Məhkəmə qərarları › İş №2(110)-403/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-403/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-403/2021 16.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı “xxxx” X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehdən xeyirlərinə 267.14 manat əsas və 69.58 manat faiz olmaqla, cəmi 336.72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat “xxxx” KB ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Lakin iddiaçı təşkilatın nümayənəsi 16.06.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizədə “xxxx” KB ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi dair iddia ərizəsinin məhkəmənin icraatında olması, iddia ərizəsinə onların iştirakları olmadan baxıb iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı “xxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış 27.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrıldığını, tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı bəndinə əsasən “bu müqavilə üzrə borcverən kredit xəttinin limitini 10000 (on min) manatadək artıra biləcəyini, bu müqavilənin 1.3-cü bəndinə əsasən “bu halda borcalanın razıığının tələb olunmadığını, cavabdehin ona təqdim olunan kartdan ümumilikdə 300 AZN vəsait nağdlaşdırdığını, ödəniş tarixçəsinə və hesabdan çıxarışa müqayisəli şəkildə nəzər yetirəndə cavabdehin 300 AZN əsas kredit borcundan 32.86 AZN ödəniş etməsinin (300-32.86=267.14) müəyyən olunduğunu, qalıq borca da müqvilə şərtlərinə əsasən faiz və cərimələrin hesablandığını, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada danışıqlar aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəldiyini qeyd edərək, cavabdehdən xeyirlərinə 267.14 manat əsas və 69.58 manat faiz olmaqla, cəmi 36.72 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş 27 noyabr 2019-cu il tarixli 20761sSUM/19 saylı Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə iddiaçı “xxxx” KB ASC Sumqayıt filialı arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 84 ay müddətinə illik 29 % olmaq şərti ilə 300 (üç yüz) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kart təqdim edir. “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.1-ci bəndinin 3-cü abasına əsasən, istifadə edilmiş kredit xəddindən istifadəyə görə minimum 1%, maksimum 6% komissiya haqqı hesablanır və nəvbəti ödəniş zamanı müştəri tərəfindən əlavə olaraq ödənilir. Həmin Müqavilənin 3.8 ci bəndinə əsasən “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və.s hallarda “Bank“bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Müştəri”dən tələb edə bilər. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 06 mart 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 06 mart 2021-ci il tarixə Cavabdeh Banka 267.14 AZN (iki yüz altmış yeddi manat, on dörd qəpik) manat əsas borc, 69.58 (altmış doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 336.72 (üç yüz otuz altı manat, yetmiş iki qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş XB6501 nömrəli 27 noyabr 2019-cu il tarixli Balansdankənar məxaric orderinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh imza etdirilməklə bir ədəd kredit kartı verilmişdir. İş materiallarına əlavə olunmuş 01 mart 2021-ci il tarixli, 1 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” KB ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar VN Milli Gəlir Departamentinin AZ17CTRE******************** saylı hesabına 20 manat rüsum ödəmişdir. İş materiallarına əlavə olunmuş 27 noyabr 2019- 08 mart 2021-ci illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh bank tərəfindən kreditin verilməsi ilə əlaqədar açılmış hesab üzrə ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, iddiaçı “xxxx” KB ASC ilə Cavabdeh arasında bağlanmış 27 noyabr 2019-cu il tarixli 20761sSUM/19 saylı Kredit Müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 84 ay müddətinə illik 29 % olmaq şərti ilə 300 (üç yüz) manat məbləğində kredit xətti açmış və kart verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan" müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə “Kreditor” qarşısında məsuliyyət daşıyaraq kredit borcu yaranmışdır. İddiaçının tələbinə görə haliyədə cavbdehin 06 mart 2021-ci tarixə 267.14 AZN (iki yüz altmış yeddi manat, on dörd qəpik) manat əsas borc, 69.58 (altmış doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 336.72 (üç yüz otuz altı manat, yetmiş iki qəpik) manat borcu vardır. Borcun ödənilməsi ilə əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməkdən qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli Cavabdeh kredit müqaviləsi üzrə yaranmış əsas borca görə 267.14 AZN (iki yüz altmış yeddi manat on dörd qəpik) manat, faiz borcuna görə 69.58 (altmış doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində pulun tutularaq “xxxx” KB ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi də cavabdehdən Cavabdeh alınaraq iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 267.14 (iki yüz altmış yeddi manat, on dörd qəpik) manat əsas borc, 69.58 (altmış doqquz manat, əlli səkkiz qəpik) manat məbləğində faiz borcu, cəmi 336.72 (üç yüz otuz altı manat, yetmiş iki qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 356.72 (üç yüz əlli altı manat yetmiş iki qəpik) manat borc pul tutularaq “xxxx” X2 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar