Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-415/2020 25.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı “xxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddi ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxxxxxxxxx" X3 Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23116 olan LG Q7 markalı telefon üçün 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat cərimə, ümumilikdə 195 (bir yüz doxsan beş) manat borc, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu, cəmi 215 (iki yüz on beş) manat pulun Cavabdeh alınaraq "xxxxxxxxxxx" X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəsində Cavabdeh iddiaçı “xxxxxxxxxxx” MMC ilə bağladığı xx xxxx 2019-cu il tarixli 00587884 saylı müqaviləyə əsasən İMEİ kodu **********23116 olan LG Q7 markalı telefon aldığını, nəticədə 195 (bir yüz doxsan beş) manat borcu yarandığını, cavabdehin müqavilənin şərtlərini pozduğunu, nəticədə alqı-satqı qiyməti 396 (üç yüz doxsan altı) manat (12 ay x 33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********23116 olan LG Q7 markalı telefon üçün ümumilikdə 195 (bir yüz doxsan beş) manat olmaqla, ondan 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 49 manat cərimə pulu, (0,33 manat x 150 gün)hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olunaraq 17 (on yeddi) manat cərimə pulu borcu yarandığını, cavabdehin cəmi ödədiyi məbləğin 218 manat təşkil etdiyini qeyd edərək, İMEİ kodu **********23116 olan LG Q7 markalı telefon üçün 178 (bir yüz yetmiş səkkiz) manat odənilməmiş hissə, 17 (on yeddi) manat məbləğində cərimə, ümumilikdə 178 (bir yüz yetmiş səkkiz) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 215 (iki yüz on beş) manat pulun Cavabdeh tutularaq “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən xx xxxx 2020-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş "xxxxxxxxxxx" MMC ilə Cavabdeh (müştəri) arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00587884 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən, "xxxxxxxxxxx" özünə məxsus olan əşyaları (bu andan etibarən "Mal"ı adlanacaq) "Müştəri" yə qeyd edilən şərtlərlə verir, "Müştəri" isə "Mal"ı göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakı kimidir: LG Q7 (Q610), **********23116, **********23124 (kod). Həmin Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən, "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəyir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00587884 saylı Müqavilə və müqaviləyə əlavədən (ödəniş cədvəlindən) görünür ki, alıcı qiyməti 396 (üç yüz doxsan altı) manat olan **********23116 İMEİ nömrəli LG Q7 markalı telefon üçün 12 (on altı) ay müddətinə, ayda 33 (otuz üç) manat ödəməyi öhdəsinə götürüb. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən Cavabdeh LG Q7 (Q610), **********23116, **********23124 (kod) adda məhsulu tam qüsursuz halda təhvil almışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin cəmiyyətə olan borcu 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat məbləğində cərimə, ümumilikdə 195 (bir yüz doxsan beş) manat təşkil edir. İş materiallarında olan ********* nömrəli, xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxxxxxxxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 20 (iyirmi) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, müqavilənin şərtlərini pozaraq, müqavilədə müəyyən olunmuş vaxt və qaydaya əməl etmədiyi üçün məktubu aldıqdan sonra qisa bir zamanda borcunu ödəmədiyi təqdirdə müvafiq olaraq aidiyyatı üzrə Dövlət qrumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxxxxxxxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00587884 saylı Müqaviləyə əsasən alıcı Cavabdeh "xxxxxxxxxxx" MMC-dən qiyməti 396 (üç yüz doxsan altı) manat olan **********23116 olan LG Q7 markalı telefon üçün ilkin ödəniş 0 manat ödəyərək, alış qiymətini 12 (on altı) ay müddətinə, ayda 33 (otuz üç) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 218 (iki yüz on səkkiz) manat ödəniş etmişdir. Eyni zamanda iş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə əlavənin 2-ci bəndinə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində "Müştəri" mübahisəsiz olaraq peniya ödəməlidir. İş materiallarına əlavə olunmuş maliyyə və ödəniş cədvəlinə əsasən, hal-hazırda cavabdehin iddiaçıya telefonun qiyməti kimi 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat məbləğində cərimə, ümumilikdə 195 (bir yüz doxsan beş) manat borcu müəyyən edilmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, Cavabdeh 178 (bir yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 17 (on yeddi) manat məbləğində cərimə, ümumilikdə 195 (bir yüz doxsan beş) manat borc tutularaq "xxxxxxxxxxx" X2 xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1- 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli 00587884 saylı müqavilə üzrə İMEİ kodu **********23116 olan LG Q7 markalı telefon üçün 178 (bir yüz yetmiş səkkiz) manat odənilməmiş hissə, 17 (on yeddi) manat məbləğində cərimə olmaqla cəmi 195 (bir yüz doxsan beş) manat borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumilikdə 215 (iki yüz on beş) manat məbləğində pul tutularaq “xxxxxxxxxxx” X1 xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlr üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-415/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-415/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver