Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-417/2020 21.08.2020 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata barədə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx xxxx 2017-ci il tarixli razılaşma üzrə 551 (beş yüz əlli bir) manat və xx xxxxxx 2017-ci il tarixli razılaşma üzrə 664 (altı yüz altmış dörd) manat olmaqla, cəmi 1215 (bir min iki yüz on beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. İddia ərizəsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə - TV LED Samsung 32 J 4500 və xx xxxxxx 2017-ci il tarixdə - Telefon Samsung SM-J530 black adlı malların nisyə alqı-satqısına dair razılaşmalar əldə olunduğunu və malların Cavabdeh təhvil verildiyini, həmin razılaşmalara əsasən onun həmin malları Cavabdeh nisyə satmağı, Cavabdeh isə ona satılmış malları qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəllərinə uyğun, xx xxxx 2017-ci il tarixli razılaşma üzrə 12 ay ərzində ayda 55,07 manat və xx xxxxxx 2017-ci il tarixli razılaşma üzrə 12 ay ərzində ayda 60,31 manat olmaqla “Malların” dəyərinin ödənilməsini öhdəsinə götürdüyünü, Cavabdeh üzərinə götürdüyü öhədilkərini lazımınca icra etmədiyini, razılaşmaların şərtlərini qəsdən kobud şəkildə pozduğunu, razılaşmalar ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödənişlər barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, öhdəliyində olan borclarını ödəməkdən yayındığını, hazırda onun xx xxxx 2017-ci il tarixli razılaşma üzrə 551 (beş yüz əlli bir) manat və xx xxxxxx 2017-ci il tarixli razılaşma üzrə 664 (altı yüz altmış dörd) manat olmaqla, cəmi 1215 (bir min iki yüz on beş)manat gecikdirilmiş borcunun olduğunu qeyd edərək, Cavabdeh xx xxxx 2017-ci il tarixli razılaşma üzrə 551 (beş yüz əlli bir) manat və xx xxxxxx 2017-ci il tarixli razılaşma üzrə 664 (altı yüz altmış dörd) manat olmaqla, cəmi 1215 (bir min iki yüz on beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilmsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildirişin Cavabdeh və ya onun yaxın qohumlarına çatdırılması üçün onun qeydiyyatda olduğu yer üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, həqiqətən ilə İddiaçı ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixli və xx xxxxxx 2017-ci il tarixli razılaşmalar olmuş və tərəflər üzərlərinə öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli razılaşma üzrə “Satıcı” dəyəri 630 manat olan “TV LED Samsung 32 J 4500” markalı televizoru “Alıcıya” satır, “Alıcı” isə Malın ümumi dəyərini ayda 55,07 manat olmaqla 12 ay müddətinə “Satıcı”ya ödəyir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli razılaşma üzrə “Satıcı” dəyəri 599 manat olan “Samsung SM-J530 black” markalı telefonu “Alıcıya” satır, “Alıcı” isə Malın ümumi dəyərini ayda 60,31 manat olmaqla 12 ay müddətinə “Satıcı”ya ödəyir. İş materiallarına əlavə olunmuş 71815 nömrəli, xx.xx.2020-ci il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixli razılaşma üzrə İddiaçı 551 (beş yüz əlli bir) manat, xx.xx.2017-ci il tarixli razılaşma üzrə isə 664 (altı yüz altmış dörd) manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir” 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər . 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməlidir. Belə ki, iş materialında olan tərəflər arasında bağlanmış xx xxxx 2017-ci il tarixli razılaşmaya əsasən “Satıcı” dəyəri 630 manat olan “TV LED Samsung 32 J 4500” markalı televizoru və xx xxxxxx 2017-ci il tarixli razılaşmaya əsasən dəyəri 599 manat olan “Samsung SM-J530 black” markalı telefonu “Alıcıya” satmış, həmin əşyaların “Alıcıya” təhvil verilməsi və aylıq ödənişlərinə dair müvafiq sənədlər tərtib edilmişdir. Lakin Cavabdeh razılaşmaları pozaraq aldığı əşyaların aylıq ödənişlərini ödəmədiyindən “Satıcı” həmin əşyalrın pulunu məhkəmə qaydasında tələb etmişdir. Beləliklə də, Cavabdeh xx xxxx 2017-ci il tarixli razılaşma üzrə 551 (beş yüz əlli bir) manat və xx xxxxxx 2017-ci il tarixli razılaşma üzrə 664 (altı yüz altmış dörd) manat olmaqla, cəmi 1215 (bir min iki yüz on beş) manat borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1- 284- 6, 358.0.3 və 360-cımaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxx 2017-ci il tarixli razılaşma üzrə 551 (beş yüz əlli bir) manat və xx xxxxxx 2017-ci il tarixli razılaşma üzrə 664 (altı yüz altmış dörd) manat olmaqla, cəmi 1215 (bir min iki yüz on beş) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat olmaqla, ümumilikdə 1245 (bir min iki yüz qırx beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-417/2020
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-417/2020
21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver