Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-414/2020 21.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbibarədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx xxxxx 2019-cu il tarixli SHRK-1295 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 298,69(iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) manat əsas borc, 71,17 (yetmiş bir manat on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 369,86(üç yüz altmış doqquz manat səksən altı qəpik)manat borc pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli SHRK-1295 saylı kredit müqaviləsinə əsasən illi 29 faiz olmaqla 12 ay müddətinə 300 manat məbləğində cavabdehə kredit verilmişdir. xx xxxxx 2019cu il tarixli SHRK-1295 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli SHRK-1295 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında , hər ayın 30-dan gec olmayaraq hər ay 29,1 (iyirmi doqquz manat on qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx xxxxx 2019-cu il tarixli SHRK-1295 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 298,69 (iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) manat, faiz borcuna görə 71,17 (yetmiş bir manat on yeddi qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 369,86 (üç yüz altmış doqquz manat səksən altı qəpik) manat təşkil edir. Cavabdeh xx xxxxx 2019-cu il tarixli SHRK-1295 saylı kredit müqaviləsi üzrə 298,69(iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik)manat əsas borcu, 71,17 (yetmiş bir manat on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 369,86 (üç yüz altmış doqquz manat səksən altı qəpik) manat borc pulun və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh qeydiyyatda olduğu və yaşadığı ünvanlara göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxx 2019-cu il tarixli SHRK-1295 saylı kredit kartı müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Sahil filialı arasında müqavilə bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit kartı Müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə əsasən “Bank” “Kart sahibi”nin adına verilmiş kredit kartınba 12 ay müddətinə, illik 29 % hesabı ilə 300 manat kredit xətti açmışdır. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış kredit kartı müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşudr. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh Banka 298,69(iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik)manat əsas borcu, 71,17 (yetmiş bir manat on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 369,86 (üç yüz altmış doqquz manat səksən altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə tərəfindən mülki iş materiallarinda olan sübutlara qiymət verilərkən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Sahil filialı tərəfindən Cavabdeh adına verilmiş kredit kartına 12 ay müddətinə, illik 29 % hesabı ilə 300 manat kredit xətti açmış, lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Məhz buna görə də məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də iddia təmin edilməli, Cavabdeh 298,69 (iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) manat əsas borc, 71,17 (yetmiş bir manat on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 369,86 (üç yüz altmış doqquz manat səksən altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçı təşkilatın xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh 298,69 (iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) manat əsas borc, 71,17 (yetmiş bir manat on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla cəmi 369,86 (üç yüz altmış doqquz manat səksən altı qəpik) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 389,86(üç yüz səksən doqquz manat səksən altı qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-414/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-414/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver