Məhkəmə qərarları › İş №2(110)-413/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-413/2025

02.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-413/2025 02.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X4 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş avto qəza nəticəsinə mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş 6950 (altı min doqquz yüz əlli) manat maddi zərərin, dövlət rüsumu olaraq ödədiyim 89.50 (səksən doqquz manat əlli qəpik) manat olmaqla cəmi 7039.50 (yeddi min otu oqquz mmanat əlli qəpik) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Aşağı Aralıq kənd ərazisində Şərur-Xanlıqlar yolunun kənarında yerləşən Toğrul Petrol servizində təmir sexində çilingər işlədiyini, xx.xx.2025-ci il tarixdə səhər saatlarında mülkiyyətində olan "RENAULT LOQAN" Minik markalı, qara rəngli ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini iş yerinin qarşısında dayanacaqda saxlayıb sexə getdiyini, təqribən iki saat sonra dayanacaqdan qəza səsi gəldiyini və dayanacağa gələndə "MERSEDES BENZ E300D" MİNİK markali, ** BK *** dövlət qeydiyyt nişanlı nəqliyyat vasitəsinin sürücüsü, Şərur rayon Tumaslı kənd sakini Cavabdeh idarəetməni itirərək yol kənarında dayanacaqda duran 4 ədəd müxtəlif markalı nəqliyyat vasitələrinə dəyərək maşınlara maddi zərər vurduğunu, onun mülkiyyətində olan "RENAULT LOQAN" Minik markalı, qara rəngli ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsinə də arxadan dəydiyini, maşına ciddi zərər vurlduğunu, bir müdət sonra X7 əməkdaşlarının hadisə yerinə gələrək müvafiq sənədləşmə işləri aradıqlarını və “MERSEDES BENZ E300D” MİNİK markali, ** BK *** dövlət qeydiyyt nişanlı nəqliyyət vasitəsinin sürücüsü, Şərur rayon Tumaslı kənd sakini Cavabdeh qəza törətdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati protokol tərtib edildiyini, hadisə ilə əlaqədar Cavabdeh nəqliyyat vasitələrinə dəyən zərəri qarşılayacağını bildirdiyini və ondan şikayətçi olmamağı xahiş etdiyini, mülkiyyətində olan "RENAULT LOQAN" Minik markalı, qara rəngli 68 ВЕ 355 dövlət qeydiyyat nişanlı nəqliyyat vaitəsinə dəymiş zərərin hesablanması məqsədi ilə nəqliyyat vasitələrinin təmiri ilə məşğul olan servisə müraciət edərək nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsini xahiş etdiyini, Naxçıvan şəhərində Əliabad qəsəbəsində yerləşən nəqliyyat vasitələrinin təmiri servisindən X3 tərəfindən nəqliyyat vasitəsinə baxaraq dəymiş zərəri, dəyişiləcək hissələri və dəmirçi-maliyar işləri ilə birlikdə 6950 (altı min doqquz yüz əlli) manat müəyyən edərək qaimə-faktura verildiyini, bu müddət ərzində dəfələrlə Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsinə dəymiş 6950 (altı min doqquz yüz əlli) manat maddi zərəri qarşılamasını xahiş etdiyini, Cavabdeh hər dəfə bir bəhanə ilə nəqliyyat vasitəsinə dəymiş zərəri qarşılamaqdan yayındığını, onun işə gedibgəlmək üçün taksi xidmətindən istifadə etmək məcburiyyətində qaldığını və hər gün 20-25 manat taksilərə pul verdiyini, Bu da onu maddi cəhətdən çətinliyə saldığını, mülkiyyətində olan nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən törədilmiş avto qəza nəticəsində maddi zərər fdəydiyini və Cavabdeh Hüseyn oğlu mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərəri qarşılamalı olduğunu, ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilmişdir. Lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasını onun iştarkı olmadan keçirilib mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı iddiadan imtina etdikdə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə icraata xitam verərkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur Filialının vasitəsi ilə X2 hesabına ödənmiş 89,50 (səksən doqquz manat əlli qəpik) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-nin Şərur Filialının vasitəsi ilə X2 hesabına ödənmiş 89,50 (səksən doqquz manat əlli qəpik) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar