeh bank hesabına 305 (üç yüz beş) manat köçürülmüşdür. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamışdır. Yuxarıda qeyd edilən sənədlərin tədqiqi zamanı müəyyən edildi ki, ”xxxx“ Bank olmayan Kredit təşkilatı MMC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2019-cu il tarixli 104-1***-******* saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh istehlak məqsədi ilə 12 ay müddətinə illik 40 faiz dərəcəsi ilə hesablanan 305 (üç yüz beş) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 26.01.2020 - 26.11.2020 tarixləri ərzində ayda 31.25 manat, 26.12.2020 tarixində isə 31.31 manat olmaqla, cəmi 375.06 manat pulu “xxxx" Bank olmayan Kredit Təşkilatı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. O da qeyd edilməlidir ki, “xxxx” Bank olmayan Kredit təşkilatı MMC ilə “xxxx” İKB ASC arasında bağlanmış 933 №li 30 dekabr 2019-cu il tarixli Hüquqların ötürülməsi barədə sazişə əsasən “xxxx” Bank olmayan Kredit təşkilatı MMC ilə borc alanlar arasında bağlanmış kredit təminat müqavilələrinə əsasən Borc alanlara qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən tam həcmdə ödənilmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını “xxxx” İKB ASC-yə ötürüldüyü üçün, borclu Cavabdeh ilə ”xxxx“ Bank olmayan Kredit təşkilatı MMC arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ da “xxxx” İKB ASC-yə keçmişdir. Eyni zamanda Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 22.11.2019-cu il tarixli Çıxarışından görünür ki, “xxxx” X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Ona görə də halhazırda tələbetmə hüququ İddiaçı” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun və cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 163.02 AZN əsas borc, 43.93 AZN faiz borcu və 97.07 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 304.02 AZN manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu da cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 163.02 AZN əsas borc, 43.93 AZN faiz borcu və 97.07 AZN cərimə borcu olmaqla, cəmi 304.02 AZN və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 324.02 manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar