Məhkəmə qərarları › İş №2(110)-406/2020

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-406/2020

14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-406/2020 14.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı X2 Cavabdeh qarşı “borcun tutulması” tələbibarədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********65 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 700,65 (yeddi yüz manat altmış beş qəpik) manat əsas borc, 56,73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 757,38(yeddi yüz əlli yeddi manat otuz səkkiz qəpik)manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********65 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 20 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 1020 (bir min iyirmi) manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bugünədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı ASC-nin “Zaqatala” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, xx.xx.2020-ci il tarixə Cavabdeh banka 700,65 (yeddi yüz manat altmış beş qəpik) əsas, 56,73 (əlli altı manat yetmiş üç qəpik) faiz olmaqla, cəmi 757,38(yeddi yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat borcu yaranmışdır. Cavabdeh yaranmış bprcun ödənilməsi barədə malumatlandırılmasına baxmayaq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli BPM**********65 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalan 700,65 (yeddi yüz manat altmış beş qəpik) manat əsas borc, 56,73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 757,38(yeddi yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Lakin Cavabdeh ərazidə olmadığından Şərur şəhər mənzil istismar sahəsi tərəfindən bildiriş valideyni X1 çatdırılmışdır. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli BPM**********65 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına əlavə olunmuş Kredit Müqaviləsindən aydın olur ki, "İddiaçı" ASC - nin Zaqatala filialı ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli BPM**********65 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditor borcalana istehlak məqsədilə 20 (iyirmi) ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanan 1020 (bir min iyirmi) AZN məbləğində kredit vermişdir. Həmin Müqavilənin 3.9.7-ci bəndlərində qeyd olunmuşdur ki, borc alan tərəfindən kredit üzrə əsas borcun qaytarılması və (və ya) faizlərin ödənilməsi həyata keçirilmədikdə və ya müvafiq ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. İş materiallarına Bank tərəfindən əlavə olunmuş Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh Banka 700,65 (yeddi yüz manat altmış beş qəpik)manat əsas borcu, 56,73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 757,38(yeddi yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, iddiaçı bank kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 100 (bir min) manat məbləğində pulu Cavabdeh mülkiyyətinə vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar Dövləd büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 30 manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki, qeyd olunan sənədlərdən də göründüyü kimi iddiaçı Bankla cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli BPM**********65 saylı kredit müqaviləsinə əsasən borc verən borcalana istehlak məqsədilə 20 (iyirmi) ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanan 1020 (bir min iyirmi) AZN məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti borcalanın mülkiyyətinə vermiş və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit məbləği üzrə ödənişi borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhədliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçı Banka 700,65 (yeddi yüz manat altmış beş qəpik) manat əsas borc, 56,73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 757,38(yeddi yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində borcu yaranmış, həmçinin İddiaçı ASC tərəfindən məhkəməyə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 700,65 (yeddi yüz manat altmış beş qəpik) manat əsas borc, 56,73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 757,38 (yeddi yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 700,65 (yeddi yüz manat altmış beş qəpik) manat əsas borc, 56,73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 757,38(yeddi yüz əlli yeddi manat otuz səkkiz qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi, ümumilikdə 787,78 (yeddi yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar