Məhkəmə qərarları › İş №2(110)-416/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-416/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-416/2025 28.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı və Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahda olarkən evə çəkilmiş xərcin yarısının, 20000 (iyirmi min) manat və dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat olmaqla cəmi 20100 pulun Cavabdeh onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Şərur rayon Çomaxtur kənd İND-də nikah haqqında akt qeydləri kitabında 17 № ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, ailə qurduqdan sonra Cavabdeh atası X2 mülkiyyətində olan Şərur rayon Çomaxtur kəndində yerləşən fərdi yaşayış evində yaşadıqlarını, birgə nikah dövründə yaşadıqları müddətdə həmin fərdi yaşayış evi köhnə palçıq ev olduğundan sökülərək yerində şəxsi vəsaitləri hesabına iki otaq, mətbəx, sanitar qovşaq, yan damı, bir eyvan və açıq balkondan ibarət fərdi yaşayış evi tikdirərərək bu günə kimi mübahisəsiz olaraq həmin evdə yaşadıqlarını, qeyd olunan fərdi yaşayış evi Sədərək rayon DNO-nin xx.xx.2013-cü il tarixli 2-V-79 No-li vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınaraq Naxçıvan MR DƏDRX tərəfindən Hüqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövət reyestrindən Çıxarış verildiyini, qeyd olunan fərdi yaşayış evi birgə nikah dövründə köhnə və yaşamaq üçün yararsız olduğundan sökülərək şəxsi vəsaitləri hesabına yenidən tikilmiş, cavabdehin deməsinə görə bütün bu işlər üçün 40000 (qırx min) manat xərc çəkildiyini, ona görə də həmin fərdi yaşayış evinin yenidən tikilməsinə çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq ona ödənilməsini istədiyini, cavabdehlə üç aydan artıqdır ki, ayrı yaşadıqlarını, birgə nikahdan doğulmuş uşaqları haliyədə onun yanındadır, qeyd olunan fərdi yaşayı yerindən başqa yaşamağa yerləri olmadığını, bu müddət ərzində dəfələrlə Cavabdeh fərdi yaşayış evində yaşayış-istifadə hüququnu təmin etməsini və ya evə çəkilmiş xərcin yarısını ona ödəməsini bildirsə də cavabdeh onun yaşayış və istifadə hüququnu təmin etmək istəmədiyini, evə çəkilmiş xərcin yarısını isə evi satdıqdan sonra ödəyəcəyini bildirdiyini, cavabdehlə bir evdə yaşamaqlarının mümkün olmadığını və uşaqlarla birlikdə yaşamaq üçün ev almaq istədiyini, ona görə də cavabdehin evə çəkilmiş xərcin yarısını ona ödəməsini istədiyini, Ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında nikah dövründə qaynatasının köhnə evini tamamilə sökdüklərini, yerində 2 otaq, 1 bağlı eyvan və 1 açıq eyvan tikdiklərini, həmin evi tikməklərinə 40000 manatdan artıq xərc çəkdiklərini, haliyədə nikahın pozulması ilə bağlı məhkəmədə iddiası olduğunu, onların barışmaqları mümkün olmadığını, tikilmiş evə çəkilmiş xərc olaraq 40000 manat pulun yarısı, yəni 20000 manatın cavabdehdən alınıb ona verilməsini istədiyini qeyd edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, iddiaçı ilə birgə nikah dövründə atasına məxsus evdə təmir - tikinti işlərinə ümumilikdə 18000 - 20000 manat pul xərclədiklərini, iddiaçının həmin məbləği çox şişirtdiyini, lakin uşaqlarına görə iddiaçıya 20000 manat pulu 2 il ərzində ödəyə biləcəyini, haliyədə pulu olmadığı üçün heç bir məbləğdə pul ödəməyə imkanı olmadığını, həmçinin 2 il ərzində iddiaçının uşaqlarla gedib həmin evdə yaşamalarına etirazı olmadığını, 2 ildən sonra pulu verdikdən sonra ordan çıxmalarını istədiyini, o evin ata evi olduğunu, onu cavadehlə bölməyə fikri olmadığını, qeyd edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmalkın Dövlət Reyesteri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şərur rayon Çomaxtur kəndində 0.1226ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otqlı, 55.47 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi Cavabdeh adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 10723 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün "xxxx" ASC-nin Şərur filialı vasitəsilə dövlət büdcəsinə 100 manat rüsum ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsində Cavabdeh 20000 (iyirmi min) manat məbləğində pul tələb etmiş, məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh isə izahatında iddiaçı ilə birgə nikah dövründə atasına məxsus evdə təmir - tikinti işlərinə görə ümumilikdə 18000 - 20000 pul xərclədiklərini, lakin uşaqlarına görə iddiaçıya tələb etdiyi məbləği iki il ərzində ödəyə biləcəyini qeyd edərək iddiaçının iddia tələbini qəbul etdiyini məhkəmədə etiraf etmişdir. Cavabdehin etirafının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə audio - video qeydiyyatı aparılmışdır. Cavabdeh tərəfindən borc etiraf edildiyindən məhkəmə borcun etirafına dair müvafiq prosessual hərəkətlərin nəticələrini cavabdehə izah edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilmiş iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; - 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir; http://e-qanun.az/framework/46945 - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; - 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf olunması qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də cavabdehin etirafı qəbul olunmaqla iddiaçının irəli sürdüyü tələb təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 1000 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 20000 (iyirmi min) manat borc və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 20100 (iyirmi min yüz) manat məbləğində pul alınaraq Şərur rayon Çomaxtur kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar