Məhkəmə qərarları › İş №2(110)-416/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-416/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-416/2021 22.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cavabdeh 19000 manat əsas pulun, 12000 manat əldən çıxmış faydanın, vəkilə ödədiyim 210 manat pulun və 30 manat dövlə rüsumu alınaraq mənim xeyrimə tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, 22.06.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh iştirak etmişdir. İddiaçı isə məhkəmə bildirişini 03.06.2021-ci il tarixdə şəxsən almasına baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Мülki-Prossesual Мəcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Мülki-Prossesual Мəcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı tərəfindən 05.05.2021-ci il tarixli 11344 nömrəli ödəniş qəbzinə əsasən Kapital Bank ASC vasitəsilə ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.7, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən 05.05.2021-ci il tarixli 11344 nömrəli ödəniş qəbzinə əsasən Kapital Bank ASC vasitəsilə ödədiyi 30 (otuz) manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar