Məhkəmə qərarları › İş №2(110)-404/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-404/2024

22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-404/2024 22.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurduğu ziyana görə Cavabdeh 10000 (on min) manat məbləğində pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun İddiaçı Şərur rayonu Kərimbəyli kənd sakini olmaqla uzun müddətdir ki, təsərrüfatla məşğul olduğunu, Cavabdeh isə əlli ilə yaxındır qonşu kənd sakini kimi tanıdığını, cavabdehin uzun müddət Türkiyə Respublikasında yaşadığından ona məxsus Şərur rayonu Axaməd kəndində yerləşən 1.48 ha torpaq sahəsi istifadəsiz olduğunu, onun da təsərrüfatla məşğul olduğundan həmin torpaq sahəsini 2008-ci ildən 2017-ci ilə kimi icarə götürərək əkib becərdiyini, bunun müqabilində də onun ümumilikdə 2020 manat və 180 ABŞ dolları məbləğində cavabdehə pul verdiyini, 2017-ci ildə isə qarşılıqlı razılıq əsasında həmin torpaq sahəsini cavabdeh Naxçıvanda olarkən onun istəyi və torpağın o vaxtki bazar qiymətinə uyğun olaraq ona 2500 (iki min beş yüz) manat əlavə pul ödəməklə həmin torpaq sahəsini aldığını, lakin bu zaman cavabdehin ailə üzvlərinin faktiki olaraq Türkiyə Respublikasında yaşaması və alqı-satqı üçün onların da razılığının tələb edilməsi səbəbindən onların aralarındakı müqaviləni rəsmiləşdirə bilmədiklərini, buna görə də aralarındakı alqı-satqının zəruri sənədləşdirmə aparılanadək 49 illik icarə müqaviləsi ilə əvəz edildiyini, artıq 7 ildən çoxdur ki, həmin torpaq sahəsinin onun istifadəsində olduğunu, hal-hazırda da həmin torpaq sahəsində tərəfindən buğda əkildiyini və digər təsərrüfat işləri aparıldığını, lakin bütün bunlara baxmayaraq 7 il sonra cavabdehin götürmüş olduğu öhdəliyi pozaraq aralaarındakı alqı-satqının rəsmiləşdirməsindən imtina etdiyini və məhkəmədə ona qarşı torpaqdan çıxarılma tələbilə iddia qaldırdığını, hansı ki, aralarındakı razılaşmaya əsasən əgər bu razılaşma cavabdeh tərəfindən pozularsa ona ödədiyi 2500 manat pulun on mislini yəni 25000 (iyirmi beş min) manat məbləğində pulu mənə ödəməli olduğunu, bu faktın isə aralarındakı müqavilənin bağlanmasında iştirak etmiş Şərur rayon Axaməd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Sucəddin Orucovun da təsdiq edə biləcəyini, hazırki vəziyyətdə aralarındakı alqı-satqının rəsmiləşdirmənin mümükünsüzlüyü, cavabdeh tərəfindən götürülmüş öhdəliyin icra edilməməsi eyni zamanda cavabdehin ona qarşı torpaq sahəsindən çıxarılması tələbinin məhkəmədə təmin edilməsi səbəbindən onun da hazırda cavabdehə qarşı pul tələbilə məhkəmədə iddia qaldırmağa məcbur olduğunu və buna görə məhkəməyə müraciət etdiyini, aralarındakı razılaşmanı pozması və vurduğu ziyana görə Cavabdeh ona 10.000 (on min) manat məbləğində pul ödəməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd olunanlara eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə baxışı iclasında iştirak edən Cavabdeh izahatında, cavabdehin təqdim etdiyi icarə müqavilələrdən xəbərim olmadığını, heç bir müqavilə imzalamadığını, həmin tarixdə Türkiyə Respublikasında olduğunu, iddiaçı ilə telefon vasitəsilə mübahisə predmeti olan torpaq sahəsini 5 il müddətinə ona 2500 manata icarəyə verməsi barədə razılaşdıqlarını, iddiaçının kəndin icra nümayəndəsinin iştirakı ilə torpağın icarə müqaviləsinin, torpağın alqı-satqısı barədə razılaşmanın bağlanmasından onun xəbərinin olmadığını, iddiaçının onun iştirakı olmadan saxta müqavilə bağlamaqla yanaşı onun arvadına torpağın icarə haqqı olaraq 2475 manat pul verdiyini, 25 manatını isə vermədiyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən çağırılan şahid X9 ifadəsində 2017-2018-ci illərdə tərəflər arasında sövdələşmə olduğunu, Əbülfətin həyat yoldaşının onu evlərinə çağırdığını, İsfəndiyarın da orada olduğunu, lakin Əbülfətin olmadığını, Əbülfətin həyat yoldaşının Əbülfətin Türkiyədə olduğunu dediyini, Əbülfətin həyat yoldaşına pul lazım olduğunu, torpağı İsfəndiyara satdığını bildirdiyini, torpağın icarə müqaviləsinə dair nümunəni özü ilə apardığını, İsfəndiyarın onların torpağını uzun müddət əkib-becərdiyini, orada icarə müqaviləsi bağladıqlarını, İsfəndiyarın dəqiq xatırlamadığı təxminən 2400 manat pulu Əbülfətin arvadı Leylana verdiyini, icarə müqaviləsinin 49 il müddətinə bağlandığını, müqaviləni İsfəndiyarla Leylanın imzaladığını, müqavilədə müqavilə şərtləri pozularsa qeyd olunan məbləğin 10 mislini müqaviləni pozan tərəfin qarşı tərəfə verməli olduğunu qeyd etdiyini, Müqavilədə Əbülfətin adı yazılsa da müqaviləni Əbülfətin adından Leylanın İmzaladığını, həmçinin ərizənin də Əbülfətin adından yazıldığını Leylan tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarına, şahidin ifadəsinə və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - JN-125 KOD 10216038 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 noyabr 1997-ci il tarixli 9 nömrəli qərarı ilə Cavabdeh, X5, X1, X8, X6 və X2 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Axaməd kəndində 1.48 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir; - Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, X10 1.48 ha torpaq sahəsini 49 il müddətinə İddiaçı icrayəvə vermişdir; - Torpaq icarəsi haqqında 01 iyun 2017-ci il tarixli 12 nömrəli müqavilənin görünür ki, X10 ilə İddiaçı arasında müqavilə bağlanmışdır; - ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinə 120 (bir yüz iyirmi) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 noyabr 1997-ci il tarixli 9 nömrəli qərarı ilə Cavabdeh, X5, X1, X8, X6 və X2 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Axaməd kəndində 1.48 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia tələbində 2017-ci ildə X7 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan həmin torpaq sahəsini 2500 manat müqabilində aldığını iddia etsədə, lakin məhkəmə tədqiqqatı zamanı həmin torpaq sahəsinin alqı-satqısına dair iş materialına hər hansi bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə baxışı iclasında cavabdeh X10 İddiaçı ilə telefon vasitəsilə mübahisə predmeti olan torpaq sahəsini 5 il müddətinə ona 2500 manata icarəyə verməsi barədə razılaşsalarda, iddiaçının saxta müqavilə bağlamaqla yanaşı onun arvadına 2475 manat pul verdiyini qeyd etsədə, həmin torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair iş materialına hər hansi bir sübut təqdim etməmiş, eyni zamanda məhkəmə tədqiqqatı zamanı iş materialına iddiaçı tərəfindən əlavə edilmiş icarə müqaviləsinin də tərəflər arasında bağlanmaması şahid ifadəsi ilə müəyyən edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunaraq, yalnız cavabdeh X3 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi əldən çıxmı fayda qismində pul tələbinə dair digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə iddia tələbi üzrə əldən çıxmış fayda qismində iddiaçının tələb etdiyi həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqi olan 7575 (yeddi min beş yüz yetmiş beş) manatın cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair hər hansı bir əqd olmadığından və tərəflərin razılaşması heç bir qanuni əsasa söykənmədiyindən iddiaçının əldən çıxmış fayda qismində tələbi əsassızdır, təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin mənasına görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırda isə qanunun sadalanan normasında göstərilən həmin əsaslar cavabdehə münasibətdə ümumiyyətlə mövcud deyil. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: - 1096.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) hüquqlа və yа qаnunlа müdаfiə еdilən bаşqа şəхsə (zərəçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıхаrаn təqsirli, hüquqа zidd (mülki qаnunvеriciliyin nоrmаlаrını pоzаn) əməldir (hərəkət və yа hərəkətsizlikdir); - 1096.2-ci mаddəsinə əsаsən dеlikt törətmiş şəхs mülki hüquqi məsuliyyəti dаşıyır; -1097.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) nəticəsində fiziki şəхsin şəхsiyyətinə və yа əmlаkınа vurulmuş zərərin, hаbеlə hüquqi şəхsin əmlаkınа və işgüzаr nüfuzunа vurulumş zərərin əvəzi zərərvurаn tərəfindən tаm həcmdə ödənilməlidir; - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını sübut etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının təfsirindən belə nəticəyə gəlinir ki, MM-in 1096.1 mаddəsi üzrə dеlikt məsuliyyətinin yаrаnmаsı üçün mülki-hüquq pоzuntsunun tərkibini təşkil еdən аşаğıdаkı еlеmеntlərin оlmаsı zəruridir: а) ziyаnın vurulmаsı, b) ziyаnvurаnın hüquqа və yа qаnunаzidd hərəkəti, c) əvvəlki iki еlеmеntlər аrаsındа səbəbli əlаqə. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun olaraq iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçıya ziyаn vurulmаsını, cavabdehin hərəkətləri ilə ziyаnvurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin alınıb iddiaçıya ödənilməsi barədə tələbi qanuni və əsaslı olmamışdır. Məhkəmə qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından, iddia tələbi qismən təmin olunaraq iddiaçının cavabdehə ödədiyi 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günkü bazar qiyməti ilə dəyərinin alınıb ona ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə müraciət etməsi üçün ödənilmiş 120 (bir yüz iyirimi) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etmişdir, lakin iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 120 (bir yüz iyirimi) manat dövlət rüsumunun 95.05 (doxsan beş manat beş qəpik) manatı iddiaçıya aid edilməli, 29.70 (iyirmi yeddi manat doxsan beş qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Axaməd kəndində qeydiyyatda olan Cavabdeh iddiaçıdan aldığı 2475 (iki min dörd yüz yetmiş beş) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumunun 29.70 (iyirmi doqquz manat yetmiş qəpik) manatı olmaqla, cəmi 2504.70 (iki min beş yüz dörd manat yetmiş qəpik) manat məbləğində pul alınaraq Şərur rayon Kərimbəyli kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar